Məhkəmə qərarları › İş №3(3-6)-2791/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2791/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2791/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru İsmayılov Gəncəli İsmayıl oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) 2024-cü il üzrə maliyyə hesabatlarını, auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc olunmamış və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı (hakim Anar İbadzadə) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru İsmayılov Gəncəli İsmayıl oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayətin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə iş üzrə əhəmiyyətli halları tam və obyektiv araşdırılmamış, inzibati məsuliyyətə cəlbetmə müddətinin keçib-keçmədiyi müəyyən edilməmiş, habelə «EVFEMİYA» MMC-nin ümumiyyətlə müvafiq maliyyə hesabatını dərc etmək öhdəliyi daşıyan subyekt olduğu lazımi qaydada sübuta yetirilməmişdir. Bu səbəbdən qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MMC barəsində inzibati xəta üzrə cəlbetmə müddəti keçmişdir. Yəni Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsi inzibati məsuliyyətə cəlbetmənin zaman baxımından həddini müəyyən edir və həmin maddədə maliyyə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbehin tətbiqi üçün birillik müddət müəyyən edilmişdir. Hazırkı iş üzrə yəni Bakı şəhəri Nəsim rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı məhkəmə qərarında 2024-cü il üzrə maliyyə hesabatlarının dərc edilmədiyi qeyd edilmiş, lakin inzibati xətanın konkret hansı tarixdə törədildiyi müəyyən edilməmişdir. Halbuki bu hal iş üçün mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, iş materiallarmdan görünür ki, söhbət 2024-cü il üzrə maliyyə hesabatından gedir və həmin il üçün isə hesabat dövrü ## ###### 2024-cü ildə başa çatmışdır. Bununla bağlı Protokolu tərtib edən orqan ilk bildirişi ##.##.2026-cı il tarixlidir və inzibati xəta haqqında protokol ##.##.2026-cı il tarixində tərtib edilmişdir. Mübahisə üzrə isə məhkəmə qərarı ##.##.2026-cı il tarixində qəbul edilmişdir. Məhkəmə tərəfindən yəni işə baxan hakim tərəfindən 2024-cü il üzrə hesabatın dərc edilməsinin qanuni son tarixini, həmin tarixdən məsuliyyətə cəlbetmə müddətinin necə hesablandığını və bu müddətin ##.##.2026-cı il tarixində keçib-keçmədiyini araşdırmamışdır. Halbuki bu, qərarın əsaslılığına birbaşa təsir edən mühüm hüquqi məsələdir. İş materiallarmdan görünür ki, Maliyyə Nazirliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixində bildiriş göndərmiş və 2024-cü il üzrə maliyyə hesabatlarının dərc edilməsinə dair sübutların ##.##.2026-cı ilədək təqdim edilməsini tələb etmişdir. Lakin dövlət orqanının 2026-cı ildə bildiriş göndərməsi öz-özlüyündə 2024-cü il üzrə mümkün hüquq pozuntusunun 2026-cı ildə törədilməsi nəticəsini yaratmır. İnzibati məsuliyyətə cəlbetmə müddəti qanunla müəyyən edilir və inzibati orqanın özünün sonradan bildiriş göndərməsi ilə süni şəkildə yenidən başlana və ya uzadıla bilməz. Əks yanaşma İXM-in 38-ci maddəsinin məqsədinə zidd olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2022-ci il tarixli Qərarında da məhz inzibati məsuliyyətə cəlbetmə müddətinin qeyri-müəyyən və faktiki olaraq hədsiz şəkildə uzadılmasının yolverilməzliyi vurğulanmışdır. Ona görə Maliyyə Nazirliyinin ##.##.2026-cı il tarixli bildirişinin verilməsi məsuliyyətə cəlbetmə müddətinin başlanğıcı kimi qəbul edilə bilməz. Məhkəmə qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 2024-cü il üzrə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc etməli olduğu qəbul edilmişdir. Lakin qərarda şirkətin hansı konkret hüquqi əsasla belə öhdəlik daşıdığı müəyyən edilməmişdir. "Mühasibat uçotu haqqında" Qanunun 12.3-cü maddəsində maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbuat orqanında dərc edilməsi öhdəliyi müəyyən kateqoriyalara aid subyektlərə münasibətdə nəzərdə tutulur. Bu öhdəlik bütün MMC-lərə avtomatik şəkildə şamil edilmir. Ona görə Maliyyə Nazirliyi və məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hansı konkret kateqoriyaya daxil olduğunu və ya ictimai əhəmiyyətli qurum olmasını sübut etməli idi. Bu faktların sübuta yetirilməməsi 462.1ci maddə üzrə inzibati xəta tərkibinin mövcudluğu barədə nəticəni şübhə altına alır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə şikayətin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs “EVFEMİYA” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Protokolu tərtib edən orqan tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**/*-****/**** nömrəli bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) 2024-cü il üzrə maliyyə hesabatlarını, auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə ## ### 2026-cı il tarixdə, saat 10:15-də Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı, təşkilatın 2024-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməsinə və ya mətbu orqanda dərc etdirilməsinə dair sübutlar mövcud olduğu təqdirdə həmin sübutlar barədə məlumatı yuxarıda qeyd olunan tarixədək Maliyyə Nazirliyinə təqdim etmələri və göstərilən tarixdə təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmələri xahiş olunmuşdur. İş materiallarında olan Protokolu tərtib edən orqan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanladığı ##.##.2026-cı il tarixli, *-**/*-****/**** nömrəli məktubundan görünür ki, Protokolu tərtib edən orqan tərəfindən müəssisə barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilmişdir. Apellyasiya icraatı zamanı təqdim edilmiş “EVFEMİYA” MMC tərəfindən Maliyyə Nazirliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizənin surətindən görünür ki, “EVFEMİYA” MMC-də 2021-ci ildən ##.##.2024-cü ilədək səyyar vergi yoxlaması aparıldığı, hal-hazıra kimi davam etdiyi, 2024-cü ilə görə bir neçə auditor xidmətlərinə müraciət edildiyi, səyyar yoxlamanın hal-hazıra kimi bitmədiyi səbəbindən audit rəyinin verilməsindən imtina edildiyi bildirilmiş, 2024cü ilin audit rəyinin təqdim edilməsi tarixinin təxirə salınması xahiş edilmişdir. Apellyasiya icraatı zamanı təqdim edilmiş Maliyyə Nazirliyi tərəfindən “EVFEMİYA” MMCyə ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, müvafiq qanunvericilik aktlarının tələblərinə əsasən maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc etdirilməsi, habelə məcburi auditdən yayınma ilə əlaqədar güzəştlərin verilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Apellyasiya şikayətinin dəlilləri “EVFEMİYA” MMC-nin ümumiyyətlə müvafiq maliyyə hesabatını dərc etmək öhdəliyi daşıyan subyekt olmasının lazımi qaydada sübuta yetirilməməsi və MMC barəsində inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsi olmuşdur. Məhkəmə şikayətin həmin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.7-ci maddəsinə əsasən, maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; Həmin Qanunun 11-ci maddəsinə əsasən, kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbuat orqanında dərc olunması tələb olunur; Eyni Qanunun 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi mühasibat uçotu subyektlərinin aşağıdakı hərəkətlərin yerinə yetirilməsinə görə məsuliyyətini nəzərdə tutur: maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmaması. Göründüyü kimi burada inzibati xəta haqqında protokol təşkilatın 2024-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməsinə və ya mətbu orqanda dərc etdirilməsinə dair hərəkətsizliyə görə tərtib edilmişdir ki, bu hərəkətlərində yerinə yetirilməsinin son müddəti kimi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbindən göründüyü kimi 2025-ci ilin dekabr ayının 31-i daxil olmaqla olan müddət nəzərdə tutulmuşdur. Buna görə də müddətin keçməsi ilə bağlı apelyasiya şikayətində göstərilən dəlillər əsassızdır. İnzibati xəta törətmiş hüquqi şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi “EVFEMİYA” MMC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almış və hüquqi şəxsə törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü olan cərimənin minimum həddində, yəni 1500 (min beş yüz) manat tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: “EVFEMİYA” MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar