Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2796/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Məhkəmə iclas katibi X3 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin Allahyarov İlham Şahnəzər oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-99)- ****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə materiala Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Allahyarov İlham Şahnəzər oğlu Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin ## ##### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Özbəkistan küçəsi ilə heç vaxt hərəkət etmir. Onun yaşadığı ünvandan və ya ünvana gəlməyi həmin küçə ilə gedib gəlməsinə heç cür yaramır. O, şəhərə çıxışda Bəkir Çobanzadə küçəsi və ya Azər Manafov küçəsi ilə ya da Babək prospekti ilə hərəkət edir. Yəni ki, o, idarə etdiyi **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Özbəkistan küçəsindən istifadə etmir. Qeyd edilənlərə əsasən Bakı şəhəri DYPİnin ## ##### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin Allahyarov İlham Şahnəzər oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Bakı şəhər X1 İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati orqanın qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətlə bağlı işin materiallarını araşdırıb hesab edirəm ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi, hakimin inzibati xətaya dair iş üzrə qərarından qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ## #### 2026-cı il tarixdə inzibati orqanın ünvanına X4 vasitəsilə göndərilmişdir. Apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə qərarının ##.##.2026-cı il tarixdə təhvil alındığını nəzərə alaraq qeyd etmək lazımdır ki, apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixində təhvil verildiyindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddət ötürülmüşdür. Göründüyü kimi, hazırkı halda apellyasiya qaydasında verilmiş şikayət prosessual müddət ötürülməklə verilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən, həmin şikayətə baxıla bilməz və bu halda material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə eyni zamanda izah edir ki, apellyasiya şikayəti vermə müddətini üzürlü səbəbdən keçiriblərsə, buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq qərara a l ı r: Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsinin Allahyarov İlham Şahnəzər oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-99)- ****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə (vəsatət) ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2796/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2796/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver