Məhkəmə qərarları › İş №3(3-6)-2755/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2755/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2755/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi X3, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X10 Xidmətinin * saylı Bakı Regional Bölməsinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ## ###### 2026-cı il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X10 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Sahilə Bağırova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 8.000 (səkkiz min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya qaydasında şikayət verərək, Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## ##### 2023-cü il tarixli AB.2023.** nömrəli xidmət müqaviləsi bağlanılmışdır. Müvafiq müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən Ramada by Wyndham Baku hotelinə məxsus şaınboda yığılan suları vaxtlı-vaxtında daşımasını öz öhdəsinə götürmüşdür. Indiki tarixə qədər müvafiq şirkətdən şamboda yığılan suların daşınması xidmətini mütəmadi olaraq alırlar. Belə ki, sözügedən şambo otelin inzibati ərazisənə daxil olsa da, oteldən 200-300 metr aralıda yerləşir və bu səbəbdən otel tərəfindən daimi nəzarətin edilməsi mümkün deyildir. Belə ki, bu nəzarətin tərəflər arasında bağlanılmış müqaviləyə əsasən “AB Texnik Service ” tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin müvafiq şirkət laqeydlik göstərdiyi üçün bu hal baş vermişdir. Lakin Səbail Rayon Məhkəməsi öz qərarında bildirmişdir ki, bu hal Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəsdən törədilmişdir. Işin faktiki hallarından da göründüyü kimi, burada heç bir qəsd yoxdur. Həmçinin, Səbail Rayon Məhkəməsi öz qərarında bildirmişdir ki, ## ##### 2023-cü il tarixli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xidmət müqaviləsinin 7.4-cü bəndində qeyd edilmişdir ki müqavilə ## ##### 2024-cli il tarixinə qədər qüvvədə olur." Lakin məhkəmə müqaviləni doğru formada təhlil etməmiş və buna görə də 7.5-ci maddəni nəzərə almamışdır. Müqavilənin 7.5-ci maddəsində qeyd olunur ki, "Əgər tərəflər müqaviləyə xitam vermək haqda qərara gəlməzlərsə, bu Müqavilə hər bir növbəti il üçün qüvvədə sayılır". Müvafiq bənddən də göründüyü kimi, müqavilə hələ də qüvvədədir, tərəflər indiki tarixə qədər mütəmadi olaraq sifariş əsasında əməkdaşlıq edirlər. Bundan əlavə, məhkəmə qərarında qeyd etmişdir ki, Ramada by Wyndham Baku hotelində su təmizləyici qurğu olmadan şamboda yığılan sular Xəzər dənizinə axıdılır. Lakin otelin direktorunun öz izahatında da qeyd etdiyi kimi, bizdə tələb edilən su təmizliyi qurğusu olmasa da, su çökdürücü qurğu mövcuddur və daim istifadə edilir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X10 Xidmətinin * saylı Bakı Regional Bölməsinin nümayəndəsi X1 şikayətə etiraz edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Inzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Apellyasiya instansiyası məhkəməsi şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli tam və obyektiv araşdıraraq, proses iştirakçısının izahatını dinləyərək, belə hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X10 Xidmətinin ** saylı Bakı regional bölməsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli aktda qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X10 Xidmətinin ** saylı Bakı regional bölməsinin inzibati ərazisi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarının həmçinin su qanunvericiliyinin digər tələblərinin yoxlanılması o cümlədən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası Rəhbərliyinin ## ### 2025-ci il tarixli ** nömrəli sərəncamının icrası ilə əlaqədar bölmənin ## #### 2026-cı il tarixli *** nömrəli sərəncamına əsasən yerində araşdırma aparılmışdır. Araşdırılma müddətində Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən və Şıx çimərliyinin yaxınlığında fəaliyyət göstərən “Ramada by Wyndham Baku” hotelinin yerləşdiyi dənizkənarı əraziyə obyektin direktoru X5 iştirakı ilə birgə baxış keçirilmiş, baxış zamanı “Ramada by Wyndham Baku” ictimai iaşə obyektində formalaşan çirkab suyun təmizlənməsi üçün təmizləyici qurğunun quraşdırılmadığı boru vasitəsilə çirkab və tullantısularının təmizlənmədən birbaşa olaraq özaxımlı torpaq axar vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edilmiş, Monitorinq müddətində sözügedən axardan Xəzər dənizinə axıdılan çirkab suyun tərkibinin müəyyənləşdirilməsi məqsədi ilə su nümunəsi götürülərək nümunə aktı tərtib edilmiş, Monitorinq zamanı “Ramada by Wyndham Baku” hotelinin direktoru X5 obyektin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğunu qeyd etmiş və çirkab suyunun daşınması ilə bağlı müqaviləni təqdim etmiş, araşdırma ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və“Ramada by Wyndham Baku” hotelinin direktoru X5 bölməyə dəvət edilmiş, X5 yazılı izahatında “müvəqqəti saxlanma üçün nəzərdə tutulan şambodan çirkab suyunun dənizə axmasını və təmizləyici qurğunun olmadığını və qısa zamanda məsələnin aradan qaldırılacağını qeyd edərək” faktı təsdiq etmiş, monitorinq aktı, nümunə aktı, izahat, etibarnamə, fotoşəkil, videogörüntü, sərəncam və araşdırmaya dair digər materiallar akta əlavə edilmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X10 Xidmətinin * saylı Bakı regional bölməsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli aktda qeyd olunmuşdur ki, suyun axıdıldığı yerdən laboratoriyaya göndərilməsi üçün su nümunəsi götürülmüşdür. - “Ramada by Wyndham Baku” hotelinin direktoru X5 izahatında qeyd olunur ki, Səbail rayon Şıx çimərliyində fəaliyyət göstərən “Ramada by Wyndham Baku” hotelinin direktoru vəzifəsində çalışır, hotelin şambosunda olan çirkab və tullantı sularının Xəzər dənizinə axıdılması faktı ilə bağlı bildirir ki, hotelin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə olan müqaviləsinə əsasən şamboda yığılan çirkab sularının daşınmasına dair müqavilə mövcuddur, həmin şambo otelin inzibati ərazisinə aid olsa da oteldən 200-300 metr aralıda yerləşir və bu səbəbdən mütəmadi nəzarət olunması mümkün olmur, həmin nəzarətin müqavilə bağlanılan şirkət tərəfindən həyata keçirilməsi nəzərdə tutulsada bu işi gec gördüklərinə görə qeyd olunan vəziyyət yaranmış, otelə məxsus su çökrücü qurğu mövcudur lakin su təmizləyici qurğu olmadığına görə pasportu təqdim edilə bilməmiş, qeyd olunan pozuntu dərhal aradan qaldırılmış, qeyd olunanları nəzərə alınaraq hüquqi şəxs barəsində daha yüngül məsuliyyət və ya inzibati məsuliyyətdən azad olunması xahiş edilmişdir. - ## ##### 2023-cü il tarixli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xidmət müqaviləsinin 7.4-cü bəndində qeyd edilmişdir ki müqavilə ## ##### 2024-cü il tarixinə qədər qüvvədə olur. - Fotoşəkillərdən görüntülərindən “Ramada by Wyndham Baku” hotelindən Xəzər dənizinə su axıdıldığı müşahidə olunur. - Video görüntülərdən “Ramada by Wyndham Baku” hotelinin şambosunda çirkab sularının olduğu və şambonun alt hissəsindən boru vasitəsi ilə su axıdıldığı müşahidə olunur. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X10 Xidmətindən daxil olmuş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Səbail rayonu, Şıx çimərliyi ərazisində fəaliyyət göstərən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Ramada by Wyndham Baku” ictimai iaşə obyektində formalaşan çirkab və tullantı sularının təmizləyici qurğu olmadan Xəzər dənizinə axıdılması və obyektin istismar edilməsinə görə inzibati xəta törətmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsində material tədqiq edilərkən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə tətbiq ediləcək tənbeh növü ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətadır. Araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində ağırlaşdırıcı hal müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 7.500 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinin tələbinə görə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ağırlaşdırıcı hal hesab edildiyindən hazırki vəziyyətdə hüquqi şəxsə minimum cərimə tətbiq edilməsi mümkün deyildir. Buna görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin 7.500 manatdan yuxarı məbləğdə cərimə edilməsi məqsədəuyğun hesab edilməlidir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 8.000 (səkkiz min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə belə hesab edir ki, qeyd olunan hallarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Ramada by Wyndham Baku” ictimai iaşə obyektində formalaşan çirkab və tullantı sularının təmizləyici qurğu olmadan Xəzər dənizinə axıdılması və obyektin istismar edilməsi faktı öz təsdiqini tapdığından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X10 Xidməti tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolun qanuni və əsaslı olması müəyyən olunur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Istifadəsinə və X10 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işə baxarkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni işdə olan sənədlərə və qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin ## ######## 1998-ci il tarixli, *** nömrəli qərarının 2-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına; sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə və digər tələblərə riayət olunmasını təmin etməkdir. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin ## ######## 1998-ci il tarixli, *** nömrəli qərarının 5-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini həyata keçirən orqanlar aşağıdakı səlahiyyətlərə malikdirlər: -su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulması nəticəsində dövlətə vurulan zərərin ödənilməsi məqsədilə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslərə, Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə qarşı iddia qaldırmaq; -su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulmasında müqəssir şəxsləri cinayət məsuliyyətinə cəlb etmək məqsədilə müvafiq sənədləri hüquq-mühafizə orqanlarına göndərmək; -suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda həmin işləri və bu mənbələrin suyundan istifadə olunmasını dayandırmaq hüququna. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin ## ######## 1998-ci il tarixli, *** nömrəli qərarının 6-cı bəndinə əsasən Azərbaycan Dövlət X13vericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Su Məcəlləsinin 78-ci maddəsinin birinci abzasına əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. Azərbaycan Respublikasının Su Məcəlləsinin 81-ci maddəsinin birinci abzasına əsasən bütün sular (su obyektləri) onların fiziki, kimyəvi, bioloji xassələrinin dəyişməsi, təbii təmizlənmə qabiliyyətinin azalması, suların hidroloji və hidrogeoloji rejiminin pozulması nəticəsində əhalinin sağlamlığına zərər vura biləcək, habelə balıq və digər su bioresurslarının azalmasına, su təchizatı şəraitinin pisləşməsinə və digər əlverişsiz hallara səbəb ola biləcək çirklənməkdən, zibillənməkdən, tükənməkdən mühafizə olunmalı və qorunmalıdır. Azərbaycan Respublikasının Su Məcəlləsinin 84-cü maddəsinə əsasən öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi qadağan edilir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Hesab edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin inzibati xətanın törədilməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edilir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, material əlavə edilmiş fotoşəkillərlə “Ramada by Wyndham Baku” hotelindən Xəzər dənizinə su axıdıldığı, həmçinin video görüntülərlə “Ramada by Wyndham Baku” hotelinin şambosunda çirkab sularının olduğu və şambonun alt hissəsindən boru vasitəsi ilə su axıdıldığı faktı müşahidə edildiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olması faktı öz təsdiqini tapmış, göstərilən dəlillərin heç biri hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktını istisna etmir və əməldə inzibati xəta tərkibini aradan qaldıran hallar sayılmır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Barəsində inzibati qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı barəsində inzibati qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz. Hakim: Habil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar