Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2716/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin (bundan sonra – səlahiyyətli orqan) sahə rəisi, R X2 (bundan sonra – səlahiyyətli orqanın nümayəndəsi) iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 510.1 və 535.1-ci maddələri ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim İbrahimova Aytəkin Nazim qızı) inzibati xəta haqqında iş üzrə icraata Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXMin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olmamasına görə xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və səlahiyyətli orqanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsini səlahiyyətli orqanın nümayəndəsi bilavasitə aşkar etmişdir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin xətaları törətməsi iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolla sübuta yetirilir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi şikayətin və inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmiş əməllərlə bağlı Azərbaycan Respublikası İXM-in: - 510.1-ci maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, - 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş üzrə səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqıqnda protokolu ona görə tərtib etmişdir ki, sonuncu ## ###### 2026-cı il tarix, saat 10 radələrində səlahiyyətli orqanın yerləşdiyi inzibati binaya gəlib, uca səslə nalayiq ifadələr işlədərək şöbənin iş rejimi qəsdən pozmuş, polisin qanuni tələblərinə tabe olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqanın təqdim etdiyi iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olmasına dair hər hansı sübutun mövcud olmamasına, eləcə də səlahiyyətli orqanın məhkəmə iclasında da buna dair hər hansı sübut təqdim etməməsinə əsaslı olaraq istinad etməklə düzgün nəticəyə gəlmişdir. Bu nəticə işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə uyğundur. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən, xüsusilə də, səlahiyyətli orqanın nümayəndəsinin hazırki məhkəmə iclasında təqdim etdiyi, iş üzrə hadisənin qeydə alındığı videogörüntü əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarix, saat 10 radələrində səlahiyyətli orqanın yerləşdiyi inzibati binada olarkən Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməməsinin müəyyən edilməsini də nəzərə alır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2716/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2716/2026
31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver