Məhkəmə qərarları › İş №3(3-6)-2739/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2739/2026

03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2739/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi X1, Protokolu tərtib edən orqan böyük köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhər Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Məhkəmənin icraatına Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsi ilə ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhər Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.000 (bir min manat) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında Komisyon məhkəmə-tibb ekspertizasının ## ### 2026-cı il tarixli, ***/KEŞ nömrəli rəyinə istinad edərək qərar qəbul etmişdir. Halbuki, həmin rəy onun iştirakı olmadan keçilmişdir. Buna görə də məhkəmə mütləq şəkildə iş üzrə təkrar ekspertiza keçirə bilərdi. Bundan başqa, onu bildirib ki, əməliyyat zamanı tibb bacısı tərəfindən ona 4.0 Monopilen tikiş sapı yox, ona bənzər, sovrulan digər tikiş sapı verilmiş, bu səbəbdən burun qanadlarının sallanması fəsadı yaranmışdır. Həmçinin Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, aralarında razılıq əldə olunmuş və bu səbəbdən şikayətçi deyildir. Çox təəssüf ki, məhkəmə işin bu hallarına diqqət yetirməmişdir. Iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək, məhkəmə hesab edir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ### 2026-cı il tarixli qərardan görünür ki, Toplanmış 291 C-** nömrəli yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin fakt üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Komisyon məhkəmə-tibb ekspertizasının ## ### 2026-cı il tarixli, ***/KEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ## ###### 2024-cü il tarixdə “HTC Cliniva Hospital”a müraciət etmişdir. Xəstəyə ilkin anamnez, lokal status, laborator və instrumental müayinələr aparılmışdır. Tibbi sənədlərin təhlilinə əsasən, onda burun tənəffüsünün pozulması, xarici deformasiya və burun çəpərinin “S vari” əyriliyi qeyd edilmişdir. “Xarici burun deformasiyası. Burun çəpəri əyriliyi” diaqnozu müəyyənləşdirilmiş və “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının aparılması üçün tibbi göstəriş olmuşdur. 2. Zərərçəkmiş şəxs ## ###### 2024-cü il tarixdə “HTC Cliniva Hospital”ının həkim lor cərrah Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən “Xarici burun deformasiyası, burun çəpəri əyriliyi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoz burun tənəffüsünün pozulması və vizual deformasiya əlamətlərinə uyğun olaraq müəyyənləşdirilmişdir. 3. Zərərçəkmiş şəxs üzərində ## ###### 2024-cü il tarixdə “HTC Cliniva HospitaT’da icra edilmiş “Rinoseptoplastika” cərrahiyyə əməliyyatı texniki olaraq düzgün təsvir edilmişdir. Əməliyyat zamanı burun çəpərinin korreksiyası, qığırdaq modelləşdirilməsi və burun ucunun formalaşdırılması aparılmışdır. 4. Zərərçəkmiş şəxs əməliyyatdan əvvəl aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. 5. Zərərçəkmiş şəxs üzərində icra edilmiş əməliyyat planlı qaydada yerinə yetirilmişdir. 6. Zərərçəkmiş şəxs üzərində ## ###### 2024-cü il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatın müddəti normativ tələblərə uyğun olmuşdur. Əməliyyatın gedişində ağırlaşma qeyd edilməmişdir. 7. Zərərçəkmiş şəxs üzərində ## ###### 2024-cü il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatı zamanı istifadə edilmiş dərman preparatları, o cümlədən 1% li novokainin tibbi praktikada qəbul olunan doza daxilində olmuşdur. Dərman dozalarının qeyri-optimal olması barədə tibbi sənədlərdə obyektiv məlumat yoxdur. 8. Zərərçəkmiş şəxs üzərində ## ###### 2024-cü il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatından sonra (bir il) onda burun ucunda sallanma qeyd edilmişdir ki, bu da cərrahiyyə əməliyyatının texniki qüsurlu icrası ilə əlaqədardır. Tibbi sənədlərə əsasən, yaranmış nəticə ilə aparılmış əməliyyat arasında birbaşa səbəbli əlaqə vardır. 9. Tibbi sənədlərin təhlilinə əsasən, əməliyyat ETN altında aparılmış və xəstə müşahidə altında şöbəyə köçürülmüşdür. 10. Zərərçəkmiş şəxs ## ###### 2024-cü il tarixdə “HTC Cliniva Hospital”dan qənaətbəxş vəziyyətdə evə yazılmışdır. Əməliyyatdan sonrakı erkən müşahidə də ağırlaşma halları qeyd edilməmişdir. 11. Zərərçəkmiş şəxs ## ###### 2025-ci il tarixdə “HTC Cliniva HospitaT’a təkrar olaraq müraciət etmişdir. Müayinə zamanı burun ucunda sallanma qeyd edilmişdir. Anamnez və lokal status tibbi sənədlərdə qeyd edilmişdir. 12. Zərərçəkmiş şəxs ## ###### 2025-ci il tarixdə “HTC Cliniva HospitaT’a təkrar olaraq müraciəti zamanı ona “Xarici burun deformasiyası. Rinoseptoplastika əməliyyatından sonrakı vəziyyət” diaqnozu təyin edilmişdir. Burun ucunun sallanması obyektiv müayinə zamanı qeyd edilmişdir. 13. Zərərçəkmiş şəxs üzərində ## ###### 2025-ci il tarixdə “Revizion rinoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi tibbi sənədlərdə təsvir edilmiş və burun ucunun yenidən fiksasiyası aparılmışdır. 14. Zərərçəkmiş şəxs əməliyyatdan əvvəl ## ###### 2025-ci il tarixdə aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. 15. Zərərçəkmiş şəxs üzərində ## ###### 2025-ci il tarixdə icra edilmiş əməliyyat planlı qaydada yerinə yetirilmişdir. 16. Zərərçəkmiş şəxs üzərində ## ###### 2025cü il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatının müddəti normativ tələblərə uyğun olmuşdur.

17. Zərərçəkmiş şəxs üzərində ## ###### 2025-cü il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatı zamanı istifadə edilmiş dərman preparatları dozalarının qeyri-optimal olması barədə tibbi sənədlərdə məlumat yoxdur. 18. Zərərçəkmiş şəxs üzərində ## ###### 2025-cü il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatından sonra burun ucunda çapıq əmələ gəlmişdir ki, bu da əməliyyatın texniki qüsurlu icrası ilə əlaqədardır. 19.21.22. Zərərçəkmiş şəxs üzərində bir il fərqi ilə iki cərrahiyyə əməliyyatları icra edilmişdir. Icra edilmiş hər iki cərrahiyyə əməliyyatları təyin edilmiş diaqnozlara uyğun olmuşdur. Təkrar cərrahiyyə əməliyyatdan sonra yaranmış dəyişikliklər (burun ucunda çapıq) əməliyyatın qüsurlu icrası ilə əlaqədardır. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun burun ucunda yayılmış ovalvari formalı çapıq toxuması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 20. Zərərçəkmiş şəxs aparılmış cərrahiyyə əməliyyatlardan sonra ona müvafiq məsləhətlər verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş üzrə planlı (növbəti) yoxlama zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən laqeyd münasibət nəticəsində öz peşə vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir. Inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. Inzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik– davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi kifayət qədər şərait yaradıb ki, tərəflər dəlil və sübutlarını təqdim edə bilsinlər və çıxış etsinlər. Apellyator məhkəmədə ekspertiza rəyinə etiraz etməmiş, təkrar ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir. Onun ekspertizada iştirak etməməsi ekspertizanın tədqiqatının aparılmasına və nəticəsinə mənfi təsir etməmişdir. Tibb işçisinin sovrulan sap verməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, həkim sapın sovrulmayan olmasına diqqət yetirməli olduğu halda bu peşə vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətinin dəlilləri formal mülahizələr əsasında irəli sürülmüş və şikayətin verilməsində məqsəd inzibati hüquqi məsuliyyətdən yayınmaqdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə şikayəti, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, birinci instansiya düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsi ilə təqsirli bilib, törədilən inzibati xətanın xarakterini, barəsində haqlı olaraq cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar