Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2735/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, Müəyyən etdim: Qərardan narazı qalan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin rəis müavini apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və qeydiyyat orqanı tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli protokol təmin edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin qərarı qanunvericiliyə zidd olduğu üçün ləğv edilməlidir. Belə ki, "xxxx” Məhdud Məsuliyyətli cəmiyyəti ## #### 2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Nəzərinizə çatdırırıq ki, cəmiyyətin ilkin nizamnamə kapitalı təsisçi tərəfindən ## ######## 2025-ci il tarixində ödənilmişdir. Lakin ilkin nizamnamə kapitalının ödənildiyini təsdiq edən bank qəbzi qeydiyyat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində təqdim edilməmişdir. Qeydiyyat orqanı tərəfindən təsisçi tərəfindən təqdim edilən ərizə və ona əlavə edilmiş sənədlər araşdırılaraq, aşkar olunmuşdur ki, təsisçi tərəfindən nizamnamə kapitalı cəmiyyətin qeydiyyat tarixindən 3 ay müddət ərzində ödənilsə də, bu barədə məlumat 5 iş günü ərzində qeydiyyat orqanına təqdim edilməmişdir. Nəticədə cəmiyyət tərəfindən Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və qeydiyyat orqanı tərəfindən ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mülki Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz. Məhkəmə həmçinin qərarda qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən nizamnamə kapitalının ödənilməsi barədə məlumat verməli olduğu sonuncu tarix ## ######## 2025-ci il olduğundan MMC-in məsuliyyətə cəlb edilməsi üçün müddətin axımı ## ######## 2025-ci il tarixindən başlamaqla sonuncu müddət ## ###### 2026-cı il tarixi olmuşdur. Göründüyü kimi, məhkəmə inzibati məsuliyyətə cəlb etmə üçün müddət axımının nizamnamə kapitalının ödənilməsini təsdiq edən bank qəbzi barədə məlumatın təqdim edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin başa çatdığı tarixdən hesablanmalı olduğu qənaətinə gəlinmişdir. Məhkəmənin bu mövqeyi hüquqpozmanın qeydiyyat orqanı tərəfindən faktiki olaraq aşkar edildiyi tarixin nəzərə alınmamasına səbəb olmuşdur. Belə ki, hüquqi şəxsin təsisçiləri tərəfindən nizamnamə kapitalının ödənildiyini təsdiq edən sənədlər hüquqi şəxsin bank hesabına nizamnamə kapitalını təşkil edən məbləğin mədaxil olunduğunu göstərən bank qəbzi və ya həmin məbləğin hüquqi şəxsin kassasına mədaxil olunduğunu sübut edən və ciddi hesabat blankı hesab edilən hüquqi şəxsə məxsus kassa-mədaxil orderi ola bilər. Bundan əlavə, qeydiyyat orqanı hüquqi şəxsin təsisçisi tərəfindən nizamnamə kapitalının qanunvericiliklə və hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilmiş müddət ərzində ödənilmədiyi faktını yalnız hüquqi şəxs tərəfindən ödənişi təsdiq edən sənədlər qeydiyyat orqanına təqdim edildikdə aşkar edə bilir. Nəzərinizə çatdırırıq ki, qeydiyyat orqanı tərəfindən hüquqpozma faktının müəyyən edilməsi üçün əsas olan bank qəbzi sonradan əldə edilmiş və məhz həmin sənədin təqdim edilməsi ilə qeydiyyat orqanına ödəniş faktı və bununla bağlı qanunvericiliklə müəyyən edilmiş tələbin pozulması barədə məlumat əldə etmək imkanı yaranmışdır. Bu səbəbdən, inzibati xəta faktının qeydiyyat orqanı tərəfindən aşkar edildiyi tarix məsuliyyətə cəlb etmə müddətinin hesablanması baxımından ayrıca hüquqi əhəmiyyət daşıyır. Hesab etmişdirlər ki, inzibati məsuliyyətə cəlb etmə müddətinin müəyyən edilməsi zamanı hüquqpozmanın yalnız baş verdiyi tarix deyil, onun qeydiyyat orqanı tərəfindən faktiki olaraq aşkar edildiyi tarix və iş üzrə mövcud olan sübutlar da nəzərə alınmalıdır. Bu baxımdan, məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb etmə üçün müddət axımının hesablanması zamanı bank qəbzinin qeydiyyat orqanına təqdim edildiyi və həmin sənəd əsasında hüquqpozmanın aşkar edildiyi tarixə hüquqi qiymət verilməli idi. Məhkəmə baxış iclasında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında qanunvericiliyə uyğun qaydada Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi iştirak etmədiyindən məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümükün hesab etdi. Işin halları və hüquqi məslələr: Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizədən görünür ki, ********** VÖEN nömrəli hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Ağamirək Isfahani küçəsi, ev 77- də ünvanında yerləşir. -Hüquqi şəxsin kassa mədaxil orderinin ****** nömrəli qəbzindən müəyyən edilir ki, ## ######## 2025-ci il tarixində 100 manat məbləğində nizamnamə kapitalı ödənilmişdir. - Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, bildirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nizamnamə kapitalı ## ######## 2025-ci il tarixdə ödənilməsinə baxmayaraq, ödəniş qəbzi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə təqdim edilməmişdir. Nəticədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Inzibati Xətalar Məcəlləsinin 405- 1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətina Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə inzibati təhbeh tətbiq edilməməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 24 iyul 2025-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Deməli MMC-in təsisçiləri MMC qeydiyyata alındığı ## #### 2025-ci il tarixindən 3 ay müddətində nizamnamə kapitalını ödəməli olmuşlar. Iş materiallarına əlavə edilmiş hüquqi şəxsin kassa mədaxil orderinin ****** nömrəli qəbzindən müəyyən edilmişdir ki, 01 sentyabr 2025-ci il tarixində 100 manat məbləğində nizamnamə kapitalı təsisçilər tərəfindən ödənilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” haqqında AR Qanunun 5.8ci maddəsinə əsasən isə MMC nizamnamə kapitalı barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli idi. Qanuna görə MMC-in məlumat verməli olduğu sonuncu tarix ## ######## 2025-ci il olmuşdur. Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən bu kateqoriydan olan inzibati xətalara görə məsuliyyətə cəlbetmə müddəti olaraq 4 ay müddət nəzərdə tutulmuşdur. Belə olduğu halda MMC-in məsuliyyətə cəlb edilməsi üçün müddətin axımı ## ######## 2025-ci il tarixindən başlamaqla sonuncu müddət ## ###### 2026-cı il tarixi olmuşdur. Halbuki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə üçün protokol ## #### 2026-cı il tarixində tərtib edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi tərəfindən Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə 16 iyul 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material məhkəmənin icraatına daxil olan zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, iş materiallarına ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə təqsirli olması iş materialları öz təsdiqini tapsa da, səlahiyyətli orqan tərəfindən uzun müddət keçdikdən sonra protokol tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Bununla da Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən əsasən məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Eyni zmaanda məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb etmə müddətləri, dövlət orqanlarının fəaliyyətini intizamlaşdıran, vətəndaşların və hüquqi şəxslərin hüquqlarını qeyri-müəyyən təhdidlərdən qoruyan mühüm hüquqi təminatdır. Bu müddətlərin ötürülməsi ilə inzibati tənbeh tətbiq edilməsinin qanuni imkanı aradan qalxır və bu, maddi sübutların mövcudluğundan və ya şəxsin təqsirlilik dərəcəsindən asılı olmayaraq, icraata xitam verilməsi üçün əsas yaradır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilən müddət ərzində tamamilə ödənilmiş nizamnamə kapitalı barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 405-1.2-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinə görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq, Qərara alıram: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Inzibati Xətalar Məcəlləsinin 405-1.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz. Sədrlik edən Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2735/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2735/2026
27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver