Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2734/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Qərardan şikayət verən orqan (şəxs) Qərardan şikayət verən orqan (şəxs) barəsində olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.V.Sadıqova) ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpasından imtina edilmiş şikayət geri qaytarılmışdır. Qərardaddan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli müddətin bərpasından imtina edilməsi barədə qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı ildə yolun bir hərəkət hissəsinin yağış sularının yuması səbəbindən texnika ilə bağlandığından ərazidə xidmət aparan patrul nəfərinin tövsiyəsi ilə əks tərəfinə çıxaraq hərəkəti davam etdirmişdir. Bundan sonra sms-lə inzibati protokol tərtib edildiyi barədə bildiriş gəlmişdir. Qərarı aldıqdan sonra ##.##.2026-cı il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə müddəti ötürdüyünü əsas gətirərək şikayəti baxılmamış saxlamışdır. Baxmayaraq ki, qərarın üzərində çap tarixi ##.##.2026 yazısı aydın şəkildə görünür. Bundan sonra ##.##.2026-ci il tarixdə yenidən müddətin bərpası barədə vəsatət və şikayətlə məhkəməyə müraciət etmişdir. Lakin bu səfər də hakim işi araşdırmadan müddətin bərpa ediləməməsi barədə qərar qəbul etmişdir. Qərarda qeyd edilmişdir ki, məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəmənin iclasının vaxtında inzibati binaya gələrək 2 saata yaxın gözləmişdir. Bundan sonra işinə baxılmış, vəsatətin təmin edilməyəcəyi apellyasiya şikayəti verməsi deyilmişdir. Bir vətəndaş olaraq Konstitusiyada nəzərdə tutulmuş məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. ##.##.2026, ##.##.2026cı il tarixləri və digər tarixlərdə dəfələrlə protokoldan şikayət versə də tərtib edilmiş protokol üzrə cərimənin üzərinə dəbbə pulu gəlmiş və avtomobilin duracağa qoyulması barədə qərar qəbul edilmişdir. Bu da öz növbəsində İXM-nin müddəlarına tamamilə ziddir. Hazırda cərimə 150 manatdan 240 manata qalxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, müddətin bərpası institutu pozulmuş hüquqların müdafiəsinin bərpa edilməsinə xidmət edir və müddətin bərpa edilməsinin şərti onun üzürlü səbəbdən buraxılmasıdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin hallarını araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müddətin bərpasından imtina etmişdir. Vəsatətdə qeyd edilən hallar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən asılı olmayan (üzürlü) hallar kimi qiymətləndirilə bilməz. Odur ki, şikayət təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 130, 134.1 və 135.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2734/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2734/2026
31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver