Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2746/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X6, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinərək Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinin təmin edilmədən həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi : Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilmədən həmin qərarın dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətinin təmin olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2026 tarixində saat 14:30 radələrində Babək prosekti ilə hərəkət edərkən svetaforu keçdikdən sonra X1 əməkdaşları tərəfindən idarə etdiyim X2 Minik, **-XM-*** qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Və barəsində ## #### 2026 tarixli, IXP******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2 (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) və 327.7-ci (Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə) maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Nizami Rayon Məhkəməsinin qərarı aşağıda qeyd olunanlara əsasən əsassız olduğu üçün ləğv edilməlidir. X1 İdarəsinin məhkəməyə göndərdiyi video materialdan görünür ki, o svetaforun sarı işığında keçmişdir. O, məhkəmə çıxışı zamanı X4 60-cı maddəsinin IV bəndinə istinad edərək bildirdim ki, ‘Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir.” Yəqin ki, onun çıxışı məhkəmə iclasının video yazısında qeydə alınmışdır. Lakin işə baxan hakim nə məhkəmə baxışı zamanı nə də iş üzrə çıxarılmış qərarda qanuvericinin, yol hərkəti iştirakçıları üçün müəyyən etmiş olduğu bu hüququna münasibət bildirməmiş və hadisəni bu prizmadan qiymətləndirməmişdir. Hətta yol polisinin məhkəməyə təqdim etmiş olduğu videodan o da görünür ki, onun arxasınca ağ rəngli avtomobil hərəkət edir və sarı işıqda keçməmək üçün kəskin tormozlama etsəydi yol nəqliyyat hadisəsi də baş verə bilərdi. Bundan əlavə ## #### 2026 tarixində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.7-ci (Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 3431.1 və 346.2-346.9cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə) maddəsi tətbiq oluna bilməzdi. Beləki, ## #### 2026 tarixinə qədər onun 17 cərimə balı olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin sanksiyasında da 3 cərimə balı nəzərdə tutulduğundan, 17+3 = 20 etdiyindən yol polisi barəsində İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsini də tətbiq etmişdir. Lakin 327-ci maddənin qeyd hissəsinin 6-cı bəndinə əsasən “İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 (bir) il müddətində qüvvədə olur.” Qərar # #### 2026 tarixində qüvvəyə minmişdir. Protokolun tərtib olunma tarixində (## #### 2026) onun 20 cərimə balım yığılmamışdır. Protokolun yazılması hələ cərimə balının hesablanması demək deyil. Çünki protokol ləğv oluna da bilər, qərar qüvvəyə minməyə bilər, qərar qüvvəyə minənə qədər digər cərimə balının 1 illik müddəti bitə bilər və silinə bilər və s. ## #### 2026 tarixində 327.7-ci maddənin tərkibi yaranmadığı halda barəsində bu maddə tətbiq olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında polis idarəsinin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xhaiş etdi. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq və proses iştirakçılarının çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməli, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilmədən həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv olunmalı və şikayət təmin olunmaqla iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər: - Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X2 minik” markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, X3 küçəsi 1 ünvanında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayəti təmin edilməməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməyərək qərar qəbul edilmişdir. Apellyasiya mərhələsində məhkəmə baxış iclasında iş materiallarına əlavə edilmiş video görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) svetoforun sarı işığı yanıb sönərkən yolu keçmişdir. Eyni zamanda video görüntüdən aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) yolun hərəkət sürətinə uyğun olaraq hərəkətdə olduğundan idarə etdiyi avtomobil kəskin tormuzlamaqla dayandırsaydı arxadan gələn avtomobillə aralarında yol nəqliyyat hadisəsinin baş verməsi qaçınılmaz olardı.Belə olan halda qanunvericiliyin də tələblərinə uyğun olaraq nəqliyyat vasitəsini kəskin tormozlamadan avtomobili saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. “X4” Qanunun: 59 cü maddəsinə görə sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 60-cı maddəsinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilmədən həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunmalı, Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinərək Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinin təmin edilmədən, həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunsun, onun barəsində olan Baş Polis İdarəsinin X1 İdarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2746/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2746/2026
01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver