Məhkəmə qərarları › İş №3(3-6)-2730/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2730/2026

28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2730/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhəri Nizami rayon prokruroluğunun nümayəndəsi X2, “X4” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və MMCnin nümayəndəsi Vəkil iştirakları ilə, “X4” MMC-nin və MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından “X4” MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Məhkəmənin icraatına Bakı şəhər Nizami rayon prokurorluğu tərəfindən “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti və MMC-in direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 manat məbləğində inzibati cərimə olunmuşdur. MMC-in direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan “X4” MMC-nin MMC direktoru apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, materiallara ancaq bir-biri ilə qohumluq və dostluq əlaqəsində olan 3-4 nəfər şahid (guya zərərçəkmiş) ifadəsi, şirkətin direktorunun izahatı və elektron informasiya sistemindən əldə edilmiş "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərinin siyahısı əlavə edilmişdir. Məhkəmənin göstərilən qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə işə baxarkən, işin bütün faktiki hallarını araşdırmamış, araşdırılmış hallara və iş üzrə mövcud sübutlara lazımi qiymət verməmiş, sübutları təhrif etmiş, barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin konstitusion hüquqlarını pozmuş, nəticədə həqiqəti əks etdirməyən, qanunsuz və əsassız qərar çıxarmışdır. İlk öncə apelyasiya instansiyası məhkəməsinin nəzərinə çatdırmaq istəyirik ki, prokurorluq tərəfindən araşdırma tam və hərtərəfli aparılmamış, ancaq İnzibati Xətalar Məcəlləsinin irəli sürülmüş maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsini ilk baxışda "sübut" edən "sənədlər" əlavə edilmişdir. Məhkəmə qərarında güya Cəmiyyətin direktoru kimi mənim Cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs şahid1 İlqar oğlunu, şahid5, şahid4, şahid3 2025-ci ilin mart-aprel aylarından etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən elektrik və santexnik işlərinin yerinə yetirilməsinə cəlb edərək İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimi və guya bu faktın həmin şəxslərin ifadələri və elektron prokurorluq informasiya sisteminə baxış keçirilməsi haqqında protokolla təsdiq olunduğunu qeyd etmişdir. Bununla bağlı bildirmişdirlər ki, ən azından məhkəmədə şahid qismində dindirilmiş şahid3 şəxsən və aydın şəkildə ifadəsində bildirdi ki, onunla iş barədə, əmək müqaviləsi bağlamaq və şirkətə işə götürülməyi barədə heç bir danışıqları olmayıb, o, əmək müqaviləsi ilə işə götürülmədiyini bilmişdir. Sadəcə tanışı (dostu) şahid5 xahişi ilə Şahinə kömək üçün onun işlərini tamamlamaq üçün qeyd etdiyi işləri icra etmişdir. Həmçinin şahid4 çox açıq və aydın şəkildə qardaşının istəyi ilə onunla işlədiyini, pulu qardaşından aldığını bildirmişdir. şahid4 qardaşının pulu barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 almasını desə də bunu qardaşının deməsindən bildiyini qeyd etmişdir. Ancaq bir dəfə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 qardaşına pul veridyini gördüyünü, həmin hadisənin 36-cı dalanda baş verdiyini bildirmişdir ki, həmin yer barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 öz evidir və orada hər hansı usta işlətməyinin MMC ilə yaxından uzaqdan əlaqəsi olmamışdır. Məhkəmə isə bu izahatı qərarında olduğu kimi deyil, tənbeh tətbiq etməyə lazım olan kimi təqdim etmişdir. Halbuki, iş üzrə inzibati xəta tərkibinin olmamasına dair bu və bu kimi elə şahidlərin öz ifadələri məhz sual-cavab nəticəsində ən aşkar şəkildə məhkəmənin nəzərinə çatdırılmışdır. Məhkəmə qərarında şahid5 məhkəməyə faktı təsdiq edən fotogörüntülər təqdim etdiyini və həmin fotogörüntülərdə şəxsin üzərində MMC-nin geyiminin olduğunu sübut növü kimi qeyd etmişdir. Halbuki, məhkəmə iclasında şahid5 məhkəməyə telefonundan şəkil göstərərkən "düzdü həmin şəkil iş vaxtı çəkilməyib" dedi. Onlar məhkəmədən fotonun göstərilməsini xahiş etdikdə, məhkəmə bu iş vaxtı çəkilməyib, bilinmir nə şəkildi, onsuz da sübut kimi qəbul olunmur" deyib təqdim etməkdən imtina etmişdir. Ancaq qərarı oxuyanda görürük ki, məhkəmə həmin fotoya əsaslanıb. Fotoya gəlincə həmin şəxslər onun öz evimdə işləyərkən orada şirkətə məxsus köynəklərin olduğunu görüb götürmüşlər. Məhkəmədə sual etdikdə digər şahidlər də iş görərkən əyinlərində şirkətə məxsus geyim olmadığını bildirmişlər. Digər tərəfdən qeyd edilən fotodakı MMC-nin atributları olan köynək xüsusi forma deyil, reklam üçün müəyyən insanlara da paylanmış ola bilər və s. Hazırki iş üzrə nə “X4” MMC, nə də mən MMC- nin direktoru kimi iş üzrə adları çəkilən şəxslərlə heç bir əmək münasibətində olmamış, onları MMC-nin işləri üzrə hər hansı əməyə cəlb etməmiş, onlara hər hansı əmək müqaviləsi bağlaması vədi verməmişik. Bu səbəbdən də elektron informasiya sistemində heç bir müqavilə aşkar edilməmişdir. Və hər hansı müqavilə aşkar olunmaması da çox təbii haldır. Məhkəməyə təqdim edilmiş müqavilələrdən də görünür ki, MMC-nin adı çəkilən əmlaklarla bağlı tikinti-təmir öhdəlikləri şahid kimi dindirilən şəxslərin həmin evlərdə işləməsindən çox əvvəl bitmişdir. Ümumiyyətlə MMC kosmetik işlərlə bağlı heç bir müştərisi qarşısında öhdəlik götürmür. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 isə həmin sahələrdə olmağı, qeyd edilən müqavilələrin təmir-tikinti işləri bitdikdən sonra tərəflərin qarşılıqlı öhdəliklərinin gələcəkdə təminatı ilə bağlı olmuşdur. Belə ki, layihə üzrə ana xəttlər onlar tərəfindən icra olunmuş olduğu üçün ev sahubinin sonradan kosmetik işlərlə bağlı işlər gördürdüyü zaman işləyən ustaları layihə ilə tanış etək, yanlışlığa yol verilməməsi üçün məlumatlandırmaq olmuşdur. Şikayətçilər bu haldan istifadə edərək, ev sahiblərindən biri ilə pul söhbətində razılaşa bilmədiklərindən pulu məndən almağa çalışmaq istəmişlər. Ev sahibləri artıq onu tanıdıqları üçün sonradan şirkətin öhdəliklərinə aid olmayan hansısa şəxsi işlərini gördürmək üçün yaxşı usta tanıyırısa, məsləhət görməyini xahiş etmişlər, o da başqa bir tanışının məsləhəti ilə şahid1 məsləhət görmüşdür. Onda olan məlumata görə şahid1 baş usta kimi işi icaraya qəbul edir, ev sahibi ilə razılaşır və işlərin görülməsi üçün müvafiq ustaları işə cəlb edirdi. 36-cı dalan deyilən ünvan isə onun öz evidir, hər kəs kimi öz evində hansısa işə usta cəlb etmiş və buna görə haqq vermişsə də bu heç bir halda MMC-nin fəaliyyəti, MMC-nin maraqları üçün hərəkət etdiyinə dəlalət etmir ki, bu da məhkəmədə tam sübuta yetirilmişdi. Təəssüf ki məhkəmə sübutlara düzgün qiymət verə bilməmiş, bu işlərlə bağlı yuxarı məhkəmələrin mövqeyini belə nəzərə almamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru və nümayəndəsi apellyasiya şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında prokurorluğun nümayəndəsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam ətraflı araşdırılmaqla qərar qəbul edildiyindən birinci insyansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Elektron Prokurorluq İnformasiya Sisteminə baxış keçirilməsi haqqında” ## #### 2026cı il tarixli protokoldan görünür ki, Azərbaycan respublikası Baş Prokurluğunun Elektron Prokurorluq İnformasiya Sistemindən materiala əlavə edilmiş çıxarışlara əsasən, şahid1 İlqar oğlu, şahid5, şahid4, şahid3 ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və MMC-in direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 arasında əmək müqaviləsi bağlanmamışdır. -Bakı şəhər Nizami rayon prokurorluğu tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, hüquqi şəxs “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və MMC-in direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. - Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından müəyyən edilir ki, MMC-in direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat X6 MMC barəsində aparılan *(*-**)-****/**** saylı inzibati işlə bir icraatda birləşdirilmişdir. - Məhkəməyə təqdim edilən foto görüntülərdən müəyyən edilir ki, iş üzrə şahid qismində dindirilmiş şəxslər şahid1 İlqar oğlu və şahid4 əynində “X5” yazıları yazılan forma mövcuddur. -Məhkəməyə təqdim edilən WhatsApp yazışmalarından müəyyən edilir ki, Şağan, Hövsan və Badamdarda yerinə yetirilən bir sıra işlərə görə iş üzrə şahid kimi dindirilən şəxslərə əmək haqqları ödənilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər Məmədov Rəşad İlqar oğlu, şahid5, şahid4 Ehtiram oğlu və şahid3 oxşar ifadələr verərək bildimişdirlər ki, “X4” MMC tərəfindən işlərə cəlb ediləsələr də bunun müqabilində haqqıarın ala bilmədikləri üçün şikayət etmişdirlər. Birinci instansiya məhkəməsi proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab etmişdir ki, “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti və MMC-in direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və cəmiyyətin, MMC-in direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əməli düzgün olaraq həmin Məcəllənin 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin maraqları naminə çıxış edən MMC-in direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən təmir-tikinti işlərinin yerinə yetirilməsi ilə bağlı sifariş qəbul edilmiş Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evində, Sabunçu rayonu, Ləhic bağları ərazisində yerləşən “A-frame” evlərdə, Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evində işlərin yerinə yetirilməsinə cəlb edilən şahid1 İlqar oğlu, şahid5, şahid4, şahid3 arasında hər-hansı əmək müqaviləsi bağlanması aşkar edilməmişdir. Həmin hal iş materialları ilə yanaşı məhkəmə iclasında şahidlərin ifadələri ilə də öz təsdiqini tapmış, bundan başqa şahidlər “X5” MMCyə məxsus tikinti işlərinə cəlb edilməlirini təsdiq edən fotoşəkillər və WhatsApp yazışmaları da təqdim etmişlər. Həmin yazışmalardan bəlli olmuşdur ki, işçilərə adları qeyd edilən yerlərdə çalışmaları ilə bağlı müəyyən vaxtlar ödənişlər edilmiş, daha sonra şirkət tərəfindən ödənişlər tam ödənilmədiyi üçün işçilər MMC-dən prokurorluğa şikayət etmişlər. Məhkəmə iclas zalında MMC-in direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ilk öncə qeyd edilən şəxsləri tanımadığını bildirsə də, daha sonra iş üzrə şikayətçi olan şəxsləri tanıdığını, lakin onların MMC ilə hər hansı bağlılığı olmadığını, sadəcə sonradan ev sahiblərinə kosmetik işlərin görülməsi üçün tərəfindən məsləhət görüldüyünü bildirmişdir. Məhkəmə iclas zalında MMC-in direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 götürdüyü layihələrdə ancaq təmir işlərini gördüyünü, kosmetik işləri görmədiyini bildirmiş, məhkəmə iclas zalında dindirilmiş şəxslər isə evlərə santexnik, istilik sistemini çəkdiklərini, bura isti döşəmələrin yığılması işinin də aid olduğunu bildirmişlər. Bundan başqa məhkəmə bildirir ki, hər bir şahidin MMC tərəfindən həyata keçirilən bir sıra yerlərdə təmir-tikinti işlərinə cəlb edilməsi tərəflər arasında münasibətlərin müvəqqəti və xidməti xarakter daşımadığını, əksinə daimi xarakter daşıdığını göstərməkdədir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materialları və şahidlərin birinci instansiya məhkəmə iclasında verdikləri izahatlar ilə “X4” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən qanunveriicliyin tələbləri pozulmaqla şikayətçilərin işlərə cəlb edilməsi faktı sübuta yetirmişdir. Apellyasiya şikayətinin dəlillərinə isə inzibati xətanı istisna edən heç bir sübut əlavə edilməmişdir. Belə olan halda “X4” MMC-nin və MMC-nin direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək cərimə edilməsi barədə birinci instansiya məhkəməsi qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ####### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2- 3cü və 2-4-cü hissələr əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzabati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsaslarından biri də inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsidir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur “X4” MMC-nin və MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: “X4” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. “X4” MMC-nin və MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar