Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2775/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində EQ******** nömrəli protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli nömrəsiz qərara xitam verilməsini, ödəmiş olduğu 100 manat miqdarında pul vəsaitinin ona geri qaytarılmasını və tətbiq edilmiş 2 cərimə balının silinməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş ## ### 2026-cı tarixli nömrəsiz elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1ci maddəsinə əsasən barəsində 100 manat miqdarında cərimə və 2 cərimə balı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, idarə etdiyi “Nissan Tida” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə ## ### 2026-cı il tarixdə saat 12:09 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində inzibati xətaya yol versə də həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsinə dair ## ### 2026-cı il tarixdə qəbul edilmiş elektron qərar 24 saat ərzində deyil, 30 gün sonra yəni ## #### 2026-cı il tarixdə elektron kabinetinə yerləşdirilmişdir ki, bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinin tələblərinin pozulmasını ehtiva edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto ya videomateriallar) inzibati xətanın törədildiyi vaxtdan 24 saat müddətində elektron kabinetə yerləşdirilmədikdə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd olunan inzibati xəta ilə əlaqədar EQ******** nömrəli protokol əsasında qəbul edilmiş qərar 24 saat müddətində deyil 30 gün sonra elektron kabinetinə yerləşdirilmişdir ki, bu da inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməklə Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və ## ### 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli iş *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, ## ### 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hakimi qərarda göstərmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından isə səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın məhz qanunvericiliyin tələb etdiyi qaydada çatdırılmasını təsdiq edən sənədin mövcudluğu aydın görünmür. Hazırkı iş üzrə məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin gəlməməsinin səbəblərini araşdırmamış, həmin şəxsin iştirakı olmadan işə baxılmasının hüquqi əsaslarını kifayət qədər əsaslandırmamış və bununla bağlı hər hansı prosessual tədbir görməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat iştirakçısının hüquqlarının təmin edilməsinə dair prosessual normaların tələbləri pozulmuş, bu isə işin tam, hərtərəfli və obyektiv araşdırılmasına mane olmuşdur. Göstərilən prosessual pozuntular Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmə qərarının ləğvi üçün əsas kimi qiymətləndirilməlidir. hissəsində şikayətçi Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın ## ### 2026-cı il tarixdə saat 12:09-da törədildiyini bildirmişdir. Lakin məhkəmənin qərarın əsaslandırıcı hissəsində müəyyən etdiyi fakta əsasən inzibati xəta ## ### 2026-cı il tarixdə saat 11:15-də törədilmiş hesab edilmişdir. Beləliklə, iş materiallarında inzibati xətanın törədilmə tarixi və vaxtı ilə bağlı ziddiyyət mövcuddur. Bu ziddiyyət 38.6-cı maddədə nəzərdə tutulan 24 saatlıq müddətin hesablanması üçün birbaşa hüquqi əhəmiyyət daşıyır. Əgər müddətin başlanğıcı inzibati xətanın törədildiyi vaxtdırsa, həmin başlanğıc anı dəqiq müəyyən edilmədən 24 saatlıq müddətin ötürülməsi barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Məhkəmə isə bu ziddiyyəti araşdırmamış və hansı tarix və saatı əsas götürməsinin səbəblərini kifayət qədər əsaslandırmamışdır. Belə ki, yalnız ## #### 2026-cı il tarixinin elektron kabinetdən çıxarışda əks olunması elektron qərarın bütün mərhələlər üzrə məhz həmin tarixdə və ya həmin tarixdən əvvəlki müddətdə hansı vəziyyətdə olduğunu tam müəyyən etməyə imkan vermir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsi barədə nəticə işin tam araşdırılmasına əsaslanmamışdır. Məhkəmə iclasında iştirak etmiş Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə apellyaisya şikayətinin dəlillərin uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış Qərardan şikayət verən orqan (şəxs) məhkəm baxış iclasında iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməklə Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə, saat 11:15-də Xətai rayonu, Xocalı prospektində “Nissan Tiida minik” markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. -Sürücünün şəxsi kabinetindən əldə olunmuş çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar ## #### 2026-cı il tarixdə şəxsi kabinetinə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar qanuni hesab edilə bilməz, həmin qərar ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsində nəzərdə tutulmuş, şəxsin inzibati məsuliyyətə cəlb edilməsini istisna edən halın mövcudluğu nəzərə alınmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin ## ### 2026-cı il tarixdə baş verməsinə baxmayaraq, şəxsin barəsində inzibati tənbeh vermə haqqında protokol və qərar ## #### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) şəxsi kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədənəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 38.6-cı maddəsi isə elektron qərarın qəbul edilməsi ilə bağlı həmin xüsusi prosedurun davamı olaraq qərarın şəxs üçün yaradılmış elektron kabinetdə yerləşdirilməsi üçün konkret müddət müəyyən etməklə, bu müddətə riayət edilməməsinin hüquqi nəticəsini birbaşa təsbit etmişdir. Həmin normada şəxsin inzibati məsuliyyətə “cəlb oluna bilməməsi” barədə imperativ göstərişin nəzərdə tutulması onu göstərir ki, qanunverici tərəfindən müəyyən edilmiş 24 saatlıq müddət sadəcə təşkilati-texniki xarakter daşımır və həmin müddətin ötürülməsi sonradan qərarın elektron kabinetə yerləşdirilməsi ilə aradan qaldırıla bilən formal nöqsan hesab edilə bilməz. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.6-cı maddəsinə əsasəm bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Apellyasiya baxış mərhələsində polis idarəsinin nümayəndəsi tərərfindən təqdim edilən Dövlət Yol Polis İdarəsinin çıxarışından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xəta ## ### 2026-cı il tarixdə törədilmişdir. Bununla da, birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilmədən Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qənaəti əsaslıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2775/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2775/2026
01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver