Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2736/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, R X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi (bundan sonra - səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 499.1.4-cü maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X3) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizini təşkil edən 40688,26 rubl məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin müvəqqəti ixrac proseduru ilə aparılmış mallarla bağlı müəyyən edilmiş müddətin uzadılması barədə ## ####### 2025-ci il tarixli müraciətini təmin etməmişdir. Həmin Cəmiyyətin malları müəyyən olunmuş müddətdə ölkədən çıxarması “xxxx” QSC-yə malların dəmir yolu vasitəsilə daşınması üçün zəruri olan vaqonlarla təmin edilməsi barədə dəfələrlə göndərdiyi müraciətlərinin təmin edilməməsi, yəni öz iradəsindən asılı olmayan obyektiv səbəbdən mümkün olmamışdır. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, səlahiyyətli orqanın nümayəndəsi X2 isə şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, səlahiyyətli orqanın Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemindən əldə edilmiş çıxarış və Rəsmiləşdirmə Mərkəzinin verdiyi raporta, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etirafına əsaslanmaqla, həmin Cəmiyyətin iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun şəkildə, ## ##### 2024-cü il tarixli, 01241000163594 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edib, müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirdiyi, ümumi invoys dəyəri 203443,80 rubl olan 2 ədəd “Qara metaldan polad prokatların daşınması üçün altlıqlar” adlı yüklərin öhdəlik müddətinin ## ####### 2025-ci il tarixdə bitməsinə baxmayaraq, ## ###### 2026-cı il tarixədək digər gömrük proseduru altında yerləşdirilməsini təmin etməməsini və inzibati məsuliyyətdən azad edilməsi üçün hər hansı əsasın olmamasını müəyyən edib, Azərbaycan Respublikasının İXM-in 499.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində göstərilən maddənin sanksiyası həddində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2736/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2736/2026
31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver