Məhkəmə qərarları › İş №3(3-6)-2728/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2728/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2728/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsinin ##.##.2026-cı il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsinə, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-97)- ****/**** nömrəli qərarından Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) onun barəsində olan İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsi tərəfindən qəbul etdiyi ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Xalidə Əlisoy) şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsinin ##.##.2026-cı il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-97)- ****/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X1 İdarəsinin ##.##.2026-cı il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarında məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyini və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyini qeyd etmiş, bu əsasla işə həmin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəmə bununla kifayətlənərək protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakının işin düzgün, tam və obyektiv həlli üçün zəruri olub-olmadığını lazımi qaydada qiymətləndirməmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı iş üzrə mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılması, protokolda göstərilmiş məlumatların izah edilməsi, həmin orqan tərəfindən toplanmış sübutların məzmununa münasibət bildirilməsi, şikayətçinin etirazlarının cavablandırılması və zəruri hallarda əlavə sübutların təqdim edilməsi baxımından əhəmiyyətli olmuşdur. Məhkəmə isə həmin nümayəndənin iştirakı olmadan işə baxarkən iş materiallarında olan sübutların mötəbərliyini və kifayətliliyini hərtərəfli yoxlamalı, protokolda göstərilən halların hansı sübutlarla təsdiq edildiyini müəyyən etməli və şikayətçinin həmin sübutlara qarşı irəli sürdüyü etirazlara əsaslandırılmış hüquqi qiymət verməli idi. Bunun əvəzinə məhkəmə inzibati xəta haqqında protokolda göstərilən halları kifayət qədər yoxlamadan və protokol tərtib etmiş orqanın mövqeyini məhkəmə iclasında dinləmədən işə mahiyyəti üzrə baxmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokolun tərtib edilməsi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin öz-özlüyündə kifayət edən əsası hesab edilə bilməz. Protokolda göstərilən hallar digər sübutlarla təsdiq edilməli, həmin sübutların aidiyyəti, mümkünlüyü və mötəbərliyi məhkəmə tərəfindən ayrıca qiymətləndirilməlidir. Bu baxımdan, məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirak etməməsi şəraitində məhkəmə iş üzrə sübutların tamlığına və mötəbərliyinə daha ciddi qiymət verməli, şikayətçinin irəli sürdüyü bütün dəlilləri araşdırmalı və nəticəsini qərarda konkret şəkildə əsaslandırmalı idi. Məhkəmə qərarında inzibati xəta hadisəsini təsdiq edən videogörüntülərin və digər xüsusi texniki vasitələrin məlumatlarının iş materiallarında olmadığını əsas götürərək inzibati tənbeh vermə haqqında qərarı ləğv etmişdir. Lakin yalnız foto və ya videogörüntünün mövcud olmaması inzibati xətanın baş vermədiyi barədə avtomatik nəticəyə gəlməyə əsas vermir. İnzibati xəta haqqında iş üzrə sübutlar yalnız foto və video materiallarla məhdudlaşmır. İş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokol, vəzifəli şəxsin izahatları, hüquqpozmanın bilavasitə müşahidəsi, digər sənədlər və qanunla yol verilən digər sübutlar da işin hallarının müəyyən edilməsində əhəmiyyət daşıyır. Məhkəmə isə iş materiallarında mövcud olan sübutların hər birini ayrıca və qarşılıqlı əlaqədə qiymətləndirməmiş, hansı sübutun nə üçün mötəbər hesab edilmədiyini konkret əsaslandırmamışdır. Qərardan şikayət verən orqan (şəxs) məhkəmədə və şikayətində hadisə günü Əhməd Rəcəbli küçəsində hərəkətdə olarkən park yerini gec gördüyünü, avtomobilin qəza işıqlarını yandıraraq qısa məsafədə geri hərəkət etdiyini və daha sonra avtomobili park etdiyini bildirmişdir. Beləliklə, şikayətçinin özü nəqliyyat vasitəsini həmin ərazidə geri hərəkət etdirdiyini təsdiq etmişdir. Məhkəmə isə bu izahatı yalnız şikayətçinin mövqeyi kimi qəbul etmiş, həmin geri hərəkətin konkret olaraq hansı yolda, hansı istiqamətdə, hansı yol nişanları və yol şəraiti daxilində həyata keçirildiyini araşdırmamışdır. Halbuki iş üzrə əsas məsələ məhz nəqliyyat vasitəsinin hərəkət istiqamətinin və həmin hərəkətin İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin dispozisiyasına uyğun olub-olmamasının müəyyən edilməsidir. Məhkəmə bu halları tam araşdırmadan və obyektiv hüquqi qiymət vermədən nəticəyə gəlmişdir. İş materiallarında ##.##.2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol mövcuddur. Həmin protokolda hüquqpozmanın konkret vaxtı, yeri və xarakteri göstərilmişdir. Məhkəmə protokolun mövcudluğunu nəzərə alsa da, onun tərtib edilməsinin faktiki əsaslarını, protokolu tərtib edən vəzifəli şəxsin hadisəni bilavasitə müşahidə edib-etmədiyini və protokolda göstərilən məlumatların digər iş materialları ilə uyğunluğunu tam araşdırmamışdır. Əgər inzibati xəta vəzifəli şəxs tərəfindən bilavasitə müşahidə edilmişdirsə, həmin şəxsin müşahidəsi iş üzrə əhəmiyyətli sübut kimi qiymətləndirilməli və digər sübutlarla birlikdə araşdırılmalı idi. Məhkəmənin isə protokolu tərtib edən vəzifəli şəxsin məhkəmə iclasında iştirak etməməsini və ya izahatının alınmamasını avtomatik olaraq protokolda göstərilən halların hüquqi əhəmiyyətini aradan qaldıran hal kimi qəbul etməsi əsaslı deyildir. Məhkəmə əvvəlcə iş materiallarında olan bütün sübutları araşdırmalı, onların hər birinin hüquqi əhəmiyyətini müəyyən etməli, daha sonra həmin sübutların şəxsin təqsirinin müəyyən edilməsi üçün kifayət edib-etmədiyini əsaslandırmalı idi. Lakin qərarın əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə əsasən foto və video materialların olmamasına istinad etmiş, digər sübutların məcmu şəkildə qiymətləndirilməsini həyata keçirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə məsuliyyət müəyyən edir. Bu maddənin tətbiqi üçün nəqliyyat vasitəsinin hərəkət etdiyi yolun birtərəfli yol olması, müəyyən edilmiş hərəkət istiqaməti və həmin istiqamətin əksinə hərəkətin baş verməsi müəyyən edilməlidir. Məhkəmə isə bu halların hər birini ayrıca araşdırmamışdır. Xüsusilə, hadisə yerinin yol hərəkətinin təşkili baxımından xüsusiyyətləri, yol nişanları, hərəkət istiqaməti və nəqliyyat vasitəsinin faktiki hərəkət trayektoriyası barədə iş materiallarında olan məlumatlara hüquqi qiymət verilməmişdir. Bu səbəbdən məhkəmənin inzibati xətanın törədilməsini təsdiq edən kifayət qədər və mötəbər sübutlar toplanmamışdır nəticəsi tam əsaslandırılmış hesab edilə bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə DYP nümayəndəsinin lazımi qaydada xəbərdar edildiyini, lakin məhkəmə iclasına gəlmədiyini qeyd etmiş və işə həmin nümayəndənin iştirakı olmadan baxmışdır. DYP nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi işə baxılmasına maneə kimi qiymətləndirilməsə belə, belə vəziyyətdə məhkəmə iş materiallarında olan sübutları daha ətraflı araşdırmalı və protokolun tərtib edilməsinin faktiki əsaslarını müəyyən etməli idi. Lakin məhkəmə protokolu tərtib edən vəzifəli şəxsin hadisəni bilavasitə müşahidə edib-etmədiyini, protokolda göstərilən halların hansı mənbədən müəyyən edildiyini və həmin məlumatların digər sübutlarla uyğunluğunu araşdırmadan inzibati tənbeh qərarını ləğv etmişdir. Bu hal iş üzrə faktiki halların tam müəyyən edilməməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin qərarında göstərilir ki, DYP-nin ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.4 və 327.7-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmişdir. Lakin qərarın sonrakı hissəsində məhkəmə əsasən 327.4cü maddə üzrə hüquqi qiymətləndirmə aparmış, 327.7-ci maddə üzrə isə ayrıca və ətraflı hüquqi nəticə göstərməmişdir. Əgər inzibati tənbeh vermə haqqında qərarda 327.7-ci maddə də tətbiq edilmişdirsə, məhkəmə həmin maddə üzrə hüquqpozmanın mövcud olub-olmamasını ayrıca araşdırmalı və nəticəsini əsaslandırmalı idi. Bu halın hüquqi əhəmiyyəti ondan ibarətdir ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar yalnız ayrıca bir yol hərəkəti qaydasının pozulmasına görə tətbiq edilmiş cərimə ilə bağlı deyil, həmçinin sürücünün əvvəlki yol hərəkəti qayda pozuntularına görə topladığı cərimə ballarının qanunla müəyyən edilmiş həddə çatması ilə əlaqədar nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasını da əhatə etmişdir. Göründüyü kimi X2 törədilmiş inzibati xətava görə birbaşa məsuliyyət daşıyır və yuxarıda göstərilən hallarla bağlı, hər hansı şübhələr və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə mübahisəli məsələ ilə bağlı işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Bununla belə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bir sıra hallara diqqət yetirilməklə öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, şikayət ərizəsindən görünür ki, ##.##.2026-cı il tarixində idarə etdiyi **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı barəsində İXP******* nömrəli inzibati xəta haqqında qərar tərtib edilmişdir. Həmin qərarda göstərilmişdir ki, guya ##.##.2026-cı il tarixində saat 10:01:30-da Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozaraq birtərəfli yolun əks istiqamətində hərəkət etmişdir və bu səbəbdən işin statusu “məhrumiyyət” kimi qeyd edilmişdir. Hadisə günü Əhməd Rəcəbli küçəsində hərəkətdə olarkən park yerini gec gördüyündən avtomobilin qəza işıqlarını yandıraraq yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməklə qısa məsafədə geri hərəkət etmiş və avtomobili park etmişdir. Təxminən 5 dəqiqə sonra “Neft Laboratoriyası”nın yaxınlığında qanuni şəkildə dayanacaqda dayandığı zaman əraziyə yaxınlaşan **-YP-*** dövlət qeydiyyat nişanlı YPX əməkdaşları ona yaxınlaşaraq sürücülük vəsiqəsinin alınmaması və işin məhrumiyyətlə nəticələnməməsi üçün ondan yerindəcə 500 (beş yüz) manat məbləğində pul tələb etmişlər. Həmin qanunsuz tələbi yerinə yetirməkdən imtina etmiş, maddi imkanının olmadığını və heç bir halda pul verməyəcəyini bildirmişdir. Bundan sonra əməkdaşlar ona məxsus Opel Astra H markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili özləri idarə edərək Yasamal rayon cərimə meydançasınaaparmışlar. Ona hər hansı sənəd təqdim edilməmiş, yalnız Bakı Şəhər X1 İdarəsinə gedərək **/** nömrəli otaqda Aslan müəllimlə görüşməsi bildirilmişdir. Sonradan həmin idarədə Aslan müəllimlə görüşdüyünü, sonuncunun ona tələb olunan pul məbləğini vermədiyi üçün sürücülük vəsiqəsində mövcud olan 16 cərimə balını nəzərə alaraq əlavə 4 bal yazılacağını və barəsində daha ağır maddə ilə inzibati protokol tərtib ediləcəyini bildirmişdir. Təxminən 5 gün sonra yenidən həmin şəxsə müraciət edərək maddi imkanının olmadığını və məsələnin qanunvericiliyə uyğun araşdırılmasını xahiş etmişdir. Həmçinin tərtib edilmiş protokolda etirazlarını qeyd etmək istədiyi zaman ona təqdim olunan sənədin əlindən alındığını və etirazlarını yazmağa imkan verilmədiyini göstərir. Bundan sonra onun sürücülük vəsiqəsinə əlavə 4 cərimə balı tətbiq edilmiş, 150 manat məbləğində cərimə yazılmış və nəticədə sürücülük hüququndan məhrum edilməsi üçün əsas yaradılmışdır. Bundan əlavə, bildirir ki, ona istinad edilən inzibati xətanın əsassız olmasının göstəricilərindən biri də həm “Asan Pay”, həm də “E-Polis” sistemlərində şəxsi kabineti vasitəsilə apardığı yoxlamalar zamanı həmin protokolla bağlı heç bir foto və ya video materialın mövcud olmamasıdır. Sistemlərdə “Şəkil yoxdur” və “Video yoxdur” qeydlərinin göstərildiyini, müvafiq bölmələrin qeyriaktiv vəziyyətdə olduğunu qeyd edir. Birinci və apellyasiya instansiyaları məhkəmələrində də Qərardan şikayət verən orqan (şəxs) eyni mövqedən çıxış etmiş və həmin dəlilləri apellyasiya şikayətinə əks olaraq səsləndirmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən isə eyni Məcəllənin 327.1-1, 327.1- 2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə icraata xitam verildiyi halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinin də mövcudluğu istisna olunur. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməməsi ilə bağlı apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta tərkibi deyəndə inbzibati xətanın obyekti, obyektvi cəhəti (hərəkət və hərəkətsizlik, təhlükə törədən nəticə, əməl ilə nəticə arasında səbəbli əlaqə), subyekt və subyektiv cəhəti başa düşülür. Subyektiv cəhəti dedikdə inzibati xətanın bilavasitə törədilməsi ilə əlaqədar şəxsin psixi fəaliyyətidir. O, inzibati xətanı özündə ehtiva edən təhlükəli əməli etməyə qətiyyət yaradan dərk edilən tələbatı, əməlin obyektiv əlamətlərinin şüurda inikasını (ya da inikas imkanını) və bunlara münasibəti ifadə edir. Subyektiv cəhəti xarakterizə edən tərkib əlamətləri qanunda göstərilir; təqsiri, motiv və məqsədi nəzərdə tutur; əməldə bunların olub-olmadığını, şəxsin təqsirinin olubolmadığını aydınlaşdırmağı tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə inzibati məsuliyyət müəyyən etmişdir. Yəni barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin niyyəti məhz yol hərəkəti qaydalarının pozulmasına yönəlməklə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə və digər hərəkət iştirakçılarının hüquqlarının da qərəzli şəkildə pozulmasına yönəlməlidir. Hazırki işin materiallarından isə görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatına və işin faktiki hallarına əsasən o, idarə etdiyi avtomaşını park etmək məqsədi ilə arxaya vermiş və onun niyyəti və məqsədi yol hərəkəti qaydalarının qərəzli pozulmasına yönəlməmişdir. Səlahiyyətli orqan isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin niyyətinin məhz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanın törədilməsinə yönəldiyini iddia edir. Belə olan halda inzibati xəta haqqında protokol tərtib edən tərəf bu iddianı təsdiq edən mötəbər və təkzib olunmaz sübutlar məhkəməyə təqdim etməlidir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində də təsbit olunmuş təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir, eyni zamanda şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Bu konteksdə apellyasiya məhkəməsi həmçinin qeyd edir ki, inzibati xətanın baş verməsi, təkzib olunmaz və mötəbər sübutlarla öz təsdiqini tapmalıdır, əks halda bütün şübhələr barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xeyrinə təvsir edilməlidir. Hazırki işin hallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair səlahiyyətli orqan tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, xüsusilə də törədilməsi iddia olunan inzibati xətaya dair xüsusi texniki vasitələrin göstəriciləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-97)- ****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-97)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar