Məhkəmə qərarları › İş №3(3-6)-2763/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2763/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2763/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Məhkəmə iclas katibi X3, Qərardan şikayət verən orqan (şəxs) MMC-nin İnsan Resursları üzrə baş İnsan Resursları üzrə baş direktoru Vəzifəli şəxs vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Qərarından şikayət verilən orqan nümayəndəsi X10 iştirakları ilə, Qərarından şikayət verilən orqan Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) MMC-nin İnsan Resursları üzrə baş direktoru Cavlavova Sara Məcidovnanın vəkili X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarından Cavlavova Sara Məcidovnanın vəkili X1 tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərarından şikayət verilən orqan (bundan sonra – DƏMX) Bakı Şəhər İdarəsinin rəis müavini X2 ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs)xxxx«MMC» kimi göstərilmişdir; VÖEN Qərardan şikayət verən orqan (şəxs); bundan sonra – Cəmiyyət) İnsan resursları üzrə baş direktoru Vəzifəli şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayət təmin edilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Qərardan şikayət verən orqan (şəxs) MMCnin nümayəndəsi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili X1 şikayət verərək qərarın ləğv olunması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Qərarın öz təsviri hissəsindən görünür ki, əmək müqaviləsinə xitam Vəzifəli şəxs imzaladığı ##.##.2025-ci il tarixli, ***/** nömrəli əmrlə verilmişdir. Növbəti gün — ##.##.2025-ci il tarixdə — yalnız həmin əmrin daxilində olan iki tarixin (pozuntunun aşkar edilməsi tarixi və akt tarixi) texniki səhv kimi düzəldilməsi barədə ***/*/** nömrəli əmr verilmişdir. Bu, xitamın yeni, müstəqil aktı deyil, mövcud ***/** saylı əmrin mətninə edilmiş texniki düzəlişdir. Bununla belə, məhkəmə qərarında dəfələrlə "istər ##.##.2025ci il, istərsə də ##.##.2025-ci il tarixi əsas götürülsün" ifadəsi işlədilərək, bu iki fərqli hüquqi hadisə (xitamın verilməsi və ona edilmiş sonrakı texniki düzəliş) bir-birinə bərabər tutulmuşdur. Şikayətçi hesab edir ki, hüquqi qiymətləndirmə üçün əhəmiyyət kəsb edən yeganə tarix xitamın həqiqətən verildiyi tarixdir — ##.##.2025 — və məhkəmə bu iki müstəqil sənədi diqqətlə fərqləndirməli idi. Birinci instansiya məhkəməsi qərarında qeyd edir ki, audit aktından (##.##.2025) xəbərdarlıq müddətinin bitməsinədək (##.##.2025) işəgötürənin sərəncamında "daha 18 gün olmuşdur" və bu imkandan istifadə edilməməsi Vəzifəli şəxs öz təşkilati ləngiməsinin nəticəsidir. Bu qiymətləndirmə iş materiallarının özü ilə təzad təşkil edir. Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir; Əmək Məcəlləsinin 203-cü maddəsinə əsasən isə işəgötürən ziyanın ödənilməsi barədə qərara gəlməmişdən əvvəl işçinin izahatını almalı, əməlin qanunauyğunluğunu, səbəbli əlaqəni və ziyanın həqiqi miqdarını araşdırmalıdır. İş materiallarından görünür ki, bu qanuni tələbin icrası çərçivəsində ##.##.2025-ci il tarixli akt tərtib edilmiş, işçinin izahat vermək üçün baş ofisə gəlməkdən imtina etməsi rəsmiləşdirilmişdir — yəni audit aktından izahat imtinasının rəsmiləşdirilməsinə qədər 11 gün, işəgötürənin qanunla tələb olunan izahat prosedurunun icrasına sərf edilmişdir. Yalnız bundan sonra, əlavə 10 gün ərzində, yekun sənədləşmə və rəhbərliyin təsdiqi mərhələsi başa çatdırılaraq ##.##.2025-ci il tarixli əmr verilmişdir. Bu, boşa keçirilmiş vaxt deyil, qanunun məhz işçinin özünün müdafiə hüququnu təmin etmək üçün tələb etdiyi, icbari xarakter daşıyan prosedur zaman çərçivəsidir. Birinci instansiya məhkəməsi bu halı ümumiyyətlə qiymətləndirməmiş, iş materiallarında olan ##.##.2025-ci il tarixli akta istinad etməmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) MMC-nin İnsan Resursları üzrə baş İnsan Resursları üzrə baş direktoru Vəzifəli şəxs vəkili və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qərarından şikayət verilən orqan Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X10 şikayəti əsassız hesab etdiyini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası İXM-in tələblərinə uyğun olaraq şikayətin əsaslandığı halları ətraflı tədqiq etməklə və şikayəti təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, X4 ilə Cəmiyyət arasında ilk dəfə ##.##.2009-cu il tarixdə */* nömrəli əmək müqaviləsi bağlanmış, işçi ##.##.2011-ci il tarixdən işə başlamış, ##.##.2024cü il tarixdə isə tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Sonuncu müqaviləyə əsasən işçi Cəmiyyətin Logistika Departamentinin Anbarların idarə edilməsi şöbəsində (Lənkəran şəhərində yerləşən anbarda) nəzarətçi vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsini işəgötürənin səlahiyyətlərini həyata keçirən şəxs qismində məhz şikayətçi – Cəmiyyətin İnsan resursları üzrə baş direktoru Vəzifəli şəxs imzalamışdır. Cəmiyyətin Regional anbar rəhbəri E.Sadıxovun ##.##.2025-ci il tarixli təqdimatı ilə işçinin iadə (qaytarma) əməliyyatlarının aparılmasında yol verdiyi nöqsanlar, o cümlədən Cəmiyyətə maddi ziyan vurulması barədə məlumatlar İnsan resursları üzrə baş direktora təqdim edilmiş, elə həmin gün Vəzifəli şəxs imzaladığı ##.##.2025-ci il tarixli, 367/25 A nömrəli əmrlə Qasımova S.Ə. (digər əməkdaşla birlikdə) daxili intizam qaydalarının pozulması səbəbindən araşdırma müddətində ##.##.2025-ci il tarixdən işdən kənarlaşdırılmış və ona əmək haqqının ödənilməməsi müəyyən edilmişdir. İş materiallarına işçinin ##.##.2025-ci il tarixli, öz əli ilə yazdığı izahatları da əlavə olunmuşdur. Qasımova S.Ə. ##.##.2025-ci il tarixdə «ƏMAS» vasitəsilə Cəmiyyətə ünvanladığı yazılı ərizəsində («Xidmət üçün müraciətlə bağlı bildiriş») aşağıdakıları göstərmişdir: «Yazıb sizə bildirmək istəyirəm ki, ##.##.2025-ci il tarixindən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verəsiniz». Ərizənin geri götürülməsinə və ya etibarsız hesab edilməsinə dair hər hansı sənəd iş materiallarında yoxdur və tərəflər belə halın mövcudluğunu bildirməmişlər. Cəmiyyətin Daxili audit departamentinin ##.##.2025-ci il tarixli aktı ilə Lənkəran filialı üzrə iadə əməliyyatlarında 6536 manat məbləğində fərq və digər çatışmazlıqlar müəyyən edilmiş, ##.##.2025-ci il tarixli aktla isə işçinin izahat vermək üçün baş ofisə gəlməkdən imtina etməsi rəsmiləşdirilmişdir. Vəzifəli şəxs imzaladığı ##.##.2025-ci il tarixli, ***/** nömrəli əmrlə Qasımova S.Ə. ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin «ç» bəndi əsas göstərilməklə xitam verilmişdir; əmrdə işçinin ##.##.2025-ci il tarixli ərizəsinə istinad edilməmişdir. Həmin əmrin ilkin mətnində əmək intizamının pozulmasının aşkar edilməsi tarixi kimi ## #### 2025-ci il, əsas kimi isə «##.##.2025-ci il tarixli akt» göstərilmiş, ertəsi gün – ##.##.2025-ci il tarixdə Vəzifəli şəxs imzaladığı ***/*/** nömrəli əmrlə hər iki tarix «texniki səhv» adlandırılaraq müvafiq olaraq «## #### 2025-ci il» və «##.##.2025ci il tarixli akt» redaksiyasında dəyişdirilmişdir. Tərəflərin izahatlarına və iş materiallarına (o cümlədən DƏMX-in protokoluna və qərarına) görə əmək müqaviləsinə xitam ##.##.2025-ci il tarixdə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, Qasımova S.Ə. sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində Cəmiyyətə qarşı iddia qaldıraraq xitam əmrinin ləğv edilməsini və əmək müqaviləsinə məhz öz ərizəsi əsasında (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilməsi öhdəliyinin qoyulmasını tələb etmişdir; həmin fərdi əmək mübahisəsi mülki mühakimə icraatı qaydasında ayrıca baxılır. DƏMX-in Bakı Şəhər İdarəsinin baş dövlət əmək müfəttişi tərəfindən ##.##.2026-cı il tarixdə Vəzifəli şəxs barəsində İXM-in 192.6-cı maddəsi üzrə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda Vəzifəli şəxs protokolun tərtib olunması barədə əvvəlcədən məlumatlandırıldığı, lakin iştirak etmək istəmədiyi barədə qeyd aparılmış, protokolun surəti İdarənin ##.##.2026-cı il tarixli, *-***/*-*****/**** nömrəli məktubu ilə şikayətçiyə göndərilmişdir. Mübahisələndirilən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarın surəti isə İdarənin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ilə şikayətçiyə göndərilmişdir. ƏM-in 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. ƏM-in 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. ƏM-in 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir; bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. ƏM-in 69.4-cü maddəsinə əsasən xəbərdarlıq müddəti bitənədək ərizəni yalnız işçi geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. ƏM-in 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud ƏM-in 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-in 76-cı maddəsinə əsasən əmək müqaviləsinə ƏM-in 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş əsaslardan yalnız biri ilə xitam verilə bilər. ƏMin 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir. Lakin Qərardan şikayət verən orqan (şəxs) MMC tərəfindən qeyd olunan tələblərə riayət olunmamış, işçi Qasımova S.Ə-nin ##.##.2025-ci il tarixdə X11 üzrə elektron informasiya sistemi («ƏMAS») vasitəsilə işəgötürənə yazılı ərizə göndərərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etsə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 69-cu maddəsində nəzərdə tutulmuş bir təqvim aylıq müddət başa çatdıqdan sonra da əmək müqaviləsinə həmin maddə üzrə xitam verilməmiş, qanunvericiliyin tələbləri pozulmaqla ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin «ç» bəndi əsas göstərilməklə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərarından şikayət verilən orqan Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) MMC-nin İnsan Resursları üzrə baş direktoru Cavlavova Sara Məcidovnanın vəkili X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar