Məhkəmə qərarları › İş №3(3-6)-2760/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2760/2026

01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2760/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3, Şikayətçi X1 oğlunun iştirakları ilə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-ci il tarixli, EQ ******** nömrəli nzibati tənbeh vermə haqqında qərardan X1 oğlunun şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından X1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: X1 oğlu Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, o yol hərəkəti haqqında qanunu yaxşı bilən və əməl edən vətəndaşdır. ## #### 2026-cı il tarixində, saat 13:19-da, üfüqi yol nişanları olmayan adsız yolda **-YX-*** nömrə nişanlı Neta Aya avtomobili ilə gedib. Yol hərəkəti şəraitini müəyyən edən yol nişanlarının görünməsi çətin olan və ya bərpa edilə bilməyən hissələrində müvafiq yol nişanları olmalıdır. Lakin bu yolda heç bir yol nişanı olmamışdır. Nəqliyyat vasitəsi davamlı üfüqi işarələmə xəttinin kəsişməsi ilə manevr edirsə və bu işarələmə görünmürsə, inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmir. Buna baxmayaraq ## ##### 2026-cı il tarixində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə (Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1. 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə) əsasən EQ ******** nömrəli protokol tərtib edilmişdir. Əvvəllər qeyd edildiyi kimi, onun sürdüyü yolda üfüqi nişan xətləri və ya yol nişanları olmayıb və buna görə də EQ 35560778 protokolu səhv tərtib edilib. Aşağıdakı səbəblərdən dolayı protokol əsassızdır və onun əsasında çıxarılmış qərar ləğv olunmalıdır: 1.Nəqliyyat vasitəsi davamlı üfüqi işarələmə xəttinin kəsişməsi ilə manevr edirsə və bu işarələmə görünmürsə, inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmir. 2. O, tərtib olunmuş protokolla razılaşmadığından yerində qərar qəbul edilməmiş və protokola nə zaman baxılacağı barədə məlumat protokolda yazılmamışdır. Bu da onun barəsində tərtib olunmuş protokola baxılarkən iştirakına süni maneəçilik olmaqla hüquqlarının pozulmasına səbəb olmuşdur. 3. İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri ona polis əməkdaşları tərəfindən izah olunmamış, əksinə protokola izahat vermək hüququ məhdudlaşdırılaraq onlar tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. 4.Azərbaycan Respublikasının "Vətəndaşların müraciətləri haqqında” qanunda vətəndaşların müraciətlərinə baxılması müddətləri müəyyənləşdirilir. Belə ki, müraciətlərə ən geci 15 iş günü müddətində baxılmalıdır. Lakin onun ## ##### 2026 il tarixdə veridiyi şikayətə yalnız ## #### 2026-cı il tarixdə rəsmi cavab verilib. Bu səbəbdən də X1 oğlu tərəfindən sözügedən qərardaddan şikayət vaxtında verilməmişdir. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən bərpa edilməlidir. Qeyd olunanlara əsasən Baş Dövlət Yol Polisi tərəfindən tərtib olunmuş ## ##### 2026-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23 aprel 2026-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 oğlunun şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan X1 oğlu şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və X1 oğlu barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 oğlu apellyasiya qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək yolda nişanlanma xətti olmadığını ona görə də inzibati xəta törətmədiyini bildiriərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edəərk təmin edilməməsini xahiş etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-ci il tarixli, EQ ******** nömrəli nzibati tənbeh vermə haqqında qərardan X1 oğlunun şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-ci il tarixli, EQ ******** nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X1 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. -İş materiallarında olan fotoşəkillərdən görünür ki, X1 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati araşdırma aparmış Baş Dövlət Yol Polisi İdarəsi X1 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X1 oğlu barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 327.4-cü maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hesab edirəm ki, X1 oğlu tərəfindən inzibati xətanın törədilməsi iş materiallarına əlavə edilmiş foto şəkillərlər ilə tam sübuta yetirilir. Apellyasiya şikayətinin dəlillərinə əlavə edilmiş şəkillər də öz növbəsində inzibati xətanın mövcud olmasını sübuta yetirir. Belə ki, foto şəkillərdən aydın görmək mümkündür ki, əks istiqamətli yollar qoşa xətt ilə ayrılmışdır. Eyni zamanda fotolardan göründüyü kimi, yolun bəzi hissəsində xətləmə aydın görsənməsə də bu qanunvericiliyin tələblərini pozmaqla yolun əks hərəkət istiqamətinə çıxaraq hərəkəti davam etdirmək üçün əsas hesab edilə bilməz. Bu baxımdan da birinci instansiya məhkəməsinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-ci il tarixli, EQ ******** nömrəli nzibati tənbeh vermə haqqında qərardan X1 oğlunun şikayətin təmin edilməməsi barədə qənaəti əsaslıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-ci il tarixli, EQ ******** nömrəli nzibati tənbeh vermə haqqında qərardan X1 oğlunun şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar