Məhkəmə qərarları › İş №3(3-6)-2767/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2767/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2767/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ/******** nömrəli tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev tərəfindən ## #### 2026-cı il tarixli qərarı ilə ləğv edilmiş qərarın icrasına səthi yanaşılmış, heç bir əlavə araşdırma aparmadan və əvvəl elektron kabinetə yerləşdirilmiş eyni fotoşəkillərlə sadəcə qərarın əvvəlinə "/" əlavə etməklə ## #### 2026-cı il tarixli eyni məzmunlu EQ/******** nömrəli qərar çıxarılmışdır. Sonuncu qərardan Binəqədi Rayon Məhkəməsinə yenidən şikayət etdikdə isə hakim X2 tərəfindən *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli, qərarla EQ/******** nömrəli Baş Dövlət Yol Polis Idarəsi tərəfindən tərtib edilmiş qərar qüvvədə saxlanılmış və ## ###### 2026-cı il tarixli qərarla ziddiyyət təşkil etmişdir. Bildirir ki, məhkəmə qərarında onun tərəfindən təqdim etdiyi iddiaların təsdiq olunmadığını bildirmişdir. Hesab edir ki, bu cümlə qanunvericiliyə ziddir, əgər inzibati orqan inzibati xəta hadisəsi ilə bağlı elektron qərar tərtib edibsə, 6.14 "Informasiya stendi" və 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanlarının həmin ərazidə quraşdırılmasını həmin inzibati orqan sübut etməlidir, vətəndaş olaraq onun həmin nişanların orada olmamasını sübut etmə öhdəliyi yoxdur. Əgər inzibati orqan bunu sübut edə bilmirsə, deməli, inzibati xəta hadisəsi mövcud deyildir və barəsində aparılan inzibati icraata xitam verilməlidir.Eyni zamanda sonuncu qərar "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" X3 6.1-ci maddəsində öz əksini tapmış məhkəmələrdə vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı tövsiyələri ilə ziddiyyət təşkil edir. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında qərara dair portal çıxarışından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə Bakı Ələt-Qazax-Gürcüstan yolu 59 ərazisində idarə etdiyi “Toyota Land-Cruser-Prado” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşma” qaydalarını pozduğundan Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 manat məbləğində inzibati cərimə edilmişdir. Inzibati xəta hadisəsinin görüntülərini əks etdirən fotoşəkillərdən müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Toyota Land-Cruser-Prado” markalı ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət sürətini 21 40 km/saat həddində aşmışdır. Inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. Inzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik– davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) müraciətində barəsində qəbul edilmiş qərarın qanunsuz və əsassız olması ilə əsaslandırsa da, məhkəmədə şikayət vermiş şəxsin müraciətdində göstərdiyi dəlillər öz təsdiqini tapmamışdır. Əksinə toplanmış sübutlar üzrə Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə Bakı-Ələt-Qazax- Gürcüstan yolu 59 ərazisində idarə etdiyi “Toyota Land-Cruser-Prado” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşması nəticəsində qayda pozuntusa yol verməsi halı bir daha sübuta yetirilmişdir. Çünki, məhkəmə iclasında hadisənin fotoşəkillərindən müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Toyota Land-Cruser-Prado” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmışdır. Belə olan halda aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Məhkəmə şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və şəxsin təqsiri sübuta yetirilmişdir. Ona görə məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab edir. Bu səbəbdən və yuxarıda qeyd edilənlərdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar