Məhkəmə qərarları › İş №3(3-6)-2731/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2731/2026

31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2731/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X2, barəsində inzibati icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Aytəkin Ibrahimova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməli Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsindən həmin Məcəllənin 234.0.2-ci maddəsinə tövsif edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 7.500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 Cəmiyyətinin barəsində tərtib etdiyi protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, hesab edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanunsuz, əsassız, ədalətsiz, qərəzli, qondarma və sifarişli olduğundan, bütün prosesual normalar pozulduğundan apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, məhkəmə iclasında da qeyd etdiyi kimi barələrində tərtib edilmiş inzibati protokol tamamilə əsassız və qanunsuzdur. Protokolda və məhkəmə qərarında qeyd edilmiş inzibati xəta törədilməmiş, ekologiyaya normadan artıq heç bir toz atılmamış və onlar barəsində heç bir şikayət edən olmamışdır. Nümayəndəsi, rəhbəri olduğu “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2026-cı ilin fevral ayından öz fəaliyyətini dayandırmışdır. Protokolun tərtib edilməsinə isə onların protokolu tərtib edən şəxslərin tələbləri ilə razılaşmamaqları, onlara qanunsuz olaraq aylıq pul verməməkləri olmuşdur. Məhkəmə faktları düzgün araşdırmamış, düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X2 şikayətə etiraz edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli tam və obyektiv araşdıraraq, izahatları dinləyərək, belə hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən, qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmişdir. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi inzibati icraat və şikayət üzrə təqdim olunmuş məlumatları, habelə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, inzibati iş üzrə mübahisə doğuran və araşdırılması tələb olunan hallar, habelə inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## ##### 2026-cı il tarixində Binəqədi rayonu Baksoll yolu ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mərmər sexinin fəaiyyəti zamanı atmosfer havasına atılan tozun miqdarının normadan artıq olması müəyyən edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq Idarəsi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı-il tarixli, ****** nömrəli aktdan görünür ki, ## ##### 2026-cı-il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9 Baksoll yolu ünvanında yerləşən “Mərmər sexi” də atmosferə atılan tozun miqdarının ölçülməsi məqsədilə sabit hava şəraitində keçirilmiş monitorinq zamanı ölçmə işləri “BOSEAN” markalı OMS K 19013 modelli cihazadan istifadə edilmiş və həmin cihazın göstəricilərinə görə həmin ərazidə toz çirklənməsi görə PM 2.5 mnq/m3 , PM 10-62.0 mnq/m3 təşkil etmişdir ki, bu da norma həddindən artıq olmuşdur. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş Idarəsinə ünvanlanmış, *-**-**/*- ****/**** saylı, ## ##### 2026-cı il tarixli məktubdan müəyyən edilir ki, ərazidə fəaliyyət göstərən hüquqi şəxsin kimliyi haqqında sorğu verilmiş, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş Idarəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə ## ### 2026-cı il tarixli, *-**-*-*/*-******/**** nömrəli məktubla cavab verimişdir ki, Binəqədi rayonu Baksoll yolu ünvanında yerləşən “Mərmər sexi” Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş Idarəsi tərəfindən məhkəmə tərəfindən verilən ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı sorğusuna cavab olaraq bildirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2023-cü il tarixindən ## ###### 2024-cü il tarixindək fəaliyyətinin dayanadırılacağına dair müraciət etsə də sonradan ## ###### 2023-cü ildən öz ərizəsi ilə fəaliyyətini bərpa etmişdir. Birinci instansiya məhkəməsində material tədqiq edilərkən müəyyən edilmişdir ki, Binəqədi rayonu Baksoll yolu ünvanında yerləşən mərmər sexi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmaqla fəaliyyət göstərmiş, sexin fəaliyyəti zamanı atmosfer havasına atılan tozun miqdarı normadan artıq olduğu üçün barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırılması zamanı səlahiyyətli orqan təqdim etdiyi dəlil və sübutların məzmununa uyğun çıxış etmiş, o cümlədən məhkəmə tapşırığı əsasında monitorinq yoxlaması zamanı istinad edilə cihazın sertifikasiya sənədləri də təqdim edilmiş, bu zaman məlum olmuşdur ki, protokolun tərtib edilməsinə əsas olmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq Idarəsi tərəfindən tərtib edilmiş ## ##### 2026-cı-il tarixli, ****** nömrəli akt zamanı istifadə edilən “BOSEAN” markalı OMS K 19013 modelli cihaz kalibrilənmə tarixi ## ###### 2025-ci il tarixi olmaqla növbəti kalibrilənmə tarixi ## #### 2026-cı il tarixidir. Qeyd edilən əsasla isə həmin cihazın yoxlama zamanı tam standartlara uyğun və ölçmə üçün istifadəyə yaralı olduğu öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə iclas zalında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq Idarəsinin ekologiya üzrə mühəndisi Mütəxəssis da dindirilmiş, mütəxəssis bildirmişdir ki, 3-5 metr məsafədə “BOSEAN” səyyar cihazı vasitəsilə monitorinq ölçmə işləri aparmış, ölçmə analiz işlərinin nəticəsində normativlərə uyğun olmayan hal aşkarlanmış, müqayisəli təhlil aparılan zaman ətraf əraziyə nisbətdə daşların yonulması və kəsilməsinin aparıldığı ərazidə toz çirklənməsi ölçmənin nəticələrinə görə PM 2.5 mnq/m3 , PM 10-62.0 mnq/m3 təşkil etmiş, bu da ətraf mühit üçün yol verilən hədd normasından üstün olmuşdur. Məhkəmə iclas zalında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə bildirmişdir ki, sonuncu dəfə 2026cı ilin aprel ayında həmin ərazidə fəaliyyət göstərmişlər, aprel ayından sonra isə fəaliyyətlərini dayandırmışlar. Məhkəmə bildirir ki, protokolun tərtibinə əsas olmuş yoxlama ## ##### 2026-cı il tarixində keçirilmiş və bu zaman inzibati xəta aşkar edilmişdir. Bunda başqa məhkəmənin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş Idarəsinə ünvanalanan ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı sorğusu ilə o da müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2023-cü il tarixindən ## ###### 2024-cü il tarixindək fəaliyyətinin dayanadırılacağında dair müraciət etsə də sonradan ## ###### 2023-cü ildən öz ərizəsi ilə fəaliyyətini bərpa etmişdir. Beləliklə, məhkəmə nümayəndənin təkzib hallarını özünü müdafiə xarakterli hesab edərək, məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını hesab edir və məhkəmə iclasında tədqiq edilən sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlmişir və hesab etmişdir ki, hüquqi şəxsin əməli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsindən həmin Məcəllənin 234.0.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsindən fərqli olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində əməlin tövsif edilməsi məsələsi öz əksini tapmamışdır. Lakin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin məhkəmə baxışının hədləri adlı 318-ci maddəinin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Nəzərə almaq lazımdır ki, inzibati xətalarla bağlı icraatda səlahiyyətli orqanlar tərəfindən tərtib edilmiş protokol ittiham aktı ilə eyni hüquqi qüvvə daşımaqla məhkəmədə barəsində icraat aparılan hüquqi və fiziki şəxsi hansı norma ilə ittiham etdiklərini müəyyənləşdirir. Deməli, məhkəmə Konsititusiya Məhkəməsinin yuxarı adı qeyd edilən Plenum qərarına istinad edərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsini analogiya üzrə tətbiq etmək səlahiyətinə malikdir və məhkəmə bu hüququndan istifadə edərək hüquqi şəxsin əməlini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsindən, həmin Məcəllənin 234.0.2-ci maddəsinə tövsif edilməsi ilə bağlı yekun nəticəyə gəlməkdədir. Onu da qeyd etmək lazımdır ki, məhkəmə həmin nəticəyə gələrkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş protokola əsasən hüquqi şəxsin fəaliyyətinin atmosfer havasına normadan artıq tullantının atılması nəticəsini əsas götürmüş və belə qənaətə gəlmişdir ki, hüquqi şəxsin qeyd edilən inzibati xətası İ Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin dispozitiv tərkibini deyil, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsinin tərkibini formalaşdırır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi “ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması” dispozitiv tərkibini formalaşdırsa da, həmin Məcəllənin 234.0.2-ci maddəsi “atmosfer havasına zərərli maddələrin atılmasına görə” olan inzibati xətanın tərkibini formalaşdırır. Məhkəmə bildirir ki, “Ətraf mühit haqqında” # #### 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanuna əsasən ətraf mühit dedikdə – insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu başa düşülməkdədir. Həmin qanuna görə təbiətdən istifadənin normallaşdırılmasına görə limitlər və kvotalar dedikdə müəyyən müddət üçün təbii resursların istifadəsinin, ətraf mühitə atılan zərərli maddələrin, tullantıların yerləşdirilməsinin son hədləri başa düşülür. Ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəriciləri dedikdə isə ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının, səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmasının və başqa zərərli fiziki təsirlərin, radiasiya təsiri səviyyəsinin, kənd təsərrüfatı və meşə təsərrüfatında aqrokimyəvi maddələrin miqdarının tətbiqinin yol verilə bilən son hədləri başa düşülür. Halbuki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsi daha konkret olmaqla atmosfer havasına atılan zərərli maddələrə görə inzibati məsuliyyəti nəzərdə tutur ki, həmin zərərli maddələrin nədən ibarət olmasına münasibətdə isə “Atmosfer havasının mühafizəsi haqqında” AR Qanunu aydınlıq gətirir. Həmin qanuna görə atmosfer havasının mühafizəsi sahəsində dövlətin əsas siyastələrindən biri də atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazədə nəzərdə tutulmuş şərtlər pozulmaqla atmosfer havasına zərərli maddələrin atılmasının və (və ya) zərərli fiziki təsirlərin məhdudlaşdırılması, dayandırılması və onlara xitam verilməsi qaydalarını müəyyən etmək , bu istiqamətdə müəyyən monitorinqlər həyata keçirməkdən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, həmin qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi” Qaydaları ilə tənzimlənməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun müvafiq qurumlarına geniş səlahiyyətlər verməkdədir. Belə ki, Nazirlik və onun müvafiq qurumları ölkə üzrə atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan, eləcə də vəzifəli şəxslərdən və vətəndaşlardan atmosfer havasının mühafizəsinə dair müvafiq tədbirlərin keçirilməsini tələb etmək, atmosfer havasının mühafizəsinə dair qanunvericiliyin pozulmasına səbəb olan istehsalat və digər obyektlərini tikilməsini, yenidən qurulmasını və genişləndirilməsini məhdudlaşdırmaq və müvəqqəti dayandırmaq, öz səlahiyyətləri daxilində atmosfer havasının mühafizəsi sahəsində pozuntulara görə inzibati xətalar haqqında materiallara baxmaq, izahat almaq və cavabdeh şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə kəsmək, habelə onların məsuliyyətə cəlb edilməsi üçün sənədləri hüquqmühafizə orqanlarına təqdim etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən keçirilmiş monitorinlər zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Binəqədi rayonu, Baksoll yolu ünvanında yerləşən mərmər sexində atmosfer havasına atılan tozun miqdarı normativdən artıq olduğu üçün “Atmosfer havasının mühafizəsi haqqında” AR Qanunun tələbləri pozulmuş və həmin qanunun tələblərinin pozulmasına görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsinə görə məsuliyyət daşımalıdır. Məhkəmə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, yuxarıda qeyd olunan hallarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən atmosfer havasına atılan tozun miqdarının artıq olması faktı öz təsdiqini tapdığından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolun qanuni və əsaslı olması müəyyən olunur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işə baxarkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni işdə olan sənədlərə və qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. “Inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli **** nömrəli Fərmanının 4.1-ci maddəsinə əsasən Məcəllənin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 233, 243.0.7, 278, 350.1, 517.0.7, 517.0.8, 542 və 555-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 212.2, 244-1, 342.1.9 və 348-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – fövqəladə hallar naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri və onun müavinləri baxırlar. Lakin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr tarixli 2015-ci il **-VQ nömrəli Qanununun tətbiqi barədə” ## ###### 2016-cı il tarixli *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.10-cu maddəsinə əsasən həmin Məcəllənin 233 və 243.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar. Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli Qanununun: 10-cu maddəsinə əsasən atmosfer havasına zərərli maddələrin atılmasının dövlət tərəfindən tənzimlənməsi məqsədilə atılmanın texniki normativləri və onun yol verilən həddi müəyyən edilir. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Atmosfer havasına atılan zərərli maddələrin hər bir stasionar mənbəyi və onların məcmusu (bütövlükdə obyekt) üçün atılmanın yol verilən həddini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Atmosfer havasına atılan zərərli maddələrin mənbələri olan hüquqi və fiziki şəxslərin atılmanın yol verilən həddinə riayət etməsi mümkün olmadığı halda müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin müvəqqəti razılaşdırılmış atılmasını müəyyən edə bilər. Insan sağlamlığına və ətraf mühitə təhlükə dərəcəsi nəzərə alınmaqla, atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması tədbirlərini hüquqi və fiziki şəxslər hazırlayır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra həyata keçirirlər. Atmosfer havasına zərərli fiziki təsirlərin dövlət tənzimlənməsi məqsədilə atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi və zərərli fiziki təsirin yol verilən həddi müəyyən edilir. 23-cü maddəsinə əsasən atmosfer havasının çirklənməsinin müşahidəsi, onun vəziyyətinin kompleks qiymətləndirilməsi və proqnozu, habelə müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarını, müəssisələri, təşkilatları və əhalini cari və təcili məlumatlarla təmin etmək məqsədilə dövlət monitorinqi sistemi təşkil edilir və monitorinqinin əsas tərkib hissəsi olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. 25-ci maddəsinə əsasən atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən mənbələri olan hüquqi şəxslər atmosfer havasının mühafizəsi sahəsində istehsalat (müəssisə) nəzarətini həyata keçirirlər və bu məqsədlə cavabdeh şəxsi təyin edir və ya ekoloji xidməti təşkil edirlər. 27-ci maddəsinə əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar və səyyar mənbələri olan hüquqi və fiziki şəxslərin vəzifələri bunlardır:

1. atmosfer havasına atılan zərərli maddələrin inventarlaşdırılmasının keçirilməsini və atmosfer havasına atılan zərərli maddələrin və onların fiziki təsirlərinin yol verilən həddinə dair normativlərə əməl olunmasını təmin etməyə;

3. atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə az tullantılı və tullantısız texnologiyaları tətbiq etməyə;

4. atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasına, onların təkrar işlədilməsinə, zərərsizləşdirilməsinə, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə;

6. atmosfer havasına atılan zərərli maddələrin və onların mənbələrinin uçotunun aparılmasını, həmçinin müəyyən edilmiş normativlərə əməl olunmasına istehsalat nəzarətini keçirməyə;

7. atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə borcludurlar. 28-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə aşağıdakı hallarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar:

1. bu Qanunda nəzərdə tutulmuş zərərli maddələrin atılmasını və zərərli fiziki təsirlərin normativləri və hədlərini aşdıqda;

2. müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələr atdıqda;

3. xüsusi icazədə göstərilmiş normalardan artıq zərərli maddələri atdıqda və zərərli fiziki təsir etdikdə;

4. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydaları pozulduqda;

7. atmosfer havasının mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərini yerinə yetirmədikdə;

9. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl etmədikdə Hesab edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin inzibati xətanın törədilməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edilir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Məhdud Məsuliyyətli Cəmiyyəti 2026-cı ilin fevral ayından öz fəaliyyətini dayandırdığını iddia etsə də, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş Idarəsinin məktubundan göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2023-cü il tarixindən ## ###### 2024-cü il tarixinədək fəaliyyətinin dayanadırılacağına dair müraciət etsə də ## ###### 2023cü ildən fəaliyyəti bərpa edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, “Mərmər sexin” də atmosferə atılan tozun miqdarının ölçülməsi məqsədilə sabit hava şəraitində keçirilmiş monitorinq zamanı ölçmə işləri “BOSEAN” markalı OMS K 19013 modelli cihazadan istifadə edilmiş və həmin cihazın göstəricilərinə görə həmin ərazidə toz çirklənməsi görə PM 2.5 mnq/m3 , PM 10-62.0 mnq/m3 təşkil etmişdir ki, bu da norma həddindən artıq olması faktı təsdiqini tapmış, göstərilən dəlillərin heç biri hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktını istisna etmir və əməldə inzibati xəta tərkibini aradan qaldıran hallar sayılmır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. - 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. -234.0.2-ci maddəsinə əsasən atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydalarının pozulmasına fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi,

QƏRARA A L D İ:

Barəsində inzibati qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı barəsində inzibati qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz.

Hakim: Habil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar