Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2748/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, “Istifadəsində olan “Mercedes Benz E200” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi 9 (Neon şadlıq sarayı) ilə hərəkət edərkən heç bir yol hərəkəti qaydasını pozmamasına baxmayaraq **-YP-*** nişanlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin əməkdaşı tərəfindən qanunsuz oalraq barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmiş, o, həmin protokolla ilə tanış edilməmişdir. O, həmin qanunda qeyd edilən inzibati xətanı törətməmişdir, dairəni gözləmiş, daha sonra avtomobilini hərəkət etdirmişdir. O, görüntü tələb etdikdə Dövlət Yol Polisi inspektoru, baş serjant X1 mobil telefonunu çıxartmış və uzaqdan çəkilişi təqdim etmişdir. O isə bundan heçnə görünmədiyini demişdir. **-YP*** nömrəli avtomobili onun maşının yanında saxlayaraq şüşəsini açıb baş serjant X1 ona “kişi bildiklərinə hörmət edirəm” demişdir. Qeyd edilənlərə əsasən Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Nəriman Mehdiyev) Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ## ###### 2026-cı il tarixli qərarının ləğv edilərək, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, tərəfindən məhkəməyə təqdim edilmiş şikayətdə qəbul edilmiş inzibati tənbeh qərarının qanunsuz və əsassız olmasını təsdiq edən kifayət qədər sübut və dəlillər göstərilməsinə baxmayaraq, məhkəmə tərəfindən həmin sübutlar hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmamış, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün zəruri araşdırma aparılmamışdır. Məhkəmə öz mövqeyini əsasən Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş protokola və polis əməkdaşı tərəfindən şəxsi mobil telefon vasitəsilə, uzaq məsafədən qeydə alındığı bildirilən, əldə edilmə şəraiti, çəkilmə vaxtı və digər mühüm xüsusiyyətləri müəyyən olmayan görüntüyə əsaslandırmışdır. Halbuki inzibati xəta haqqında iş üzrə şəxsin təqsirliliyi yalnız formal olaraq protokolda qeyd edilmiş məlumatlarla deyil, iş üzrə bütün sübutların məcmusu əsasında müəyyən edilməlidir. Iş üzrə mövcud olan və hadisənin faktiki hallarını müəyyən etməyə imkan verən digər sübutlar da araşdırılmalı və onlara hüquqi qiymət verilməlidir. Bundan əlavə, mübahisəli halın mövcud olması səbəbindən barəmdə inzibati xəta haqqında protokol tərtib edilən gün Bakı şəhər Baş Polis Idarəsinə müraciət etmişdir. Orada ərazidə quraşdırılmış TŞ kameralarının görüntüləri vasitəsilə barəsində qeyd edilən yol hərəkəti qaydasının pozulması iddiasının baş verdiyi vaxtın görüntüsünə baxılmış və həmin görüntülərdən onun tərəfindən yol hərəkəti qaydasının pozulmadığı açıq şəkildə müşahidə olunmuşdur. Həmin vaxt görüntülərin ona təqdim edilməsini xahiş etdikdə polis əməkdaşı tərəfindən bildirilmişdir ki, görüntülər ona birbaşa təqdim edilə bilməz, lakin məhkəmə tərəfindən tələb edildiyi təqdirdə həmin görüntülərin təqdim edilməsi mümkündür. Bu halı məhkəmə baxışı zamanı da açıq şəkildə diqqətə çatdırmış və bildirmişdir ki, hadisənin baş verdiyi ərazidə TŞ kameraları mövcuddur və həmin kameraların görüntülərinin tələb edilərək araşdırılması ilə onun tərəfindən yol hərəkəti qaydasının pozulub pozulmadığını obyektiv şəkildə müəyyən etmək mümkündür. Lakin məhkəmə tərəfindən onun bu vəsatətinə lazımi hüquqi qiymət verilməmiş, hadisənin obyektiv şəkildə müəyyən edilməsinə imkan verən TŞ kameralarının görüntüləri tələb edilməmiş, həmin görüntülərin iş üzrə mühüm sübut əhəmiyyətinə malik olub olmaması araşdırılmamışdır. Beləliklə, iş üzrə həqiqi halların müəyyən edilməsi üçün mövcud olan və birbaşa hadisəni əks etdirə biləcək sübutun araşdırılmaması nəticəsində məhkəmə yalnız inzibati xəta haqqında protokolda əks olunan məlumatlara və əldə edilmə qaydası, çəkilmə vaxtı və digər mühüm xüsusiyyətləri müəyyən edilməyən görüntüyə əsaslanmışdır. Bundan başqa, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda yol hərəkəti qaydasının pozulmasının konkret olaraq hansı tarixdə, hansı saatda və hansı vaxt aralığında baş verdiyi aydın və dəqiq şəkildə müəyyən edilmir. Protokolda inzibati xətanın törədilmə vaxtının qeyri-müəyyən olması isə hadisənin digər sübutlarla müqayisəli şəkildə yoxlanılmasına, xüsusilə də TŞ kameralarının həmin vaxta aid görüntülərinin müəyyən edilərək tələb olunmasına mane olmuşdur. Iş materiallarında yol nişanının tələbinin məhz onun tərəfindən pozulduğunu bilavasitə və şübhədən kənar təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Əksinə, onun tərəfindən təqdim edilmiş izahat və dəlillər, habelə hadisə yerində mövcud olan TŞ kameralarının görüntülərinin araşdırılması imkanının olması iş üzrə əlavə və obyektiv sübutların mövcud olduğunu göstərir. Buna baxmayaraq, məhkəmə həmin sübutların əldə olunması və araşdırılması üçün zəruri tədbirlər görməmiş, onun tərəfindən irəli sürülmüş əsaslı dəlilləri yoxlamadan barəsində inzibati xəta törədilməsi barədə nəticəyə gəlmişdir. Qərarda qeyd edilmişdir ki, guya onun tərəfindən qadağanedici yol nişanının tələbləri pozulmuş və bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin inzibati məsuliyyətin yaranması üçün yalnız hərəkətin inzibati xəta kimi qiymətləndirilməsi kifayət etmir. Konkret şəxsin həmin inzibati xətanı törətdiyi mötəbər, mümkün və qanuni qaydada əldə edilmiş sübutlarla təsdiq edilməlidir. Hazırkı iş üzrə isə onun tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən sübutlar məhkəmə tərəfindən tam və obyektiv şəkildə araşdırılmamışdır. Xüsusilə, hadisəni bilavasitə əks etdirə biləcək TŞ kameralarının görüntüləri tələb edilməmiş və bu görüntülərin iş üzrə nəticəyə təsir edə biləcək sübut olub-olmaması müəyyən edilməmişdir. Həmçinin Baş Dövlət Yol Polisi Idarəsinin əməkdaşının təqdim etdiyi görüntünün hadisəni tam və obyektiv əks etdirib-etdirməməsi, görüntünün konkret hansı tarixdə və saatda çəkilməsi, onun hansı texniki vasitə ilə əldə edilməsi, görüntünün bütövlüyünün və dəyişdirilmədiyinin necə təmin olunması, eləcə də həmin görüntünün məhz mübahisələndirilən inzibati xəta ilə əlaqəsinin necə müəyyən edilməsi məsələləri də məhkəmə tərəfindən lazımi qaydada araşdırılmamışdır. Bu baxımdan, yalnız protokolda əks olunmuş məlumatlara və mübahisəli görüntüyə əsaslanmaqla onun inzibati xəta törətdiyi barədə nəticəyə gəlinməsi işin faktiki hallarının tam və obyektiv araşdırılması prinsiplərinə uyğun deyildir. Qeyd olunanlara əsasən hesab edir ki, barəsində qəbul edilmiş inzibati tənbeh qərarı həm faktiki, həm də hüquqi baxımdan əsassızdır. Onun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcudluğu mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və əməlimdə inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi zəruridir. Eyni zamanda, iş üzrə həqiqi halların müəyyən edilməsi üçün hadisə yerində yerləşən TŞ kameralarının müvafiq tarix və saat aralığına aid görüntülərinin aidiyyəti polis orqanından tələb edilərək məhkəmə tərəfindən araşdırılması, habelə barəsində istifadə edilmiş digər görüntünün əldə edilmə mənbəyinin, çəkilmə vaxtının, texniki vasitəsinin və iş üzrə mötəbər sübut kimi qəbul edilməsinə əsas verən halların müəyyən edilməsi zəruridir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Mercedes Benz E200 CDI minik” markalı, **-VM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) ünvan 2 ünvanında ## #### 2026-cı il tarixdə, saat 15:18-də “yolayrıcını keçmə qaydalarını pozmasına” görə” ## #### 2026-cı il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi barəsində inzibati tənbeh tətbiq edilmişdir. Məhkəməyə təqdim olunan video görüntüyə məhkəmə iclasında tərəfin iştirakı ilə baxış zamanı, inzibati xətanın yuxarıda göstərilən qaydada törədildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. Inzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə, saat 15:18-də “Mercedes Benz E200 CDI minik” markalı, **- VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad olunan tələblərinə əməl etməyib, yol ayrıcını keçmə qaydalarını pozmuşdurr ki, bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəmişdir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan şikayəti təmin edilməməlidir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsi öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin qərarı qanuni hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 76-cı madddəsinin İ bəndinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. “Yol hərəkəti haqqında” qanunun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürətli dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Belə ki, məhkəməyə təqdim olunan video görüntüyə məhkəmə iclasında tərəfin iştirakı ilə baxış keçirilmiş, görüntünün tədqiqi zamanı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən qaydada törədildiyi müəyyən edilmişdir. Məhkəmə bu baxımdan qeyd edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətində Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta hadisəsi olmaması barədə dəlillər heç bir əsası olmayan, müdafiə xarakterli hesab edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya şikayətində şikayətçi inzibati xəta haqqında qərarın əsaslılığını mübahisələndirsə də, məhkəmə bu dəlillə razılaşmır. Belə ki, təqdim edilən videogörüntü digər sübutlarla yanaşı, inzibati xətanı təsdiq edən sübut növüdür və onun əsaslılığını şübhə altına alan hər hansı dəlil mövcud olmamışdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətanın törədilməsi barədə qərar qəbul edərkən işi tam və hərtərəfli araşdırmış, işə əlavə olunmuş inzibati xəta haqqında qərara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə işin faktiki hallarına və şikayətin əsaslandığı dəlillərə qiymət verərək hesab edir ki, göstərilən hallar işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətməsi iş üzrə sübutlarla təsdiqlənir. Apellyasiya şikayətinin dəlillərində hadisənin obyektiv şəkildə müəyyən edilməsinə imkan verən TŞ kameralarının görüntüləri tələb edilməməsi, həmin görüntülərin iş üzrə mühüm sübut əhəmiyyətinə malik olub olmaması araşdırılmaması barədə dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, video görüntüyə məhkəmə iclasında tərəfin iştirakı ilə baxış keçirilmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən xüsusi texniki vasitələrlə əldə olunmuş məlumatlar sübut kimi qəbul edilir və hazırkı halda videogörüntü inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq edən birbaşa sübut olmaqla digər sübutlarla uzlaşır. Ayrıca şkayətdə yol hərəkəti qaydasının pozulmasının konkret olaraq hansı tarixdə, hansı saatda və hansı vaxt aralığında baş verdiyi aydın və dəqiq şəkildə müəyyən edildiyi qeyd edilsə də, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın kim tərəfindən, hansı tarixdə, hansı saatda və hansı şəraitdə baş verməsi konkret olaraq göstərilmişdir. Şikayətdə göstərilənlər işdə olan sübutlarla təkzib edildiyindən məhkəmə belə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında verilib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Baş Dövlət Yol Polisi Idarəsinin inzibati xəta haqqında # #### 2026-cı il tarixli, TP seriyalı ******* saylı qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2748/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2748/2026
03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver