Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2719/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon X2 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon X2 Şöbəsinin IXP ******* saylı, ## #### 2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X2 Idarəsinin əməkdaşı tərəfindən barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati tənbeh vermə qərarı qəbul edilmiş, 2 bal və 80 (səksən) manat məbləğində inzibati cərimə təyin edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Həmin qərarla tanış olduqda görünür ki, qərarda yalnız onun Zahid Xəlilov küçəsində Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan xətanı törətdiyim qeyd edilmiş, lakin həmin nəticəyə gəlməsinə əsas verən faktiki hallar və sübutlar ümumiyyətlə göstərilməmişdir. Belə ki, qərarda pozuntu aşkar edilən yerin sxemi (yolun neçə hərəkət zolaqlı, hərəkət hissəli olması və s.), yolun vəziyyəti, iddia edlən pozuntu baş verən günü nəqliyyat vasitəmin konkret yerləşmə forması, hansı səbəbdən “ikinci və ya sonrakı cərgədə dayanma və ya durma” nəticəsinə gəlindiyi, həmin nəticəni təsdiq edən foto və ya video materiallar, habelə digər sübutlar öz əksini tapmamışdır. Halbuki hadisənin baş verdiyi Zahid Xəlilov küçəsində yolun hər iki tərəfində "xxxx" MMC tərəfindən təşkil edilmiş qanuni parklanma yerləri mövcuddur və həmin parklanma yerləri Yol hərəkəti haqqında qüvvədə olan Qanunun tələbləri baxımından yolun hərəkət hissəsi sayılmır ki, həmin normanın məqsədləri və mənası baxımından yolun hərəkət hissəsinin biricini sərgəsi sayılsın və o da ikinci cərgədə duran hesab edilsin. Azərbaycan Respublikasının Yol hərəkəti haqqında Qanununun “əsas anlayışlar" adlı 1ci maddəsinin 7-ci bəndinə əsasən yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir. Dayandığım yerin sağ tərəfi olan qanuni parkalnma yeri isə nəqliyyat vasitələrinin hərəkəti üçün deyil, birbaşa olaraq parkalnması üçün nəzərdə tutulmuşdur. Onun nəqliyyat vasitəsi isə həmin qanuni parklanma yerlərində dayanmış avtomobillərlə paralel olaraq yolun hərəkət hissəsində dayanıb ailəsini götürmək üçün parkinqdən çıxmağa hazırlaşan boş yer gözdüyürdü. Elə bu vaxt özünü Bakı şəhəri Yasamal Rayon Polis Idarəsinin Yol Patrul Xidməti avtomobili dayandığım hərəkət hissəsinin əks tərəfindən avtomobili saxladı və Yol Patrul Xidməti əməkdaşı özünü təqdim edərək yolun hərəkət hissəsinin ikinci cərgəsində dayandığını və 80 - 2 bal cərimə olunduğunu bildirdi. Yol Patrul Xidməti əməkdaşına istinad etdiyi pozuntu ilə razılaşmadığını və ailəsini götürmək üçün parkinqdən boş yer gözlədiyini bildirsə də etirazı nəticəsiz oldu. Qərraın rəsmi olaraq ünvanına göndəriləcəyi bildirildi. Lakin 1 aydan artıq zaman keçməsinə baxnayaraq qərar ona rəsmi təqdim olunmadığı üçün özü şəxsən müraciət edib qərarı 14 iyulda rəsmi götürüb şikayət vermək qərarına gəldi. Qərarda isə həmin parklanma yerlərində yerləşən avtomobillərin hansı hüquqi əsasla Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin mənasında “birinci cärgə" hesab edildiyi ümumiyyə göstərilməmiş, bu barədə heç bir hüquqi qiymətləndirmə aparılmamışdır. Nəticədə inzibati orqan yalnız maddənin nömrəsini göstərməklə kifayətlənmiş, lakin hə maddənin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibinin konkret hansı faktlarla təs olunduğunu əsaslandırmamışdır. Belə bir qərar isə nə qəbul edilmiş inzibati aktın əsaslandırılması tələblərinə, nə də obyekti hərtərəfli və tam araşdırma prinsiplərinə cavab verir. Onun iştirakı ilə iddia edilən pozuntuya dair hazırkı inzibati xəta işi üzrə isə inzibati orqan nə qərarda, nə də iş materiallarında “ikinci cərgə” anlayışının konkret hansı faktiki və hüquqi əsaslara görə müəyyən edildiyini göstərməmişdir. Inzibati orqan həmin qanuni parklanma yerlərində dayanmış avtomobilləri hansı hüquqi əsasl Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin mənasında "birinci cərgə" hesab etdiyini ümumiyyətlə əsaslandırmamışdır. Əksinə, qərarın məzmunundan görünür ki, inzibati orqan yalnız nəticəni bəyan etmiş, lakin həmij nəticəyə gətirən hüquqi mülahizələri göstərməmişdir. Halbuki inzibati məsuliyyət yaradan normanın dispozisiyası geniş təfsir edilə bilməz. Inzibati məsuliyyət müəyyən edən normalar yalnız qanunda nəzərdə tutulmuş hallara tətbiq oluna bilər onların şəxsin zərərinə geniş şərhi hüquqi müəyyənlik və qanunçuluq prinsipləri ilə bir araya sığmır. Bu baxımdan, yolun hərəkət hissəsindən ayrılmış və xüsusi təyinatlı qanuni parklanma sahələrin dayanmış nəqliyyat vasitələrinin avtomatik olaraq “birinci cərgə” hesab edilməsi, nəticə etibarilə yolun hərəkət hissəsində dayanmış nəqliyyat vasitəsinin “ikinci cərgə”də dayanmış nəqliyyat vasitə kimi qiymətləndirilməsi qanunun mətnindən irəli gəlmir və inzibati məsuliyyət normasının ge təfsiri xarakteri daşıyır. Bundan əlavə, inzibati orqan tərəfindən təqdim edilmiş qərarda hadisə yerinin sxemi, foto və video materiallar, habelə “ikinci cərgə” anlayışının formalaşmasını təsdiq edən hər hansı obye sübut mövcud deyildir. Belə olan halda, inzibati orqanın gəldiyi nəticə yalnız ehtimala əsaslanır və inzibati xəta tərkibinin obyektiv əlamətlərinin mövcudluğunu şübhəsiz şəkildə təsdiq etmir. Inzibati hüququn ümumi prinsiplərinə görə isə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi yalnız inzibati xəta tərkibinin bütün elementləri mötəbər, kifayət qədər və qanuni sübutlarla tam təsdiq edildiyi halda mümkündür. Mövcud iş üzrə isə belə sübutetmə həyata keçirilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Orxan Məmmədli) şikayət təmin edilməmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon X2 Şöbəsinin IXP ******* saylı, ## #### 2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi, onun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tuutlmuş inzibati xəta tərkibi olmadığı nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durmanı inzibati məsuliyyət yaradan əməl kimi müəyyən edir. Bu normanın dispozisiyasından aydın görünür ki, hər hansı nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində dayanması öz-özlüyündə 346.4-cü maddənin tətbiqi üçün kifayət etmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələbləri baxımından məsuliyyətin yaranması üçün nəqliyyat vasitəsinin məhz: 1. yolun hərəkət hissəsinin kənarında; 2. ikinci və ya sonrakı cərgədə dayandığı müəyyən edilməlidir. Bu isə o deməkdir ki, iş üzrə mühüm hüquqi məsələ “ikinci cərgə”nin faktiki və hüquqi olaraq necə yarandığı müəyyən edilməli və sübuta yetirilməli idi. Lakin birinci instansiya məhkəməsi bu məsələni faktiki olaraq araşdırmadan, sağ tərəfdə başqa avtomobillərin olmasını və onun nəqliyyat vasitəsinin həmin avtomobillərin solunda yerləşməsini ikinci cərgənin mövcudluğunun kifayət qədər sübutu hesab etmişdir. Halbuki burada həlledici sual avtomobillərin sadəcə fiziki olaraq bir-birinin solunda və ya sağında yerləşməsi deyil, həmin avtomobillərin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin mənasında birinci cərgəni təşkil edib-etməməsidir. Məhkəmə isə bu məsələyə dair zəruri hüquqi və faktiki müəyyənləşdirmə aparmamışdır. Məhkəmə qərarında “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 7-ci hissəsinə istinad edərək yolun hərəkət hissəsini, 15-ci hissəsinə istinad edərək isə hərəkət zolağını izah etmişdir. Bundan sonra məhkəmə hesab etmişdir ki, onun nəqliyyat vasitəsinin sağında dayanmış avtomobillərin solunda yeni sıra yaradılması ikinci cərgədə dayanma deməkdir. Lakin bu normaların məzmunundan belə nəticə avtomatik olaraq irəli gəlmir. Halbuki “ikinci cərgə”nin müəyyən edilməsi üçün əvvəlcə həmin cərgəni təşkil edən birinci nəqliyyat vasitələrinin hansı hüquqi əsasla həmin yerdə dayanmış olduğu müəyyən edilməlidir. Iş üzrə mübahisənin əsasını təşkil edən fakt ondan ibarətdir ki, hadisə yerində yolun sağ tərəfində qanuni qaydada təşkil edilmiş parklanma yerləri mövcud olmuş və həmin yerlərdə digər nəqliyyat vasitələri dayanmışdır. Onun nəqliyyat vasitəsi həmin avtomobillərin yanında, onlarla paralel şəkildə, yolun hərəkət hissəsində dayanmışdır. Məhkəmə isə bu faktı qəbul etməklə yanaşı, həmin parklanma yerlərinin hüquqi statusunun konkret müəyyən edilməsini həyata keçirməmişdir. Halbuki “Yol hərəkəti haqqında” Qanunda “parklanma yeri” ayrıca anlayış kimi müəyyən edilir və parklanma yerinin avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə təşkil edilə bilməsi nəzərdə tutulur. Bu səbəbdən məhkəmə üçün mühüm məsələ sadəcə “orada parklanmış avtomobillər var idi” faktı deyil, həmin konkret parklanma yerlərinin yolun hansı hissəsində təşkil edildiyi və onların hüquqi statusunun nə olmasıdır. Ona görə də qanuni parklanma yerində dayanmış avtomobil ilə yolun hərəkət hissəsinin kənarında dayanmış avtomobilin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin məqsədləri üçün eyni hüquqi statusa malik olduğunu qəbul etmək üçün ayrıca hüquqi əsas tələb olunur. Məhkəmə isə belə bir hüquqi əsas göstərməmişdir. Məhkəmə videogörüntüyə istinad edərək onun nəqliyyat vasitəsinin hərəkət zolağının bir hissəsini tutduğunu, digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırdığını və yol hərəkətinin normal axınına maneə yaratdığını qeyd etmişdir. Lakin bu nəticə 346.4-cü maddənin tətbiqi üçün kifayət deyil. Çünki 346.4-cü maddə ümumi olaraq “hərəkətə maneə yaratmağa” görə deyil, konkret olaraq yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmağa və ya durmağa görə məsuliyyət müəyyən edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş inzibati xəta haqqında qərar qəbul edən səlahiyyətli orqan Bakı şəhəri Yasamal rayon X2 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyərək, belə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon X2 Şöbəsinin IXP ******* saylı, ## #### 2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə saat 21:38 radələrində Zahid Xəlilov küçəsi ünvanında nəqliyyat vasitəsinin yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. Təqdim olunmuş video-görüntüdən görünür ki, ## #### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan nəqliyyat vasitəsi Mehdi Hüseyn küçəsində yolun avtomovillərin dayanması üçün nəzərdə tutulmayan hissəsində, yolun hərəkət hissəsinin ikinci cərgəsində dayandırılmışdır. Belə dayanma nəticəsində hərəkət zolağının bir hissəsi tutulmuş, digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmış və yol hərəkatinin normal axınına maneə yaranmışdır. Iş materiallarında sürücünün belə dayanmanı zəruri edən hər hansı fors-major halın, texniki nasazlığın və ya qanunvericiliklə nəzərdə tutulmuş digər istisna halın mövcudluğunu təsdiq edən sübutlar yoxdur. Məhkəmə hesab etmişdir ki, şikayətçi ikinci cərgədə dayanma inkar etsə də, bu iddialar iş üzrə mövcud obyektiv sübutlarla, xüsusilə video görüntülərlə öz təsdiqini tapmır. Əksinə, təqdim edilmiş video materiallar inzibati orqanın müəyyən etdiyi halları tam təsdiq edir və sürücünün hərəkətlərində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğunu göstərir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 7ci hissəsinə əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər). Həmin Qanununun 1-ci maddəsinin 15-ci hissəsinə əsasən isə hərəkət zolağı – yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır; Məhkəmə hesab etmişdir ki, şəxsin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapır. Məhkəmə şikayətçinin əsas dəlili olan, yolun sağ kənarında təşkil edilmiş parklanma yerlərinin yolun hərəkət hissəsinə aid edilmədiyi, buna görə də idarə etdiyi nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin birinci cərgəsində dayanmış hesab olunmalı olduğu barədə mövqeyini əsaslı hesab etməmişdir. Belə ki, şikayətçi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş "yolun hərəkət hissəsi" anlayışını həmin Qanunun digər müddəalarından təcrid olunmuş şəkildə təfsir etmiş, nəticədə "hərəkət hissəsi", "hərəkət zolağı" və "dayanma cərgəsi" anlayışlarını eyniləşdirmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 7-ci hissəsinə əsasən, yolun hərəkət hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən yol hissəsidir. Həmin maddənin 15-ci hissəsinə əsasən isə hərəkət zolağı yolun hərəkət hissəsinin nişanlama xətləri vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən uzununa hissəsidir. Normanın məzmunundan aydın görünür ki, qanunverici "hərəkət hissəsi" ilə "hərəkət zolağı" anlayışlarını eyni hüquqi məzmunda qəbul etməmişdir. Əksinə, hərəkət zolağı yolun hərəkət hissəsinin yalnız tərkib elementidir. Buna görə də sürücülərin faktiki hərəkət etdiyi zolağın yolun hərəkət hissəsinin yeganə hissəsi kimi qəbul edilməsi qanunun sistemli təfsiri ilə uzlaşmır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsində istifadə olunan "ikinci və sonrakı cərgələr" ifadəsi yolun neçə hərəkət zolağından ibarət olmasını deyil, yolun eni boyunca dayanmış nəqliyyat vasitələrinin yaratdığı sıralanmanı ifadə edir. Həmin normanın məqsədi yolun sağ kənarında dayanmış və ya park edilmiş nəqliyyat vasitələrinin sol tərəfində əlavə dayanma sırasının yaradılmasının qarşısını almaqdan, bununla da hərəkət zolaqlarının tutulmasının və digər hərəkət iştirakçılarına maneənin yaranmasının qarşısını almaqdan ibarətdir. Əks yanaşma qəbul edildiyi halda, yolun sağ kənarında qanuni qaydada təşkil edilmiş parklanma yerlərində dayanmış nəqliyyat vasitələrinin solunda istənilən avtomobilin dayanması "birinci cərgədə dayanma" kimi qiymətləndirilməli olardı. Belə hüquqi nəticə isə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin məqsədini tamamilə mənasız edər, qanunvericinin məhz ikinci sıra yaradılmasını qadağan edən iradəsini aradan qaldırmış olardı. Iş üzrə tədqiq edilmiş videogörüntülərdən müəyyən edilir ki, hadisə zamanı yolun sağ kənarında qanuni qaydada dayanmış nəqliyyat vasitələri mövcud olmuş, şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsi isə həmin avtomobillərin sol tərəfində dayanaraq ayrıca ikinci sıra yaratmışdır. Nəticədə hərəkət üçün nəzərdə tutulmuş zolağın bir hissəsi tutulmuş, digər nəqliyyat vasitələrinin sərbəst və təhlükəsiz hərəkəti məhdudlaşdırılmışdır. Bu baxımdan şikayət verən şəxsin “mən hərəkət hissəsinin birinci cərgəsində dayanmışam” arqumenti hüquqi cəhətdən əsaslı hesab edilə bilməz. Çünki həmin arqument yolun hərəkət hissəsinin yalnız faktiki hərəkət edilən zolaqdan ibarət olması barədə yanlış hüquqi qənaətə əsaslanır. Halbuki yolun sağ kənarında qanuni qaydada yerləşən dayanmış nəqliyyat vasitələrinin solunda yeni sıra yaradılması, yolun təşkilindən asılı olmayaraq, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin mənasında ikinci cərgədə dayanma hesab edilir. Məhkəmə hesab edir ki, şikayətçinin irəli sürdüyü hüquqi mövqe qanunvericiliyin sistemli təfsirindən deyil, "hərəkət hissəsi", "hərəkət zolağı" və "ikinci cərgə" anlayışlarının qarışdırılmasından irəli gəlir. Halbuki iş üzrə tədqiq edilmiş sübutlar, xüsusilə videogörüntülər, şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsinin yolun sağ kənarında dayanmış nəqliyyat vasitələrinin solunda ayrıca ikinci sıra təşkil etməsini, bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın obyektiv əlamətlərini tam şəkildə yaratmasını təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən şikayətçinin əməlinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tövsif edilməsi qanuni və əsaslı olmuş, həmin qərarın ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Bununla da şikayətçi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə- səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. Inzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin # #### 2018-ci il tarixli, *** nömrəli fərmanından görünür ki, Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməsi və Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş X2 Idarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etməsi qərara alınmışdır. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edirəm. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya şikayətində şikayətçi inzibati xəta haqqında qərarın əsaslılığını mübahisələndirmişdir. Məhkəmə bu dəlillə razılaşmır. Belə ki, məhkəmənin baxış keçirdiyi videogörüntü ilə müəyyən edilmişdir ki, hadisə zamanı yolun sağ kənarında qanuni qaydada dayanmış nəqliyyat vasitələri mövcud olmuş, şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsi isə həmin avtomobillərin sol tərəfində dayanaraq ayrıca ikinci sıra yaratmaqla hərəkət üçün nəzərdə tutulmuş zolağın bir hissəsi tutulmuş, digər nəqliyyat vasitələrinin sərbəst və təhlükəsiz hərəkəti məhdudlaşdırılmışdır. Şikayətdə qeyd edilən məhkəmənin "hərəkət hissəsi", "hərəkət zolağı" və "dayanma cərgəsi" anlayışlarını eyniləşdirməsi barədə dəlillərinə birinci instansiya məhkəməsində artıq baxılıb qiymət verilmiş və məhkəmənin qənaəti əsaslı hesab edilmişdir. Qanunun normasının təfsir olunması ilə bağlı dəlillərə münasibətdə qeyd edilir ki, Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin məqsədi yolun sağ kənarında dayanmış və ya park edilmiş nəqliyyat vasitələrinin sol tərəfində əlavə dayanma sırasının yaradılmasının qarşısını almaqdan, bununla da hərəkət zolaqlarının tutulmasının və digər hərəkət iştirakçılarına maneənin yaranmasının qarşısını almaqdan ibarətdir. Məhkəmə işin faktiki hallarına və şikayətin əsaslandığı dəlillərə qiymət verərək hesab etmişdir ki, göstərilən hallar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətməsi iş üzrə sübutlarla təsdiqlənir. Şikayətdə göstərilənlər işdə olan sübutlarla təkzib edildiyindən məhkəmə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında verilib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon X2 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2719/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2719/2026
31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver