Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2732/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “xxxx” MMC barəsində İXM-in 485.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən “xxxx” MMC barəsində tərtib olunmuş ##.##.2026cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən, “xxxx” MMC-nin ünvanına gələn yük ************** nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsinin 22-ci qrafası ümumi invoys dəyəri 891495 rubl qeyd olunsa da, ************** saylı qısa idxal bəyannaməsidə 22-ci qrafa ümumi ünvoys dəyəri 901400.5 rubl qeyd olunduğu müəyyən edilmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi rəisi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və “xxxx” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin sanksiya hissəsində nəzərdə tutulmuş inzibati cərimə məbləğinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslnadırılmışdır ki, məhkəmə qərar verərkən heç bir rüsumdan yayınma halı olmadığını əsas gətirərək "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməli olduğunu hesab etmişdir. Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş *-**-****/***/****** saylı ##.##.2026-cı il tarixli raporta əsasən "VVORLD METAL İNDUSTRY" MMC-nin (VÖEN: **********) ünvanına gələn yük ************** nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsində 22-ci qrafa ümumi invoys dəyəri 1088208.00 rubl, 18-ci qrafa nəqliyyat vasitəsinin nömrəsi **CL***/**ZB*** qeyd olunsa da, ************** saylı qısa idxal bəyannaməsində 22-ci qrafa ümumi invoys dəyəri 1013000.00 rubl,18-ci qrafada nəqliyyat vasitəsinin nömrəsi **OY***/**ZB*** qeyd olunmuşdur. Araşdırma zamanı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi Məmmədzadə Samir Manaf oğlunun izahatı alımış və o izahatında bildirmişdir ki, Şirkət gömrük bəyannamələrinin tərtibi və broker xidməti ilə məşğuldur. “VVORLD METAL İNDUSTRY” MMC ilə təmsilçilik müqaviləmiz mövcuddur. Həmin şirkətin ünvanına Rusiya Federasiyasından daxil olmuş borular yükü Bakı Baş Gömrük İdarəsində 01261000081132 sorğu nömrəli GB və həmin yükə dair təqdim edilmiş 112650000360241 sorğu nömrəli qısa idxal bəyannaməsi bizim tərəfimizdən təqdim edilmişdir. Belə ki, 01261000081132 sorğu nömrəli GB-nin 22-ci qrafasında malların ümumi invoys dəyəri 1088208 rubl qeyd edildiyi halda 11265000073406 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında dəyər 1013000 rubl kimi qeyd edilmişdir. Həmçinin gömrük bəyannaməsinin 18-ci qrafası ilə qısa idxal bəyannaməsinin 18-ci qrafasında da uyğunsuzluq mövcuddur. Belə ki, mallar Azərbaycan Respublikasına **OY***/**ZB*** nömrəli nəqliyyat vasitəsinə yüklənərək göndərilmiş, lakin yolda nəqliyyat vasitəsi xarab olduğundan mallar ölkə ərazisinə gömrük bəyannaməsinin18-ci qrafasında qeyd olunmuş **CL*** nömrəli qoşqu ilə daxil olmuşdur. Belə ki, qısa idxal bəyannaməsi tərtib edilərkən invoys sənədini düz qoşma etsək də texniki səhv olaraq 22-ci qrafada invoys dəyərini digər bəyannamənin üzərində işlədiyi üçün bəyannaməçi dəyişməyi unutmuşdur. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarın 13.2-ci maddəsinə əsasən elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qeyd etmək istərdik ki, əgər məhkəmənin xitam üçün əsas hesab etdiyi rüsumdan yayınma halı olmuş olsaydı bu zaman hüquqi şəxs tərəfindən törədilmiş əməl İXM-nin 485.1-ci maddəsi ilə deyil gömrük ödənişlərindən yayınma kimi qiymətləndirilərdi. Lakin əməlin İXMnin 485.1-ci maddəsi ilə tövsif edilməsi üçün rüsumdan yayınma faktının olması deyil, uyğunsuzluğun olması kifayət edir. Həmçinin uyğunsuzluq məhkəmənin qərarında qeyd etdiyi kimi sadəcə invoys dəyərində deyil həmçinin nəqliyyat vastəsinin nömrəsində də olmuşdur. İş materiallarından da göründüyü kimi faktiki olaraq gömrük orqanlarına təqdim edilmiş gömrük bəyannaməsi ilə qısa idxal bəyannaməsinin 18-ci qrafası yəni nəqliyyat vasitələrinin nömrələrində həmçinin 22-ci qrafası yəni invoys dəyərləri arasında uyğunsuzluq aşkar olunmuş və bu hal İXM-nin 485.1-ci maddəsinin dispozisiya hissəsi ilə tamlıqla əhatə olunmuşdur. İXM-nin 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd xüsusatları nəzərə almamışdır.Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etməliyik ki, şikayət etdiyimiz məhkəmə qərarı maddi hüquq normalarının kobud şəkildə pozulması, İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrinin düzgün tətbiq edilməməsi ilə qəbul olunmuşdur. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1 verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və “xxxx” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin sanksiya hissəsində nəzərdə tutulmuş inzibati cərimə məbləğinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə bildirdi ki, deyilənlər həqiqətə uyğun deyil, sərhəddə maşın keçir və qısa gömrük bəyannaməsi heç bir yerdə, heç bir sərhəddə yazılmır, yalnız Bakı Baş Gömrük İdarəsindədir. 4-5 il bundan qabaq o qrafa heç dolmurdur. Heç bir qiymət endirilməyib, texniki səhvdir, dövlətə ziyan vurulmamışdır. Bundan başqa, maşın sərhəddə sınıbdır, qoşqu ilə keçmişdir, o qoşqununda düşübdür sistemə. Onuda onlar görə bilmirik, onada düzəliş etməmişlər. O qoşqunun onlara aidiyyatı yoxdur. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmkədə təqsirli bilinərək cərimə edilməldiir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verərəkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş qısa idxal bəyannaməsində yol verilmiş uyğunsuzluq qəsdən edilməmiş, yol verilmiş texniki səhvin nəticəsi olmuşdur. Belə ki, yol verilmiş uyğunsuzluğun qəsdən edildiyi halda məqsəd iqtisadi fayda əldə etmək olduğu üçün “xxxx” MMC tərəfindən məhsulların ümumi invoys dəyərinin aşağı məbləğdə göstərilməsi gözlənilsə də, hazırki iş üzrə qısa idxal bəyannaməsində invoys dəyəri əsas bəyannamədə göstərilən 891495,00 rubl ilə müqayidəsə daha yüksək - 901400.5 rubl məbləğində göstərilmişdir ki, bu da gömrük ödənişlərindən yayınmaq niyyətinin olmadığını, əksinə iqtisadi məntiqə ziddi nəticə yarandığını açıq şəkildə göstərir. Həmçinin bəyannamələrin tərtib edilməsi zamanı nümayəndənin digər bəyannamənin üzərində işləməsi nəticəsində valyuta və məbləğ sahələrində mexaniki səhvə yol verildiyi onun izahatı ilə təsdiqlənir və bu izahat iş üzrə toplanmış sübutlarla təkzib olunmur. Həmçinin, qısa idxal bəyannaməsində göstərilmiş 901400.5 rubl məbləği üzrə gömrük rüsumları faktiki olaraq ödənilmişdir ki, bu halda rüsumlardan yayınma niyətinin olmadığını açıq şəkildə təsdiq edir. Əgər məqsəd gömrük ödənişlərindən yayınmaq və ya onları azaltmaq olsa idi invoys dəyəri daha aşağı məbləğdə göstərilərək rüsumların azaldılmasına cəlb edilərdi. Lakin konkret halda əksinə, daha yüksək məbləğ üzrə ödənişin aparılması hüquqi şəxsin dövlət büdcəsinə zərər vurmaq niyyətində olmadığını və hərəkətlərin qəsdli xarakter daşımadığını sübut edir. Bu baxımdan, faktiki ödənişin mövcudluğu, iqtisadi faydanın əldə edilməməsi və texniki səhvin izahatlarla təsdiqlənməsi birlikdə qiymətləndirildikdə, əməldə Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin formalaşmadığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Bu isə onu göstərir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXMin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir Halbuki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsinin iş materiallarına əsasən qanuni və doğru olduğunu söyləmək mümkün deyildir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli raportdan görünür ki, “xxxx” MMC-nin ünvanına gələn yük ************** nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyəri 891495,00 rubl qeyd olunsa da, ************** saylı qısa idxal bəyannaməsində 22-ci qrafa ümumi invoys dəyəri 901400,50 rubl qeyd olunmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli, ************** saylı qısa idxal bəyanməsindən görünür ki, ümumi invoys dəyəri 901400,50 rubl məbləğində mal ölkəyə idxal edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, 01261000110508 sorğu nömrəli gömrük bəyanməsindən görünür ki, ümumi invoys dəyəri 891495,00 rubl məbləğində mal ölkəyə idxal edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Məmmədzadə Samir Manaf oğlu Bakı Baş Gömrük İdarəsində barələrində inzibati xəta haqqında protokol tərtib edildiyi zaman vermiş olduğu izahatında bildirmişdir ki, qısa idxal bəyannaməsi tərtib edilərkən invoys sənədini düz qoşma etsələr də, texniki səhv olaraq 22-ci qrafada invoys dəyərini digər bəyannamənin üzərində işlədiyi üçün bəyannaməçi dəyişməyi unutmuşdur. Qısa idxal bəyannaməsi tərtib edilən zaman texniki səhv nəticəsində invoys dəyəri yanlış yazılmış, bəyannamələr tərtib edilərkən heç bir rüsumdan yanınma halı olmamışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən, “xxxx” MMC-nin ünvanına gələn yük ************** nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsinin 22- ci qrafası ümumi invoys dəyəri 891495 rubl qeyd olunsa da, ************** saylı qısa idxal bəyannaməsidə 22-ci qrafa ümumi ünvoys dəyəri 901400.5 rubl qeyd olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə – fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci madədsinə əsasən u Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) vəinzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 14-cü maddəsinə görə İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi çıxışında gömrük orqanına təqdim edilən məlumatlarda qeyd olunan uyğunsuzluqların texniki səhv olmasını bildirsə də, məhkəməyə bu iddiasını təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatına etibar edilsə belə, məhkəmənin qənaətinə əsasən tərəf hüquqazidd nəticəni qabaqcadan görə biləcək vəziyyətdə olsa da, qanunvericiliyin tələb etdiyi diqqət və ehtiyatlılığı göstərməmişdir. Bu səbəbdən onun hərəkəti İXM-nin 14-cü maddəsində nəzərdə tutulan ehtiyatsızlıq anlayışına uyğun hesab edilməlidir. Digər tərəfdən məhkəmə hesab edir ki, hər hansı sübuta əsaslanmadan, yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı əsasında məlumatların “texniki səhv” səbəbilə təhrif olunmuş formada gömrük orqanına təqdim edilməsi barədə nəticəyə gəlmək inzibati xətalar haqqında qanunvericiliyin prinsip və vəzifələri ilə də uzlaşmır. Belə ki, hüquqi məsuliyyətin məqsədi yalnız cəzalandırmaq deyil, həm də şəxsin gələcəkdə hüquq pozuntusundan çəkinməsini təmin etmək və yeni hüquq pozuntularının qarşısını almaqdır. Əks yanaşma inzibati məsuliyyət institunun preventiv funksiyasını zəiflədə və oxşar hüquq pozuntularının təkrarlanması riskini artıra bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən təqdim olunan sübutları tam və hərtərəfli yoxlamamış və qiymətləndirməmiş, inzibati xəta törətməsi kifayət qədər təsdiq olunan “xxxx” MMC-ni əsassız olaraq məsuliyyətdən azad etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “xxxx” MMC-nin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, “xxxx” MMC-nin təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə “xxxx” MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Odur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olmaqla təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin sanksiyasına əsasən hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-cü maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunanları əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-cü maddəsini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. “xxxx” MMC ##.##.2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inziabti xətanı törətmkədə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Məhkəmənin qərarı qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2732/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2732/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver