Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2764/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin nümayəndəsi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi nümayəndə2 iştirakları ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İsmayıl oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İsmayıl oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İsmayıl oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı 2467580 və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək, bir icraatda baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Orxan Məmmədli) ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İsmayıl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İsmayıl oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayətin dəlilləri qismində göstərilmişdir ki, “xxxx ” MMC barəsində tədbiq edilmiş inzibati tənbeh tədbirindən narazıdır və hesab edir ki, əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi nümayəndə2 şikayətin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin halları və hüquqi məsələlər: Məhkəmə, şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İsmayıl oğlunun Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İXM-in 539.3-cü maddəsi ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi müəyyən olunmalıdır. İş materiallarında olan ## #### 2026-cı il tarixli, MN seriyalı 2467580 və ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, vətəndaş X2 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə uyğun olaraq 3- **-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubla tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb olunsa da, sorğu elektron kabinet vasitəsilə çatdırılmış və tələb olunan sənədlər barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib edilmiş *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də əmək hüquqlarının pozulması ilə bağlı daxil olmuş vətəndaş X2 müraciətə baxılması məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin elektron kabinetinə yerləşdirilmiş sənəd barədə arayışdan görünür ki, *-**-*/*-*****/**** nömrəli sorğu ##.##.2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin elektron kabinetinə yerləşdirilmiş və ##.##.2026-cı il tarixdə tarixdə çatdırılmışdır İXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi hallarından hər hansı birinin olması kifayətdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İsmayıl oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, ətraflı araşdırma aparmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh tətbiq etmişdir. İnzibati xəta törətmiş hüquqi şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin həddi ilə bağlı qeyd olunmalıdır ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İsmayıl oğlunun törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2764/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2764/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver