Məhkəmə qərarları › İş №3(3-6)-2722/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2722/2026

27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2722/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 oğlunun, Barəsində inzibati xəta haqqında icraata aparılan hüquqi şəxsin direktoru X2 və nümayəndəsi X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilən hüquqi şəxsin direktoru tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru apellyasiya qaydasında şikayət verilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cəmiyyətin lazımi qaydada məlumatlandırıldığını qeyd etsə də, onlara məhkəmə iclasının vaxtı və yeri haqqında heç bir rəsmi bildiriş daxil olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxmaqla İnzibati Xətalar Məcəlləsinin 101.1-ci və 101.2-ci maddələrinin tələblərini, habelə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 61-ci maddələrini kobud şəkildə pozmuşdur. Məhkəmədə müdafiə olunmaq, izahat vermək və sübutlar təqdim etmək hüquqları tamamilə əlimizdən alınmışdır. ADRA tərəfindən tərtib olunmuş 23 iyun 2026-cı il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda qanuni təmsilçi olaraq imzası yoxdur. Protokolda nümayəndə imtina etdi qeydi aparılsa da, idarə tərəfindən həmin vaxt cəmiyyətin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş və ya imtinanı təsdiq edən tərəfsiz hal şahidləri cəlb olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, barəsində icraat aparılan şəxsə hüquq və vəzifələri izah edilməli, protokolun surəti dərhal təqdim olunmalıdır. Bu qaydalara riayət edilməmişdir. ADRA Bakı Şəhəri Reklam İdarəsi tərəfindən cəmiyyətə ünvanlanmış ## #### 2026-cı il tarixli göstərişdə açıq məkanda yerləşdirilmiş reklamların 5 gün ərzində yığışdırılması və ya icazə alması tələb olunmuşdur. Cəmiyyəti vicdanlı sahibkar olaraq qanunvericiliyin tələblərinə dərhal riayət etmiş, göstərişdə qeyd olunan iddia edilən 4 ədəd 9 kv.m-lik reklam daşıyıcısını öz vəsaitləri hesabına tamamilə sökdürmüşdür. Xəbərdarlıqdan sonra bütün reklam qurğuları sökülmüş, hazırda obyektin üzərində yalnız informasiya xarakterli, ölçüsü cəmi 0.60 kv.m (metrdən də kiçik) olan lövhə qalmışdır. "Reklam haqqında" Qanununun və müvafiq qaydaların mahiyyətinə əsasən, obyektin adını və ya fəaliyyət növünü göstərən bu dərəcədə kiçik lövhələr açıq məkanda cərimə obyekti olan iri reklam daşıyıcısı hesab olunmur. İrad tutulan əsas reklamlar tam söküldüyü üçün inzibati xətanın obyekti və subyektiv tərəfi dərhal aradan qaldırılmışdır. Xəbərdarlıqdan dərhal sonra pozuntunu aradan qaldıran sahibkara münasibətdə 5000 manat kimi ağır maliyyə sanksiyasının tətbiq edilməsi hüququn proporsionallıq və ədalətlilik prinsiplərinə tamamilə ziddir. Məhkəmə iclasında barəsində inzibati qaydada iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru və nümayəndəsi apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək reklamın süküldüyünü qeyd edərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini əsassız hesab edərək şikayətin təmin olunmamasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin çıxışını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 69B ünvanında ## #### 2026-cı il tarixdə saat 10:46-da “Sobsan” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yeləşdirməsi faktı aşkar edilmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) vergi orqanında uçota alınmışdır; -Protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti açıq məkanda reklam lövhələri yerləşdirmişdir. -“Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan” ## #### 2026-cı il tarixli göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi tərəfındən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 69 b ünvanında Cəmiyyətə məxsus “Sobsan” adlı obyektə aid reklamların "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda yerləşdirildiyi aşkar edilmiş və bu barədə 02 iyun.2026-cı il tarixli Akt tərtib edilmişdir. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci İI19 dekabr tarixli **** nömrəli Fərmanı ilə əsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin "əyata keçirilməsi Qaydası"nın 3cü bəndini rəhbər tutaraq ## #### 2026-cı il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması Sizdən tələb edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə toplanmış sübutlar, o cümlədən iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 69B ünvanında yerləşən "Sobsan" adlı obyektin üzərində müvafiq icazə alınmadan açıq məkanda reklam yerləşdirilməsi təsdiq olunur. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir “Reklam haqqında” Azərbaycan Respublikası qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 26.2-3-cü maddəsinə görə reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli göstərişdən görünür ki, ## #### 2026-cı il tarixli aktda qeyd olunan qanun pozuntusunun 5 gün müddətində aradan qaldırılması tələb edilsə də, ## #### 2026-cı il tarixdə protokol tərtib edilərkən foto şəkillərdən görünür ki, məcburi göstəriş 5 gün müddətində icra edilməmişdir. Barəsində inzibati xəta haqqında icraata aparılan hüquqi şəxs tərəfindən göstərişin icra edildiyi idda olunsa da bu faktı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 428.7-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati qaydada iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X2 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar