Məhkəmə qərarları › İş №3(3-6)-2799/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2799/2026

27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2799/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)- ****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: ## ###### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməliyyat qrupuna nalayiq ifadələr (söyüşlər) deməsi, onlara tabesizlik göstərməsi, bu hadisələri polis şöbəsində də davam etməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərimişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim N.C.Rzayeva) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 20 (iyirmi) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə razı olmadığını qeyd etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Q.Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində İXM-in 510.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin sübuta yetirilmədiyini bildirmişdir. Məhkəmə qərarının nəticə hissəsində onunkonkret olaraq hansı hərəkəti etdiyi, həmin hərəkətin hansı formada ictimai qaydanı pozduğu və cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyi ətraflı göstərilməmişdir. Sadəcə inzibati xəta haqqında protokola istinad edilməsi şəxsin təqsirinin avtomatik olaraq sübuta yetirilməsi anlamına gəlmir. iş üzrə mövcud olan bütün sübutların, o cümlədən şahid ifadələrinin, videoyazıların, polis əməkdaşlarının izahatlarının və digər materialların obyektiv qiymətləndirilməsi zəruridir. İXM-in 535.1-ci maddəsi üzrə inzibati xətanın əsas əlamətləri müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsi polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizəsi vəzifəsini icra etdiyi zaman onun qanuni tələbinə qəsdən tabe olmamağı tələb edir. Lakin iş üzrə polis əməkdaşı tərəfindən ona hansı konkret qanuni tələbin verildiyi, həmin tələbin hansı şəraitdə verildiyi, onun bu tələbi bildiyi və buna baxmayaraq qəsdən tabe olmadığı mötəbər sübutlarla təsdiq edilməmişdir. Qanuni tələbin mövcudluğu və həmin tələbə qəsdən tabe olmama halı müəyyən edilmədən şəxsin İXMin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin təmin olunmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət qismən təmin edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı, tənbehin həddinə dair hissədə dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırma materialları, izahatlar, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına məcmu halında qiymət verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair əsaslı qərar qəbul etmişdir ki, bu məsələdə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Belə ki, yuxarıda göstərildiyi kimi, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı hallar, kifayət qədər dəlillərin mövcudluğu ilə tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi şikayətə münasibətdə qeyd edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Apellyasiya instansiyası məhkəməsi, qanunvericiliyin tələbləri baxımından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində daha yüngül tənbeh növünün tətbiq edilməsini mümkün saymır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə qərar qəbul edilərkən, inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri və qanunun tələbləri kifayət qədər nəzərə alınmamışdır. Belə ki, birinci instansiya məhkəməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq olunan inzibati tənbehin növünü düzgün müəyyən etsə də, işin hallarına və şəxsiyyətinə münasibətdə, yüksək həddə inzibati həbs təyin etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əssən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Qanunvericiliyinin həm Ümumi, həm də Xüsusi hissəsində təsbit olunmuş müddəalara əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilməli olan tənbehin tətbiqi qaydaları şəxsin şəxsiyyətini xarakterizə edən amillər və işin müəyyən edilmiş faktiki halları ilə bilavasitə şərtləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar yoxdur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, inzibati iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən təyin edilmiş 20 (iyirmi) gün müddətinə inzibati həbsin müddətinin 09 (doqquz) gün müddətinə endirilməsi, törədilmiş xətanın xarakterinə, törədilmə hallarına və onun şəxsiyyətinə uyğun hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq, bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci mddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.5-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3cü maddəsinə əsasən 20 (iyirmi) gün müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, təyin edilmiş inzibati həbs 09 (doqquz) gün müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar