Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2727/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi X3 Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh edilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli *(*-**)-****/**** nömrəli qərarından Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Şəhər Baş Polis İdarəsi X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Tesla Model 3” minik markalı, ** EH *** nömrəli nəqliyyat vasitəsi ##.##.2026-cı il tarixində, saat 04:18 radələrində ünvan 1 ünvanda svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirərək İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Y.Babayev) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tənbeh olunmasına dair ##.##.2026-cı il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Qərardan Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə videomaterialın tam texniki və faktiki araşdırılması ilə əsaslandırılmamışdır. Görüntüdə yaşıl işıq siqnalının görünməsi özü-özülyündə nəqliyyat vasitəsinin hərəkət etdiyi istiqamət üçün həmin anda yaşıl işığın yanmasını təsdiq edən hal deyildir. Eyni zamanda görüntünün rakursu, yolayrıcının quruluşu, svetoforların yerləşməsi, nəqliyyat vasitəsinin hərəkət zolağı, svetoforun işıq siqnallarının istiqamətləri və həmin anda nəqliyyat vasitəsinin hansı hərəkət istiqamətində olduğu birlikdə qiymətləndirilməli idi. Məhkəmə bu halları ayrıca araşdırmadan yalnız görüntüdə yaşıl işığın olmasına əsaslanaraq inzibati xəta hadisəsinin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə protokolu formal olaraq sübut mənbəyi kimi qəbul etsə də onun videogörüntü ilə qarşılıqlı əlaqəsini kifayət qədər əsaslandırmamışdır. Protokolda göstərilmiş inzibati xətanın konkret halları, onun törədildiyi yer və vaxt, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, törədilmiş əməlin hüquqi tövsifi və videogörüntü ilə birlikdə qiymətləndirilməli idi. Lakin məhkəmə videogörüntünün müəyyən edilmiş hissəsində olan qeyri-müəyyənliyi avtomatik olaraq inzibati xəta hadisəsinin mövcud olmaması kimi qiymətləndirmişdir. Məhkəmə videogörüntünün işıq siqnalının hansı istiqamətə aid olduğunu müəyyən etmədiyini qeyd etmişdir. Əgər məhkəmə üçün bu məsələ iş üzrə həlledici əhəmiyyət daşıyırdısa, həmin qeyrimüəyyənliyin aradan qaldırılması üçün zəruri araşdırma aparılmalı idi. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi nümayəndə1 şikayətin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını nəzərə alaraq qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmənin qərarında bu məsələlərlə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dindirilərək izahatı alınmış, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmamış və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Apellyasiya baxışı zamanı Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən təqdim olunmuş videogörüntü tədqiq olunarkən, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Tesla Model 3” minik markalı, ** EH *** nömrəli nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixində, saat 04:18 radələrində ünvan 1 ünvanda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etməsi qaydalarının pozulması halına yol vermədiyi və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmədiyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli və Bakı Şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsi X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2727/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2727/2026
24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver