Məhkəmə qərarları › İş №3(3-6)-2743/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2743/2026

31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2743/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) qəbul etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarla vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) işçisi X3 ## #### 2026-cı il tarixdə ölümü barədə məlumatları səlahiyyətli orqana hadisənin baş verdiyi gün verməməsi müəyyən edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan verdiyi şikayətində onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X1) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, tərəflərin izahatları: Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verdiyi şikayətini onunla əsaslandırmışdır ki, işçisi olmuş X3 ## #### 2026-cı il tarixdə iş yerində ölümünün barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”yə əsasən “Ürəyin aterosklerotik xəstəliyi” səbəbindən, yəni təbii qaydada baş verməsi, beləliklə də istehsalatda baş verən bədbəxt hadisə ilə bağlı olmaması onun əməlində Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasını istisna edir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarı göstərdiyi halın nəzərə alənmamasına görə qanunsuz və əsassız hesab edir. Apellyasiya məhkəməsi iclasına tərəflər vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi müvafiq nəticəni onunla əsaslandırmışdır ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli, ** nömrəli Qərarının 1.7-ci bəndində göstərildiyi kimi, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X6 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X6 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Bu zaman hadisənin konkret olaraq istehsalatla bağlı olub-olmaması qanunvericiliklə nəzərdə tutulmamış, baş vermiş bədbəxt hadisə barədə dərhal məlumat verilməsi müəyyən edilmişdir. Hadisəsinin baş vermə səbəbləri, istehsalatla bağlı olub-olmaması artıq növbəti araşdırma mərhələsinin predmetidir. İşçi ilə bağlanmış əmək müqaviləsinə əsasən iş saatı 09:00-da başlandığına, saat 18:00-da qurtardığına, beləliklə, hadisənin iş yerində, lakin nahar fasiləsi başlayan dəqiqədə baş verməsi özlüyündə hadisənin iş vaxtında baş verməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. - 217.4-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” ## ###### 2000-ci il tarixli, ** nömrəli Qərarının 1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən təbii ölüm müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsində işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki,: - Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin qanunvericilik əsaslarını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” ## ###### 2000-ci il tarixli, ** nömrəli Qərarı təşkil etdiyinə, - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsində işəgötürənin yalnız istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün baş verdiyi gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsinin olması nəzərdə tutulduğuna, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən Qərarının 1.4-cü bəndinə əsasən təbii ölüm istehsalatda baş vermiş bədbəxt hadisə hesab edilmədiyinə, - həm göstərilənlərə, həm də Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsinin dispozisiyasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhətinin zəruri əlamətini işəgötürənin baş vermə faktını gizlətdiyi və ya əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına baş verdiyi gün məlumat vermədiyi hadisənin yalnız istehsalatda baş verən bədbəxt hadisə olması təşkil etdiyinə, - iş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X4 barəsində verilmiş ## ##### 2026-cı il tarixli “Ölüm haqqında tibbi şəhadətnamə”nin surətinə əsasən onun ölümü “Ürəyin aterosklerotik xəstəliyi” səbəbindən, yəni təbii, beləliklə də istehsalatda baş verən bədbəxt hadisə ilə bağlılığı olmayan qaydada baş verdiyinə, - bu hal səlahiyyətli orqan tərəfindən hər hansı sübut növü ilə təkzib edilmədiyinə, - səlahiyyətli orqana X4 ## #### 2026-cı il tarixdə ölməsinin ## ##### 2026-cı il tarixli “Ölüm haqqında tibbi şəhadətnamə”nə əsasən “Ürəyin aterosklerotik xəstəliyi” səbəbindən, yəni təbii, beləliklə də istehsalatda baş verən bədbəxt hadisə ilə bağlılığı olmayan qaydada baş verməsi ## ### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə qərar qəbul etməzdən əvvəl məlum olduğuna görə iş üzrə sonuncunun əməlində Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-in: - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin işin faktiki hallarının məzmununu düzgün müəyyən etməməsi gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasına, beləliklə də qanunsuz və əsassız olmasına səbəb olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsaslı olduğuna görə təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, onun verdiyi ilkin şikayət təmin edilməli, səlahiyyətli orqanın qəbul etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, həmin qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməli və sonuncu müvafiq inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 53.1.1, 133, 134.1.3, 135.1.5-1, 135.1.2 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayət təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin qəbul etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, müvafiq inzibati məsuliyyətdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar