Məhkəmə qərarları › İş №3(3-6)-2766/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2766/2026

01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2766/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs), səlahiyyətli orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) (##.##.1977-ci il tarixdə Füzuli rayonunun, Alaxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonunun, Alaxanlı kəndi qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan) şikayəti təmin edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 327.2-ci maddəsi ilə qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, ##.##.2026-cı il tarixli qərar ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: İş materiallarında olan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 10:56 radələrində Şəfaət Mehdiyev keçəsi, 95 ünvanında İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə) təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir Qərardan Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət edərək TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, səlahiyyətli orqana şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı məlumat verilməmişdir. Məhkəmənin gəldiyi nəticə iş materiallarında olan sübutların hüquqi mahiyyətinin və onların qarşılıqlı əlaqədə qiymətləndirilməsinin tam nəzərə alınmamasından irəli gəlmişdir. İnzibati xəta haqqında iş üzrə sübutlar yalnız fotoşəkillərlə məhdudlaşmır. İnzibati Xətalar Məcəlləsində elektron formada sübutlar da ayrıca sübut növü kimi nəzərdə tutulmuşdur. Bundan əlavə, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar üzrə xüsusi prosessual qaydalar müəyyən edilmişdir. Belə vasitələrin məlumatları mərkəzi informasiya sisteminə ötürülür və inzibati xəta haqqında elektron protokolun tərtib edilməsində istifadə olunur. Xüsusi texniki vasitələrlə əldə edilmiş məlumatlarda inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsi tərəfindən törədildiyini təsdiq edən məlumatlar nəzərdə tutulur. Odur ki, yalnız məhkəmə iclasına ayrıca fotoşəkil təqdim edilməməsi avtomatik olaraq inzibati xəta hadisəsinin mövcud olmadığını və ya elektron informasiya sistemində olan məlumatların sübut əhəmiyyətindən məhrum olduğunu göstərmir. Məhkəmə ilk növbədə inzibati xəta haqqında elektron qərarın və onun əsasını təşkil edən elektron məlumatların məzmununu araşdırmalı, həmin məlumatların xüsusi texniki vasitədən əldə edilib-edilmədiyini, sistemdə saxlanılan məlumatların mövcudluğunu və onların inzibati xəta hadisəsini təsdiq edib-etmədiyini müəyyən etməli idi. İş üzrə inzibati xəta yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır və qərarda hadisənin ## #### 2026-cı il tarixdə saat 10:56 radələrində Şəfaət Mehdiyev küçəsi 95 ünvanında qeydə alındığı göstərilmişdir. Belə hallarda iş üzrə əsas məsələ yalnız kağız üzərində fotoşəklin olub- olmaması deyil, inzibati xəta haqqında qərarın hansı informasiya və texniki məlumatlar əsasında formalaşdırılmasıdır. Məhkəmə isə inzibati xətanın qeydə alındığı xüsusi texniki vasitənin məlumatlarını, həmin texniki vasitənin mərkəzi informasiya sistemində formalaşdırdığı məlumatları, inzibati xəta haqqında elektron protokolu, sistemdə mövcud olan foto/video materialların elektron nüsxəsini, hadisənin qeydə alınması ilə bağlı elektron məlumatları, xüsusi texniki vasitənin identifikasiya məlumatlarını tam araşdırmadan nəticəyə gəlmişdir. Bu isə iş üzrə əhəmiyyətli halların tam və hərtərəfli müəyyən edilməməsinə səbəb olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X1 şikayətin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.2ci maddəsinin tələbini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Şikayətin dəlillərini işin materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. Qərardan şikayət verən orqan (şəxs) iddiasına görə o, svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməmişdir. Lakin, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş video görüntüdən görünür ki, “Changan UNİ-Z Smart Plug-in Hibrid” minik markalı, **-RQ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi svetoforun qırmızı işığı yanarkən hərəkətini davam etdirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 2-ci hissəsinə əsasən yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 59-cu maddəsinin 5-ci hissəsinə əsasən qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir. Həmin Qanunun 60-ci maddəsinin 1-ci maddəsinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən təqdim edilmiş videoyazı ilə Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi müəyyən edilmiş, birinci instansiya məhkəməsinin onun əməlində inzibati xəta tərkibinin olmamasına dair qənaəti əsaslı olmamışdır. Səlahiyyətli orqan toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq etmiş və həmin sübutlar əsasında Qərardan şikayət verən orqan (şəxs) ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini İXM-in 327.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Odur ki, apellyasiya qaydasında şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilməməli, TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.2, 135.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.2-ci maddəsi ilə tənbeh edilməsinə dair TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar