Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2779/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X6, barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi- Bakı şəhəri “Union” Vəkil Bürosunun vəkili nümayəndə2 iştirakları ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Samirə Məmmədli barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Bakı Şəhər Idarəsi tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar əsasında hüquqi şəxs (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti) və vəzifəli şəxs (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2) barəsində inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X2 müraciəti əsasında Xidmətdə aparılan araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Rəşad oğlunun direktoru olduğu barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq sənədlər natamam təqdim olunmuşdur. Qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, dəlillərinə uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini, qərarın ləğv edilərək X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar əsasında hüquqi şəxs (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyəti) və vəzifəli şəxs (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2) barəsində inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(5-101)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, vətəndaş X2 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin15ci maddəsinin 2-ci hissəsinə əsasən ünvan 2 ünvanında yerləşən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli və ## #### 2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli göndərilən sorğu məktublarında qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞI-nə təqdim edilməsi tələb edilmiş, eyni zamanda AR ƏƏSMNnin Avtomatlaşdırılmış sosial informasiya sistemi vasitəsilə işəgötürənin şəxsi kabinetinə yerləşdirilmiş lakin tələb olunan sənədlər ## #### 2026-cı il tarixədək təqdim edilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ünvan 2 ünvanında yerləşən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli və ## #### 2026-cı il tarixli 3-17-5/2- *****/**** nömrəli göndərilən sorğu məktublarında qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin BŞI-nə təqdim edilməsi tələb edilmiş, eyni zamanda AR ƏƏSMN-nin Avtomatlaşdırılmış sosial informasiya sistemi vasitəsilə işəgötürənin şəxsi kabinetinə yerləşdirilmiş lakin tələb olunan sənədlər ## #### 2026-cı il tarixədək təqdim edilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı hüquqi şəxsə ünvanlanmış sorğu məktubundan görünür ki, X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı müraciətinə baxılması və onun müraciətinə cavab bildirilməsi üçün vətəndaşa aid məktubda qeyd edilən sənədlərin 7 iş günü ərzində X3 Xidmətinin BŞI-ə təqdim edilməsi xahiş olunmuşdur. Hüquqi şəxsin ASIS elektron sisteminə yerləşdirilmiş ## ### 2026-cı il tarixli məktubundan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış qeyd edilən məktub hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmişdir. # #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı hüquqi şəxsə ünvanlanmış sorğu məktubundan görünür ki, X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı müraciətinə baxılması və onun müraciətinə cavab bildirilməsi üçün vətəndaşa aid məktubda qeyd edilən sənədlərin 7 iş günü ərzində X3 Xidmətinin BŞI-ə təqdim edilməsi xahiş olunmuşdur. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 ünvanlanmış məktubdan görünür ki, vətəndaş X2 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı müraciətinə X3 Xidmətinin Bakı şəhər Idarəsində baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin15-ci maddəsinin 2-ci hissəsinə əsasən vətəndaşın müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməsi ilə sorğu məktubu Sizə göndərilmiş, lakin tərəfinizdən sənədlər təqdim edilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak olunması məqsədilə ## #### 2026-cı il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinə və ya video konfrans vasitəsi ilə dəvət olunaraq, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etmələri xahiş olunmuş və iş üzrə onlarda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim edilməsi təklif olunmuşdur. Elektron Məhkəmə Informasiya Sisteminin Vergi ödəyicilərinin məlumatlarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının hüquqi ünvanı AZ1040, ünvan 1 ünvanıdır. Məhkəmə iclasında hüquqi şəxsin və vəzifəli şəxsin asan imzası vasitəsilə elektron kabinetinə tərəflərin iştirakı ilə baxış keçirilməsi zamanı ## #### 2026-cı il tarixli sorğu məktubunun elektron kabinetə yerləşdirilməsi müəyyən olunmamışdır. Hüquqi şəxsin nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizəində göstərilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının kabinetinə ## ### 2026-cı ildə (poçt vasitəsilə ##.##.2026-cı ildə) göndərmiş bildirişə ##.##.2026-cı il tarixində elektron poçt ünvanı elektron ünvan 1 vasitəsilə cavab verilməsi barədə sübutları məhkəməyə təqdim etmişlər. ## #### 2026-cı il tarixli məktub Filialın nümayəndəsinin dəvəti ilə bağlıdır. Səlahiyyətli orqan sənədlərin tələb edilməsi ilə bağlı digər ## #### 2026-cı il tarixli məktubun barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının kabinetinə göndərilməsini texniki vasitənin köməyilə əyani sübut etməlidir, hər hansı kağız daşıyıcıda filiala ünvanlanmış məktubları təqdim etməklə deyil. Təqsir sübut olunmalıdır. ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubunda X3 Xidməti Bakı Şəhər Idarəsinin tələb etdiyi iş vaxtının uçotu tabeli (2026-cı ilin aprel ayı üzrə) ona görə təqdim edilməyib ki, şirkətdə belə bir uçotu tabeli tərtib olunmamışdır. Ona görə də iş vaxtını əks etdirən əmək haqqı cədvəli təqdim edilmişdir. Bu da hazırki Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin maddənin tərkib əlamətlərini yaratmır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. - 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə- vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan maddənin dispozisiyasından göründüyü kimi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların(sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsinin təqdim etdiyi poçt zərfinin surətindən görünür ki, ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına poçt vasitəsilə # ### 2026-cı il tarixində daxil olmuşdur. Səlahiyyətli orqanın məktubuna cavab olaraq tələb olunan bütün sənədlər 2 (iki) gün sonra, yəni # ### 2026-cı il tarixində elektron poçt ünvanı vasitəsilə səlahiyyətli orqana təqdim olunmuşdur. Məhkəməyə təqdim edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən protokol tərtib edən orqanın elektron ünvanına göndərilmiş cavab məktubundan görünür ki, tələb olunan sənədlər təqdim edilmiş və məktubda göstərilən məsələlərə hüquqi şəxsin direktoru tərəfindən aşağıdakı məzmunda münasibət bildirilmişdir: ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubunuza cavab olaraq bildiririk ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin filialında “baş barmen” vəzifəsində çalışmış X2 müraciəti tərəfimizdən araşdırılmışdır. Müəssisənin qanunvericilik və daxili etik qaydaları çərçivəsində fəaliyyət göstərdiyini bildirərək, iddialara dair aşağıdakı faktları açıqlayırıq. Işçinin aprel ayı ərzində işə buraxılmaması iddiası əsassızdır. Təqdim edilən tabelə əsasən işçi ay boyu faktiki çalışmış, buna uyğun olaraq əmək müqaviləsinin 4.1-ci bəndindəki 441.14 AZN tarif maaşı tam ödənilmişdir. Işçi ilə bağlanmış müddətli müqaviləyə müddəti bitdiyi üçün ## ### 2026- cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin73-cü maddəsinin 1-ci hissəsi ilə qanuni xitam verilmişdir. Istifadə edilməmiş 8.27 məzuniyyət günü daxil olmaqla bütün son haqq hesab ödənişləri bank hesabına köçürülmüşdür. Işçinin əmək müqaviləsi olmadan işlədilməsi ittihamları əsassızdır. Işçilər işə qəbul olunduğu zaman hər biri ilə rəsmi əmək müqaviləsi bağlanır. Menecer R.Əliyeva tərəfindən nalayiq ifadələr işlədilməsi və əmək haqqı kartının tələb olunması iddiaları tamamilə uydurmadır. Müəssisədə hər hansı etik pozuntu dərhal intizam tədbiri ilə nəticələnir, lakin sözügedən hallar baş verməmişdir. Qeyd edilənlər və izahat qoşma faylındakı sənədləri nəzərə alaraq, müraciətin əsassız hesab edilməsini icraata xitam verilməsini xahiş etmişlər. Qeyd edilən cavab məktubu və ona əlavə olunmuş sənədlər ## ### 2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqanın “elektron ünvan 1” elektron poçt ünvanına göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinin əsası olan ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubu üzrə tələb olunan sənədlər hüquqi şəxs tərəfindən səlahiyyətli orqana göndərilmişdir. Məhkəmə sorğu məktubunda qeyd edilən uçot tabeli ilə bağlı bildirir ki, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, uçot tabel dedikdə hüquqi şəxs təqdim etdiyi əmək haqqı hesablanması cədvəlini nəzərdə tutmuş, şirkət tərəfindən ayrıca tabeli tərtib edilməmiş, həmçinin səlahiyyətli orqan hüquqi şəxsin barəsində natamam sənəd təqdim edilməsinə görə deyil, ümumiyyətlə sənəd təqdim edilməməsinə görə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə bununla bağlı həmçinin qeyd edir ki, hüquqi şəxsin səlahiyyətli orqana ünvanladığı cavab məktubundan da görünür ki, təqdim edilən tabelə istinad olunaraq işçinin ay boyu faktiki çalışdığı və buna uyğun olaraq əmək haqqı aldığı göstərilmişdir. Yəni bu da onu göstərir ki, hüquqi şəxs tabel olaraq məhz təqdim etdikləri əmək haqqı hesablanması sənədlərini nəzərdə tutmuş, ayrıca uçot tabeli tərtib olunmamışdır. Bu isə hüquqi şəxsin tələb olunan sənədləri təqdim etməkdən yayınmaq kimi niyyətinin olduğunu istisna edir. Hüquqi şəxs faktiki olaraq özündə olan sənədləri təqdim etmişdir.Hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi # #### 2026-cı il tarixli, 3-17-5/2- *****/**** saylı poçt zərfinin surətindən görünür ki, həmin tarixli, saylı məktub hüquqi şəxsə ## #### 2026-cı il tarixdə çatmış və məktub sənədlərin təqdim edilməsi barədə deyil, protokola dəvət barədə olmuşdur. Qeyd edilən məktub ümumiyyətlə inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilən sənədlərin içərisində olmamışdır. Iş materiallarına ## #### 2026-cı il tarixli, *-**-*/*- *****/**** saylı məktub əlavə edilmiş, həmin məktub isə sənədlərin təqdim edilməsi ilə bağlı olmuşdur. Hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ## #### 2026-cı il tarixli, *****/**** saylı poçt zərfinin surətindən görünür ki, həmin tarixli, saylı məktub hüquqi şəxsə ## #### 2026-cı il tarixdə çatmış və məktub protokol və qərardadın göndərilməsi ilə bağlı olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinin əsası olan digər, yəni sənədlərin təqdim edilməsinə dair ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubun hüquqi şəxs tərəfindən alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın sorğu məktubunun hüquqi şəxsin elaktron kabinetinə yerləşdirilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə hüquqi şəxsin və vəzifəli şəxsin elaktron kabinetinə baxış keçirilməsi zamanı ##.##.2026-cı il tarixli sorğu məktubu aşkar olunmamış, yalnız ##.##.2026-cı il tarixli sorğu məktubu aşkar olunmuşdur ki, bu da sənədlərin təqdim edilməsinə dair ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktuba aid olmuşdur. Ona görə məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın sorğu məktubunun hüquqi şəxsin elektron kabinetinə yerləşdirməsi barədə dəlilini mötəbər sübut kimi qəbul etmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ## ##### 2026-cı il tarixli, 3- 17-5/2- *****/**** saylı sorğu məktubu üzrə tələb olunan sənədlər səlahiyyətli orqana təqdim edilmiş, ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı sorğu məktubu isə hüquqi şəxsə çatdırılmamışdır. Sənədlərin təqdim edilməsinə dair ##.##.2026-cı il tarixli sorğu məktubunun hüquqi şəxsə çatdırılmasını sübut etmək vəzifəsi nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də məhkəmənin üzərinə düşür. Məhkəmə ehtimallar əsasında qərar qəbul edə bilməz. Əgər bu ehtimalları aradan qaldıracaq kifayət qədər mötəbər sübutlar təqdim olunmayıbsa, məhkəmə bütün şübhələri inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edərək qərar qəbul etməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq inzibati xətanın tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin inzibati orqan olaraq Inzibati xəta haqqında protokol tərtib edərkən inzibati xəta törətməkdə təqsiri müəyyən edən mötəbər hesab olunan sübut əsasında nəticəyə gəlməlidir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Məhkəmə qeyd edir ki, istər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. X4 Məcəlləsində inzibati xətaya dair qərar sübut növlərindən biridir və şəxs yalnız o halda inzibati xətaya görə təqsirli bilinib tənbeh edilə bilər ki, işdə olan sübutların məcmusu şəxsin barəsində tənbeh qərarının çıxarılması üçün kifayət etsin. Lakin şikayətin dəlillərindən və iş materiallarından həmin hallar məhkəmə tərəfindən müəyyən edilmir. Qeyd edilir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqan tərəfindən təqdim edilən protokolun əsaslılığını yoxlayarkən, qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsi hüquqi şəxs və vəzifəli şəxsi barədə protokol tərtib edərkən irəli sürdüyü dəlilləri ətraflı araşdırmamışdır. Məhkəmə belə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında nəticəsi qanuni və əsaslıdır. Işin halları X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun və ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun əsaslılığını və bu barədə apellyasiya şikayətinin dəlillərini təkzib edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş şikayət təmin edilməsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının və vəzifəli şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2779/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2779/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver