Məhkəmə qərarları › İş №3(3-6)-2770/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2770/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2770/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 528.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin məhkəmə qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adından verilmiş şikayətdə onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Lakin həmin şikayət Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən imzalanmamışdır. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatında şikayəti imzalamamasına görə qanuni qərarın qəbul edilməsi məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası İXM-də birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayət və ya protestin onu vermiş şəxs və ya vəzifəli şəxs tərəfindən imzalanmadığı halda, hansı qərarın qəbul edilməsini tənzimləyən norma yoxdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: - 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. - 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. - 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 387.3-cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. - 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı tərəfindən imzalanmadıqda baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası İXM-in 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adından verilmiş şikayət sonuncu tərəfindən imzalanmadığına görə Azərbaycan Respublikası CPM-in 122.6-cı maddəsi hazırki işin müvafiq prosessual halına qanunun analogiyası qaydasında tətbiq edilməklə (Azərbaycan Respublikası İXM-də bu halda hansı qərarın qəbul edilməsini tənzimləyən normanın olmaması səbəbindən) iş üzrə inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılmadan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş üzrə birinci instansiya məhkəməsinin qərarından imzalamaqla şikayət vermək və bunun üçün Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddəti ötürmüşsə, onun bərpa edilməsi barədə vəsatət vermək hüququnun olması izah edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 391.4-cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adından verilmiş şikayət iş üzrə inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılmadan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izah edilir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarından imzalamaqla şikayət vermək və bunun üçün Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddəti ötürmüşsə, onun bərpa edilmə barədə vəsatət vermək hüququ vardır. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar