Məhkəmə qərarları › İş №3(3-6)-2769/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2769/2026

01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2769/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi Mansurov İlkin Çingiz oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 iştirakları ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə tətbiq edilmələrinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: ## #### 2026-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və həmin hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilən ## #### 2026-cı il tarixli, MN ******* nömrəli və ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbirləri şərti tətbiq edilmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 törətdiyi hüquqpozmanı aradan qaldırmaları üçün 01 ay müddət təyin edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarla razı deyil və hesab edir ki, barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, vətəndaş X2 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə ## #### 2026-cı il tarixli, 3-17-5/2- *****/**** nömrəli məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuş, lakin sənədlər cari tarixədək təqdim edilməmişdir. Nəticədə hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, vətəndaş X2 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuş, lakin sənədlər cari tarixədək təqdim edilməmişdir. Nəticədə hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Vətəndaş X2 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə uyğun olaraq X6 Xidməti tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru olduğuma görə mənə ## #### 2026-cı il tarixli, 3- 17- */*-*****/**** nömrəli məktub göndərilmiş, həmin məktubda göstərilən sənədlərin 7 iş günü müddətində X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Onun və guya direktoru olduğu hüquqi şəxsin hüquqi ünvanı olaraq ünvan 1 qeyd olunsa da o həmin ünvanda yaşamır. Üstəlik, onun barəsində qeyd olunan inzibati xətaya dair məhkəmə qərarı çıxarılarkən o barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru vəzifəsindən azad olunmuşdur. O əvvəllər narkotik maddənin istifadəçisi olduğundan, bəzən atdığı addımların hüquqi nəticəsini görə bilməmişdir. Belə ki, onun şəxsiyyət vəsiqəsindən sui-istifadə edib qeydiyyatda olduğu, amma yaşamadığı ünvana, adına xəbəri olmadan həmin şirkəti yaratmışlar. Həmin ünvanda yaşamadığı üçün göndərilən məktublardan da vaxtında məlumatlı olmamışdır. Onun şirkətlə yalnız rəsmi əmək müqaviləsinə görə simvolik olaraq rəhbər vəzifədə qeyd olunmaqla əlaqəsi olmuşdur. Ünvanda yaşamadığına görə də direktoru olduğu MMC-də X2 əmək hüquqlarının pozulmasına dair etdiyi müraciətdən xəbərdar olmamış, hətta Xalid Göyüşovu şəxsən tanımamışdır. X2 müraciətindən xəbərdar olduqdan dərhal bu barədə ASAN-2 xidmətinə müraciət etmiş, ona orda köməklik göstərərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də əmək müqaviləsi üzrə yardımçı fəhlə işləmiş X2 ilə bağlanmış əmək müqaviləsinə ## #### 2026-cı il tarixində Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Əmək müfəttişliyinin tələbinə əsasən X2 ilə bağlanmış əmək müqaviləsi üzrə bildirişin və əmək müqaviləsinə xitam ilə bağlı çıxarışın surətləri həmin təşkilata göndərilmişdir. Müəssisəyə məxsus möhür onda olmadığı üçün tərəfindən təqdim etdiyi ərizələri, yazışmaları möhürsüz təqdim edilmişdir. Heç bir hüquqpozma halları olmamış, tələb olunan sənədlər tələb edilməsi barədə bildiriş ona məlum olandan 7 iş günü ərzində aidiyyəti orqana göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X6 Xidmətinin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının əsaslı hesab edərək apellyaisya şikayətinin təmin edilməməsini xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - X6 Xidmətinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ünvanladığı ## #### 2026cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda vətəndaş X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətində araşdırma aparılmışdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinin (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir) tələblərinə müvafiq olaraq X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 (yeddi) iş günü ərzində X6 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 2) təqdim edilməsi xahiş olunmuş, həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. -“Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında” ## #### 2026-cı il tarixli arayışdan görünür ki, *-**-*/*-*****/**** nömrəli sənədin elektron kabinetə yerləşdirilmə tarixi ## #### 2026-cı il tarixdə saat 11:54-də olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilməli, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMCnin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 isə həmin Məcəllənin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilməlidir. Tətbiq edilmiş inzibati cərimələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməli, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 01 ay müddət müəyyən edilməli, həmin müddət ərzində hüquqpozma aradan qaldırıldıqda bu barədə məhkəməyə məlumat vermək vəzifəsi onların üzərinə qoyulmalıdır. Qeyd olunan hüquqpozmanın aradan qaldırılması üçün zəruri olan 01 ay müddətin başlanğıcı qərarın surətinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMCyə və həmin MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 rəsmi qaydada verildiyi gündən hesablanmalıdır. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMCyə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMCnin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 izah edilməlidir ki, müəyyən edilmiş 01 aylıq müddət ərzində hüquqpozma aradan qaldırılmadıqda, inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulmuş inzibati cərimələr ödənilməlidir. Belə ki, vətəndaş X2 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə uyğun olaraq X6 Xidməti tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək həmin məktubda göstərilən sənədlərin 7 iş günü müddətində X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Lakin iş materialları və məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, nə hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC, nə də onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən tələb olunan sənədlər müəyyən edilmiş müddətdə X6 Xidmətinə təqdim edilməmiş, həmçinin tələb olunmuş sənədlər inzibati xəta haqqında protokolların tərtib edildiyi tarixədək də təqdim olunmamışdır. Beləliklə, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən dövlət nəzarəti qaydasında qanunvericiliyə uyğun olaraq tələb edilən sənədlərin vaxtında təqdim edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratdığından, onların hər birinin həmin maddə ilə inzibati məsuliyyət daşıması üçün qanuni əsaslar mövcuddur. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, DƏMX tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə ünvanlanmış sorğu rəsimi qayda da çatdırılsa da MMC tərəfindən müvafiq məlumatların səlahiyyətli orqana təqdim edilməməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Həmçinin apellyasiya şikayətinin dəlillərində MMC-nin sənəd üzərində direktoru olması və MMC-nin faliyyətindən məlumatsız olması barədə qeyd etdiyi ifadələr özünü müdafiə xarakterli ifadələr olaraq qəbul edilir, inzibati xətanın törədilməsini istisna edən və ya iş üzrə icraat xitam verilməsi üçün qaunvericiliklə əsas hesab edilən hallara aid deyildir. Həmçinin məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı inzibati iş üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək şərti olaraq cərimə edilməsi barədə birinci instansiya məhkəməsi qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir; 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır; 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur; 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir; 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barələrində cərimə tətbiq edilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə tətbiq edilmələrinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar