Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2751/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Vəliyev İlqar Ağamirzə oğlunun iştirakları ilə, Vəliyev İlqar Ağamirzə oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Vəliyev İlqar Ağamirzə oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri X1 İdarəsinin Yol patrul xidməti inspektoru, R Əlimanov Samir İsrafil oğlu tərəfindən Vəliyev İlqar Ağamirzə oğlunun İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə ## #### 2026-cı il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən Vəliyev İlqar Ağamirzə oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərardan narazı qalan Vəliyev İlqar Ağamirzə oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust l 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ## #### 2026-cı il saat 09:20 tarixdə Vəliyev İlqar Ağamirzə oğlunun sərxoşluğu yoxlanılan zaman alkotester qəbzinin göstəricisinə əsasən alkoqolun miqdarı 0.357% olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə protokoldan görünür ki, ## #### 2026-cı il tarixdə Vəliyev İlqar Ağamirzə oğlunda alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilməkdən ötrü xüsusi texniki vasitədən istifadə edilmişdir. Vəliyev İlqar Ağamirzə oğlu alkotester göstəricisi ilə razılaşmış, heç bir narazılığının və həkimə getməyə ehtiyacın olmadığını qeyd edərək imzalamışdır. ## #### 2026-cı il tarixli tibbi müayinə protokolundan aydın olur ki, saat 13:25-də aparılan yoxlama zamanı Vəliyev İlqar Ağamirzə oğlunda alkoqol sərxoşluğu müəyyən edilməmişdir. Məhkəmə iclasında Vəliyev İlqar Ağamirzə oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3 apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini əsassız hesab edərək şikayətin təmin olunmamasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb, tərəflərin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilərək Vəliyev İlqar Ağamirzə oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nzəərədə tutulmuş 400 manat cərimə cəzası tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -## #### 2026-cı il saat 09:20 tarixdə Vəliyev İlqar Ağamirzə oğlunun sərxoşluğu yoxlanılan zaman alkotester qəbzinin göstəricisinə əsasən alkoqolun miqdarı 0.357% olmuşdur. -Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə protokoldan görünür ki, ## #### 2026-cı il tarixdə Vəliyev İlqar Ağamirzə oğlunda alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilməkdən ötrü xüsusi texniki vasitədən istifadə edilmişdir. Vəliyev İlqar Ağamirzə oğlu alkotester göstəricisi ilə razılaşmış, heç bir narazılığının və həkimə getməyə ehtiyacın olmadığını qeyd edərək imzalamışdır. -## #### 2026-cı il tarixli tibbi müayinə protokolundan aydın olur ki, saat 13:25-də aparılan yoxlama zamanı Vəliyev İlqar Ağamirzə oğlunda alkoqol sərxoşluğu müəyyən edilməmişdir; Vəliyev İlqar Ağamirzə oğlu tərəfindən təqdim edilmiş müayinə protokoluna münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, polis əməkdaşı tərəfindən alkotester vasitəsilə yoxlama aparılan zaman onda alkoqolun miqdarı 0.357% olmuş və o, həkim müayinəsi ehtiyac olmadığını qeyd etməklə həmin müayinə aktı ilə razılaşmışdır. Bu səbəbdən də sonradan aparılmış həkim müayinəsinin nəticəsinin müəyyən vaxt keçməsi ilə bağlı fərqli olması istisna edilmir. Çünki orqanizmin xüsusiyyətinə görə bədəndə spirtin miqdarı saatlar ərzində azala bilər, həmçinin spirtin miqdarının süni yollarla azaldılması mümkündür. Belə olan təqdirdə bu hal onun təqsirsizliyinə dəlalət etmir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Vəliyev İlqar Ağamirzə oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən Vəliyev İlqar Ağamirzə oğlu barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri dəyişdiirlməlidir. Belə ki, Vəliyev İlqar Ağamirzə oğlunun şəxsiyyətini, inzibati xətanı ilk dəfə törətdiyini, əməlindən səmimi peşmançılığını, təqsirinin dərəcəsini nəzərə alaraq Vəliyev İlqar Ağamirzə oğlunun törətdiyi xətaya münasibətdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmasi cərimə tənbeh növü ilə əvəz edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Vəliyev İlqar Ağamirzə oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilməli və Vəliyev İlqar Ağamirzə oğlu barəsində 400 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Vəliyev İlqar Ağamirzə oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayəti qismən təmin edilsin. Vəliyev İlqar Ağamirzə oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Vəliyev İlqar Ağamirzə oğluna təyin olunmuş nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılması dəyişdirilərək 400 manat miqdarında inzibati cərimə tədbiri təyin edilsin. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2751/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2751/2026
01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver