Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2772/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs (tələbkar) – Zərərçəkmiş şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-*****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı icra sənədindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ** saylı torpaq sahəsinin bir hissəsinə dair ½ pay Zərərçəkmiş şəxs, digər ½ pay isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsusdur. Həmçinin Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, **A saylı evin *** saylı mənzilinə (yeni qaydalara əsasən Səməd bəy Mehmandarov küçəsi, 72, mənzil 1) dair tərəflərin hər birinin ½ payı müəyyən edilmişdir. Bundan əlavə, “Nissan X-Trail” markalı, 99- FT-731 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pulun yarısı olan 5.000 (beş min) manatın və “Mercedes-Benz Sprinter” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun satışından əldə edilmiş pulun yarısı olan 30.000 (otuz min) manatın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, * saylı evin *** saylı mənzilinə dair də tərəflərin hər birinin ½ payı müəyyən edilmişdir. Beləliklə, icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 35.000 (otuz beş min) manat pul vəsaitinin tutulması nəzərdə tutulmuşdur. “İcraata başlamaq haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ** saylı torpaq sahəsinin (0,025 ha) və Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, **A saylı evin *** saylı mənzilinin (yeni qaydalara əsasən Səməd bəy Mehmandarov küçəsi, 72, M7, m.1) hər birinə tərəflərin ½ payları müəyyən edilmiş, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, * saylı evin *** saylı mənzilinə dair də tərəflərin hər birinin ½ payı müəyyən edilmişdir. Həmçinin “Nissan X-Trail” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pulun 5.000 (beş min) manatının və “Mercedes-Benz Sprinter” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pulun 30.000 (otuz min) manatının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, habelə apellyasiya şikayətinə görə ödənilmiş 229,60 (iki yüz iyirmi doqquz manat altmış qəpik) manat dövlət rüsumunun 150 (yüz əlli) manatının Zərərçəkmiş şəxs tutularaq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödənilməsi müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə tələb bugünədək tam şəkildə icra olunmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim O.A.Əlizadə) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razı deyil və hesab edir ki, iş üzrə faktiki hallar tam və obyektiv qiymətləndirilməmişdir. O, icra sənədinin tələblərindən qəsdən yayınmamış, gizlənməmiş və icradan qaçmaq məqsədi olmamışdır. Onun hərəkətlərində icra öhdəliyindən qəsdən yayınmaq niyyətinin olmadığını təsdiq edən mühüm hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikasından çıxmazdan əvvəl öz təşəbbüsü ilə icra orqanına müraciət etmişdir. Ölkə xaricinə gedəcəyini bildirmiş və adına hər hansı icra işi, habelə ölkədən çıxışına məhdudiyyət olub-olmadığını soruşmuşdur. Ona həmin vaxt belə bir problemin olmadığı bildirilib. Bu məlumata əsaslanaraq və icradan yayınmaq niyyətində olmadan ölkə xaricinə çıxmışdır. ## #### 2026-cı il tarixində Azərbaycan Respublikasından çıxmış və ## #### 2026-cı il tarixində Azərbaycana qayıtmışdır. Ölkəyə qayıtdıqdan təxminən 2-3 gün sonra məsələ barədə sahə müvəkkili tərəfindən məlumatlandırılmışdır. Yəni ona bu məsələ ilə bağlı əvvəlcədən məlumat verilməyib və ölkə xaricində olduğu müddətdə vəziyyətdən xəbəri olmayıb. Həmçinin qeyd etmək istəyir ki, hazırda aliment öhdəliyini müntəzəm şəkildə yerinə yetirir və aliment ödənişlərində heç bir gecikməsi yoxdur. Bu hal onun öhdəliklərdən qəsdən yayınan şəxs olmadığını və üzərinə düşən ödənişləri vaxtında yerinə yetirdiyini göstərən mühüm haldır. Onun məqsədi icra sənədinin icrasından yayınmaq olmayıb. Əksinə, ölkədən çıxmazdan əvvəl icra orqanına müraciət etməsi və məsələni əvvəlcədən dəqiqləşdirməsi bunu göstərir. Əgər ona hər hansı məhdudiyyət və ya icra ilə bağlı problem olduğu bildirilsəydi, buna uyğun hərəkət edərdi. Hesab edir ki, işə baxılarkən yalnız ölkə xaricində olma faktı deyil, onun əvvəlcədən icra orqanına müraciət etməsi, verilmiş məlumatdan sonra hərəkət etməsi, ölkədən çıxış və qayıdış tarixləri, məsələ barədə yalnız qayıtdıqdan sonra məlumat əldə etməsi, habelə aliment ödənişlərində gecikmənin olmaması birlikdə qiymətləndirilməlidir. Yuxarıda göstərilən halları nəzərə alaraq, barəsində tətbiq edilmiş 500 manat məbləğində inzibati cərimənin ləğv olunmasının və iş üzrə ədalətli qərar qəbul edilməsinin əsaslı olduğunu hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmiş və göstərmişdir ki, onun icra sənədinin icrasından yayınmaq kimi fikri yoxdur, öhdəliyinin fərqindədir və onun ölkədə olmaması ilə əlaqədar baş verənlərdən məlumatsız olması icra sənədinin qəsdən yayınması kimi qiymətləndirilməməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs icra sənədinin tam icra olunmadığını qeyd edərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti və inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, şikayət təmin olunmalı, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış sənədləri, aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasından yayınması və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsi ilə bağlı halların olması müəyyən edilmir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “tələbin könüllü icrası haqqında” ##.##.2026-cı il tarixli bildiriş məktubuna əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun könüllü icra edilməsi təklif olunması göstərilsə də, həmin bildirişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rəsmi təqdim olunması ilə bağlı işdə hər hansı sübut mövcud deyildir. Eyni zamanda, iş materiallarında olan borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli izahatından da görünür ki, o, icra sənədinin mövcudluğundan həmin tarixdə xəbəri olmuşdur. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolunda qeyd olunan kimi məhkəmə qərarının icrasından boyun qaçırması və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsi müəyyən edilmir. Göstərilənlərə əsasən, apellyasiya baxışı zamanı, tədqiq olunmuş sənədlərlə, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı aşkar edilməmiş, əksinə istisna olunmuşdur. Onun əməlində inzibati xəta tərkibinin mövcudluğunu şərtləndirən konkret dəlillər iş üzrə müəyyən edilməmiş və bu barədə fikir söyləmək üçün də ciddi əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, apellyasiya instaniyası məhkəməsi iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara və əlavə təqdim olunmuş sənədlərə qiymət verərək hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128, 105, 114, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya instaniyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2772/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2772/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver