Məhkəmə qərarları › İş №3(3-6)-2745/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2745/2026

31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2745/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 07:40-da Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Hyundai Elantra” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla əlaqədar barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.T.Axundov) ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarının ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxəşları: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə hadisə günü sərxoş olmadığının sübutu olaraq Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” tərəfindən verilmiş tibbi arayışı təqdim etmişdir. Həmin arayışda alkoqol göstəricisinin 0.000 olduğu qeyd edilmişdir. Lakin məhkəmə arayışın hadisədən 2 saat sonra verildiyini əsas gətirərək arayışı sübut kimi qəbul etməmişdir. Halbuki o, məhkəməyə təqdim etmiş olduğu şikayət ərizəsində hadisənin 08.30 radələrində baş verdiyini yazmışdır, məhəkəmə çıxışı zamanı da bunu təkrar bildirmişdir. Yol polisi isə çox güman ki, bilərəkdən hadisənin 07.33 radələrində baş verdiyini protokolda qeyd etmişdir. Tərəflər arasındakı bu ziddiyyətli iddialar iş üzrə əhəmiyyət kəsb edirsə, hətta bu səbəbdən məhkəmə onun təqdim etdiyi sübutu sübut kimi qəbul etməyəcəksə, o zaman məhkəmə hadisənin 07.33 yoxsa 08.30da baş verdiyini araşdırmalı idi. Məhkəmə təhlükəsiz şəhər kamerlarının görüntülərini əldə edərək hadisənin əslində saat neçədə baş verdiyini müəyyən edə bilərdi, lakin bunu etmədi. Əgər təhlükəsiz şəhər görüntülərini də əldə etmək mümkün olmursa bu cür ziddiyətli məqamlar İXM-in 8.3-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş və məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törətdiyi inzibati xəta faktının aşkar edilməsi və bununla bağlı müvafiq prosessual qərarların qəbul edilməsində, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən prosessual qaydalara əməl olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları təkrarən sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələbinə uyğun olduğu üçün əsaslı hesab edir və şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qərar qəbul edərkən, sübutlara və işin faktiki hallarına məcmu halında qiymət verərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə təqsirli bilinməsi haqqında düzgün nəticəyə gəlmiş, bu məsələ üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 4, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar