Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2783/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X3, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi nümayəndə2 iştirakları ilə, müəyyən etdi : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarına əsasən şikayət təmin edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli IXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhəri X1 Idarəsinin vəizfəli şəxsi tərəfindən qəbul edilmiş ## #### 2026cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlamlmsaxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığını, lakin məhkəmə iclasına gəlmədiyini qeyd etmiş və işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hesab etmişdir ki, məhkəmənin bu yanaşması işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılması baxımından əsaslı deyildir. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi iş üzrə ittihamın və inzibati məsuliyyətin tətbiqinin əsaslarını izah etmək, protokolda əks etdirilmiş halları təsdiq edən sübutları təqdim etmək, məhkəmənin suallarını cavablandırmaq və iş materiallarına münasibət bildirmək imkanına malik olan tərəfdir. Məhkəmə isə həmin nümayəndənin məhkəmə iclasında iştirak etməməsini yalnız formal olaraq qeyd etməklə kifayətlənmiş, onun iştirakı olmadan işə baxılmasının iş üzrə sübutların tam və obyektiv araşdırılmasına təsir edibetmədiyini əsaslandırmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmənin gəldiyi nəticələrin əsasını təşkil edən sübutlar inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın fəaliyyətinin nəticəsi olmuşdur. Bu səbəbdən həmin sübutların məhkəmə iclasında araşdırılması zamanı onları təqdim edən və tərtib edən orqanın nümayəndəsinin mövqeyinin dinlənilməsi işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə işin bütün hallarını tam və obyektiv araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın mövqeyini və təqdim etdiyi sübutların əsaslarını bilavasitə məhkəmə iclasında qiymətləndirmədən nəticəyə gəlmişdir. Bu isə məhkəmə qərarının əsaslılığı və qanuniliyi ilə bağlı ciddi şübhələr yaradır. Məhkəmə isə inzibati orqanın qərarının qəbul edilməsinə əsas olmuş materialları ayrı-ayrılıqda və qarşılıqlı əlaqədə təhlil etmədən, əsasən Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətmədiyini bildirməsinə istinad etmişdir. Şəxsin inzibati xətanı törətməsini inkar etməsi öz-özlüyündə inzibati xətanın baş vermədiyini və ya həmin şəxsin təqsirsizliyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən şəxsin izahatının digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməsi və həmin izahatın hansı obyektiv sübutlarla təsdiqləndiyinin göstərilməsi zəruri olduğu halda, qərarda belə əsaslandırma mövcud deyildir. Qərardan görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə DYP orqanına' məlumat verilmiş, sübutların təqdim edilməsi təklif edilmiş və inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəmə inzibati orqanın nümayəndəsinin iclasda iştirak etməməsini qeyd etməklə kifayətlənmiş və işin obyektiv araşdırılması üçün həmin orqanın qərarının qəbul edilməsinə əsas olmuş materialların tam şəkildə tədqiq edilməsinə dair hər hansı əsaslandırma verməmişdir. Əgər məhkəmə işin həlli üçün əlavə sübutların təqdim edilməsini zəruri hesab edirdisə, həmin sübutların konkret olaraq müəyyənləşdirilməsi, tələb olunması və onların iş materiallarına əlavə edilməsinin təmin olunması məsələsi həll edilməli idi. Halbuki məhkəmə bir tərəfdən inzibati orqanın nümayəndəsinin iclasa gəlmədiyini göstərmiş, digər tərəfdən isə həmin nümayəndə tərəfindən sübutların təqdim edilməməsini inzibati tənbeh haqqında qərarın ləğvinə əsas kimi qiymətləndirmişdir. Belə yanaşma işin hallarının tam və obyektiv araşdırılması prinsipinə uyğun deyildir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Iş materiallarında onun barəsində ## #### 2026-cı il tarixli IXP******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərar mövcuddur. Məhkəmə isə həmin sənədlərin tərtib edilməsinin faktiki və hüquqi əsaslarını, orada göstərilən məlumatların digər iş materialları ilə uyğunluğunu və inzibati xəta hadisəsinin müəyyən edilməsində əhəmiyyətini lazımi qaydada təhlil etməmişdir. Inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar yalnız formal sənəd kimi qiymətləndirilməməli, onların məzmununda əks olunan məlumatlar digər sübutlarla birlikdə araşdırılmalıdır. Məhkəmə tərəfindən isə sübutların qarşılıqlı əlaqədə qiymətləndirilməsi aparılmamış, hansı sübutun nə səbəbdən mötəbər hesab edilmədiyi və ya inzibati orqanın gəldiyi nəticəni təkzib etdiyi konkret göstərilməmişdir. Məhkəmə qərarda “iş üzrə toplanmış sübutların Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətməsini birmənalı şəkildə təsdiq etmədiyi” qeyd edilmişdir. Lakin hansı konkret sübutların məhkəmənin bu qənaətinə səbəb olduğu, hansı sübutların mötəbər hesab edilmədiyi və inzibati orqanın qərarının hansı konkret faktiki əsasa görə qanunsuz olduğu ətraflı göstərilməmişdir. Məhkəmə qərarının əsaslandırılması yalnız ümumi nəticədən ibarət olmamalı, məhkəmənin hansı sübutu hansı səbəbdən qəbul və ya rədd etdiyini, hansı faktları müəyyən edilmiş hesab etdiyini və həmin faktlara hansı hüquqi normanı tətbiq etdiyini aydın şəkildə göstərməlidir. Hazırkı qərarda isə bu tələblərə tam əməl edilməmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi inzibati xətanın törədilməsini əks etdirən video görüntüləri təqdim edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, eyni zamanda apellyasiya şikaytinə etiraz təqdim edərək birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Işin halları və hüquqi məslələr: Təqdim olunmuş materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq və proses iştirakçısının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarı ləğv olunmalı və Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli IXP seriyalı ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri X1 Idarəsinin ## #### 2026-cı il tarixli TP seriyalı ******* saylı inzibati tənbehvermə qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 100 manat miqdarında cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə toplanmış sübutlar Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini birmənalı şəkildə təsdiq etmədiyindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri X1 Idarəsi tərəfindən ## #### 2026-cı il tarixdə qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı təmin edilmədən iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməyərək qərar qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyasında məhkəmə iclasında video görüntüyə baxış zamanı Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “BYD Destroyer” markallı 77 VT 567 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə hərəkət edərkən yolayrıcından keçmə qaydalarını pozlmaqla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi vardır və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini aşkar şəkildə pozulmuşdur. Qeyd olunan hallar iş materiallarına əlavə edilmiş video görüntü ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir.3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək barəsində Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli IXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarı ləğv edilməli, verilmiş şikayət təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli IXP seriyalı ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək barəsində Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli IXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli IXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilməsinə dair Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli IXP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Sədrlik edən Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2783/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2783/2026
01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver