Məhkəmə qərarları › İş №3(3-6)-2795/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2795/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2795/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXMin) 347-ci maddəsi ilə tərtib olunmuş ## ###### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X1) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilmişdir. Həmin qərardan səlahiyyətli orqan şikayət verib, onun ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 manat inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında mövcud olan xəbərnamə ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin səlahiyyətli orqanın sorğusunu ## ###### 2026cı il tarixdə qəbul etməsi sübut edilir. Həmin Cəmiyyət bundan sonrakı 5 gün ərzində göstərilən sorğuya cavab verməmişdir. Apellyasiya məhkəməsi iclasına tərəflərin nümayəndələri vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə hüquqi şəxslər üç yüz manat məbləğində cərimə tətbiq edilir. İş üzrə səlahiyyətli orqan inzibati xəta haqqında protokolu ona görə tərtib etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC səlahiyyətli orqana müvafiq sorğusunu qəbul etdiyi ## ###### 2026-cı il tarixdən 5 gün müddətində mülkiyyətində olan “Ford Transit yük” markalı, **-JD- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumatı təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi müvafiq nəticəni iş materiallarında səlahiyyətli orqanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanladığı sorğunun çatdırılmasını təsdiq edən sübutun olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır (bu Məcəllənin 57.6cı maddəsinin müddəaları nəzərə alınmaqla). Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanladığı sorğusunda mülkiyyətində olan “Ford Transit yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ## ###### 2026-cı il tarix, saat 14:59-da “Binə TM qarşısı”nda yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması nəticəsində Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə göstərilən tarixdə həmin avtomobili idarə etmiş şəxs barəsində məlumatın müvafiq inzibati məsuliyyətə cəlb edilməsi üçün sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əksinə olaraq, iş materialları ilə müəyyən etmişdir ki, səlahiyyətli orqan həmin sorğunu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hüquqi ünvanı olmuş Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, ev 33 B, mənzil 143 ünvanına çatdırılması üçün ## ###### 2026-cı il tarixdə SX083512495AZ ştrixkodlu poçt zərfində poçt orqanına təhvil vermiş, həmin sorğu müvafiq xəbərnamə və “xxxx” MMC-nin internet saytında olan elektron poçt izlənməsi əsasında poçt orqanı tərəfindən ## ###### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə təqdim edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl etməklə hesab edir ki, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin səlahiyyətli orqana sorğusunda göstərilmiş məlumatı sorğunun ona çatdırıldığı ## ###### 2026-cı il tarixdən 5 gün ərzində göndərməməsi əməlində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətini səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş məzmunda yaratmışdır. Bu hal iş materialları ilə tam sübuta yetirilmişdir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin maddə ilə müvafiq inzibati məsuliyyətə cəlb edilməlidir. Birinci intansiya məhkəməsinin göstərilən halları nəzərə almaması iş üzrə düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - müvafiq olaraq 135.1.2 və 135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığına görə qanunsuz və əsassızdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin verdiyi şikayət əsaslıdır. Bu səbəbdən həmin şikayət təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 133.2.8, 134.1.2, 135.1.2 və 135.1.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin verdiyi şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 347ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar