Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2718/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək tənbeh olunması haqqında inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə saat 11:31-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində “MERCEDES BENZ C280” minik markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Z.A.Ramazanov) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunaraq, inzibati xəta hqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırmışdır ki, sistemə əlavə edilmiş fotolarda hərəkətdə olduğu yolda həmin yolun iki tərəfli olmasını bildirən nişan və yolu iki hissəyə ayıran hər hansı düz xətt (xətlənmə) yoxdur. Həmin yolun (ərazinin) ümumi görünüşü ilə bağlı tərəfimdən məhkəmədə sübut təqdim edilərək həqiqətən İXM-nin 327.2-ci maddəsi ilə xətanın edilmədiyi (təsdiqini tapmadığı) aydın olsa da, işə baxmış hakim məhkəmə iclasında görüntüyə düzgün qiymət verməmiş, qərarında görüntüyə baxış zamanı nəyin aşkar görünməsi ilə bağlı bir cümlə belə qeyd etməmiş, yalnız sistemə yerləşdirilmiş qeyri-müəyən, sübutsuz fotolarla bağlı qərarında guya onun tərəfindən hansısa manevr və ya ötmə hərəkətlərinin edildiyini, dönmə işığın yandırmadığının, vurğulamış və isə aidiyyəti olmayan “X1 Qanundun 42-ci maddəsinə (!) istinad etmiş, yəni səhv nəticəyə gəlmişdir (42-ci maddəsinin mövcud vəziyyətə aidiyyəti yoxdur). Halbuki ötmə “X1 Qanun”un 3.20 nişanı quraşdırıldığı halda qadağan edilir, fotolarda bu hərəkətlərin edilməsi və ya ötməni qadağan edən nişanın olması sübut edilmir. Belə olan halda xəta ilə bağlı əsaslı şübhələr yarandığından (sübut olmadığından) isin tam və hərtərəfli araşdırılması, mötəbər və təkzibedilməz sübutların təqdim edilməsi üçün hakim ən azından BDYPİ-nin elektron qərarını ləğv edib inzibati işi yenidən baxılması üçün həmin quruma göndərməli idi. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, guya o avtomobili ilə yolun görmə məhdudiyyəti olan hissəsində əks istiqamətə çıxarkən dönmə işığı yandırmadan manevr etmə və ya ötmə ilə bağlı tələbləri pozmuşdur. Halbuki qeyd edilənlər (avtomobilin ötmə və ya manevr etməsi) fotolarla heç cür sübut edilmir. Fotolarda avtomobillər ardıcıllıqla biri yolun nisbətən sağ, digəri nisbətən yolun ortasına yaxın hissəsi ilə hərəkət edir. Avtomobilinin ötmə və ya manevr edib-etməməsi, dönmə işığın yandırıb-yandırmaması, digər avtomobillərə münasibətdə hansı trayektoriya ilə hərəkət etməsi fotolarla deyil, yalnız BDYPİnin videogörüntüsü əsasında müəyyən edilə bilərdi. Xüsusi qeyd edir ki, həqiqətən yolda nişanlanma və xətlənmənin olmaması öz əksini tapır və məhkəmədə hər hansı sualların qalmaması, xətanın mövcudluğu barədə şübhələrin yaranmaması, əlavə araşdırılmalı bir məsələnin olmaması və işə xitam verilməsi üçün tərəfimdən ərazini və yolu tam əks etdirən həmin görüntü təqdim edilmişdir. Ümumiyyətlə işə baxmış hakim elektron qərara əlavə edilmiş fotoları və təqdim etdiyi görüntünü hərtərəfli tədqiq etməmiş, nəyin araşdırıldığını, hansı məqamların aydınlaşdırılacağına diqqət yetirməmiş, bununla da sübutlara düzgün qiymət verməyib səhv nəticəyə gələrək qərəzli qərar çıxarmışdır. Eyni zamanda, işə baxmış hakim qərarında BDYPİ tərəfindən elektron qərar çıxarılarkən şikayətində qeyd etdiyi kobud Qanun pozuntularına münasibət bildirməmişdir (əhəmiyyət verməmişdir). Bu da onun işə birtərəfli, qərəzli və səthi yanaşdığından xəbər verir. Səhər ərazisində apardığı müşahidələr belə qənaətə gəlməyə əsas vermişdir ki, ikitərəfli hərəkət istiqaməti olan yollar iki zolaqdan ibarət olduqda ortadan tək düz xətlə, üç və daha çox zolaqlı ikitərəfli yollar isə ortadan qoşa düz xətlə işarələnmişdir (xətlənmisdir). Hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla yanaşı işə baxmış hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qərarı əsassız, qeyri-obyektiv, sübutsuz və şübhəlidir. Ona görə də “xəta” sübut edilmədiyindən məhkəmənin həmin qərarı ləğv edilməli və işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş və məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, tərəflərin çıxışlarını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı məhkəmə qaydasında mübahisələndirsə də, onun təqsiri inzibati iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi, mübahisəli hal üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati orqanın nümayəndəsinin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, videogörüntü təhlil olunmuş və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları təkrarən sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələbinə uyğun olduğu üçün əsaslıdır və şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətə münasibətdə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, inzibati xəta haqqında iş üzrə verilmiş şikayət təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2718/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2718/2026
31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver