Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2753/2026 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətinin təmin edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilərək DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1.1ci maddəsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilmiş və əlavə araşdırılma aparılması üçün DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət vermişdir. Təqdim olunmuş materialları nəzərdən keçirib, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət vermə müddəti buraxıldığından, inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı və şikayət verən şəxsə mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati işin materiallarından və apellyasiya şikayətindən görünür ki, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı ## #### 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında şikayət ## ###### 2026-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından şikayət 10 günlük müddət ötürülməklə verildiyindən və müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edilmədiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı üzrə toplanmış material birinci instansiya məhkəməsinə qaytarılmalı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, və 133-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən, inzibati xəta haqqında material həmin məhkəməyə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) buraxılmış prosessual müddətin bərpası barədə ərizə (vəsatət) ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2753/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2753/2026
03.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver