Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2800/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi – Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, İnzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ###### 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq; m ü ə y y ə n e t d i m: İş materiallarında olan sənədlərə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat 22:15 radələrində Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə ƏÇPA-nın polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişdir. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026cı il tarixdə, saat 22:15 radələrində Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə ƏÇPA-nın polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə rəisi S.Abbasov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və MN seriyalı 2315490 inzibati protokollar tərtib edilərək və toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakiminin (hakim S.Məmmədli) ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsin əvvəli ## ###### 2026-cı il tarixdən hesablanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardan inzibati tənbeh olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın ləğv edilməsini və polis əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə göndərilməsinə dair xüsusi qərar qəbul edilməsini xcahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbsin əvvəli ## ###### 2026-cı il tarixdən hesablanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarına görə məhkəmənin müvafiq qərarın qəbul edilməsinə səbəb şahid qismində dindirilmiş X1 Alayının polis nəfəri, R X2 və R X3 ifadələri olmuşdur. Qərarın qəbul edilməsinə əsas isə hüquqlarını müdafiə etdiyim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 22:15 radələrində Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə “Xəzər” markalı, “**-DB-***" dövlət qeydiyyat nişanlı avtomobilini fərdi yaşayış evinin qarşısında saxlayaraq orada səs-küy salması, onun avtomobili saxla əmrinə tabe olmaması, onun qarşısına keçib saxlatmaq istəyən zaman onun idarə etdiyi avromobillə post-patrul avtomobilini vurması və maşından düşdükdən sonra polis əməkdaşlarının ünvanına nalayiq ifadə işlətməsi olmuşdur. Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli Qərarı əsassız və qanunsuzdur. Məhkəmə işi tam , hərtələfli , obyektiv araşdırmamış və qərəzli qərar qəbul etmişdir. işin həqiqi hallarına görə isə hüquqlarını müdafiə etdiyim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli Qərarında göstərilən inzibati xətan törətməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ifadəsində göstərdiyi kimi sevdyi qızı , X4 onun ailəsində onların ailə qurmasına etiraz edildiyinə görə ailə qurmaq məqsədilə “qaçırmışdır". Bir neçə gün olmuşdur ki, maşında gecələmişlər. Onlar öyrənmişlər ki, qızın anası polisə şikayət etmişdir. Daha sonra qızın anasının rəfiqəsi onları öz yaşadığı evə çağırmışdır ki, bu məsələni danışıb yoluna qoysunlar. Onlar Röyala məxsus “XƏZƏR" markalı “**-DB-***" dövlət qeydiyyat nişanlı avtomobillə Sənəmin anasının göndərdiyi konum üzrə ünvana yaxınlaşan zaman orada polis əməkdaşlarını gördükdə avtomobili sürüb oradan uzaqlaşmaq istəmişdir. O, düşünmüşdür ki, maşını sürüb əmisigilə getsin və Sənəmi onlarda qoysun, polislər onu apararsa sonradan gəlib onu aparsın. Polis əməkdaşları xidməti avtomobildə onları təqib eləməyə başlamış və qəfildən surəti artıraraq ona məxsus “Xəzər" markalı avtomobili sağ yan tərəfdən vurmuşdur. İdaretməni itirən Röyal maşını saxlaya bilməyərək yolun sol hərəkət hissəsində hərəkətsiz dayanmış “OPEL" markalı vurmuşdur. Hadisənin şahidi olan X4 bildirdiyinə görə polis əmədaşları , “iş üzrə şahidlər " hadisənin şokundan hələ özünə gəlməmiş Röyalı, sürüyərək avtomobildən düşürmüş və onu ağır söyüşlərlə təhqir edərək döyməyə başlamışlar.Həmin vaxt Röyal onlara müqavimət gostərmək iqtidarında olmamışdır. Qanunvericiliyə görə isə inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Qanunvericiliyə görə ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (İXM maddə 12.) İnzibati xətaya dair işlərə baxilarkən müəyyən edilməlidir ki,inzibati xəta hadisəsi -inzibati xəta törədilmişdirmi , inzibati xəta kim tərəfindən törədilmişdir və inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı müəyyən edilməlidir(İXM maddə 75.) Bildirir ki, hüquqlarını müdafiə etdiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğl hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb ola biləcək əməl törətməmişdir. O, məhkəmədə də öz ifadəsində də bidirmişdir ki, “polislərə qarşı heç bir nalayiq ifadə, tabesizlik göstərməmişdir”. Qanunvericiliyə görə isə İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir İş materiallarından göründüyü kimi şahid ifadələri ilə “inzibati xəta törətmiş şəxsin " ifadələri bir-birini təkzib edir, ziddiyyətlidir ..Məhkəmə özünün vəzifə borcu olduğuna baxmayaraq ifadələr arasındakı ziddiyətə münasibət bildirməmiş, əlavə sübutlar tələb etməmiş və hansı səbəbdən “şahid ifadələrini “mötəbər sübut “hesab etdiyini Qərarında əsaslandırmamışdır. Məhkəmə ziddiyyətli ifadələrin olduğunu nəzərə alaraq həqiqətin müəyyən edilməsi məqsədilə ən azından hadisənin şahidi olan X4 şahid qismində dindirməli idi. Qərarda inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxıldığı qeyd olunsa da Polis əməkdaşları tərəfindən məhkəmənin adından iclasın qapalı aparılacağı elan edilmiş və hüquqlarını müdafiə etdiyim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaxınları məhkəmə iclas zalına buraxılmamışdır ( videogörüntülərə baxmaq olar). bundan başqa məhkəmə polis əməkdaşlarının xidməti avtomobillərində quraşdırılmış videokameraların görüntülərin təqdim olunmasını tələb edə bilərdi . Bundan başqa “inzibatı xəta “nın baş verdiyi yerdə quraşdirilmş TŞK-lardan müvafiq gorüntüləri əldə etmək olardı. Əlavə olaraq bildirir ki, inzibatı xətanın baş verdiyi yerdə, yol kənarı oldüğu üçün mağazaların əksəriyyətində video kameralar quraşdırılmış, inzibatı xətanın baş verdiyi yerdə TŞ9-015 və TŞ*-*** nömrəli təhlükəsizlik kameraları vardır.Həmin kameraların təyinatı yol hərəkəti qaydalarına nəzarət etmək, ictimai asayişi qorumaq və cinayətkarlığın qarşısını almaqdır, məhkəmə obyektiv həqiqəti müəyyən etmək üçün kameralardakı görüntüləri tələb edə bilərdi. Görünən odur ki, məhkəmənin həqiqəti aşkara çıxarmaq niyyəti olmamış və məhkəmə əsil günahkarları himayə etmək qərarına gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı,##.##.2026-cı il tarixli qərarı əsassız və qanunsuz olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakiminin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarın ləğv edilməsini, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam veilməsini və məhkəmə iclas zalından azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhəri Sabunçu RPİ-nin 14-cu Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, verilmiş apellyasiya şikayəti aşağıda göstərilənlərə əsasən əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, ibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Birinci instansiya məhkəməsində izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, o, istədiyi qız ilə qaçmışdır. Bir neçə gün olmuşdur ki, maşında gecələmişlər. Onlar öyrənmişlər ki, qızın anası polisə şikayət etmişdir. Daha sonra qızın anasının rəfiqəsi onları öz yaşadığı evə çağırmışdır ki, bu məsələni danışıb yoluna qoysunlar. O, öz maşını ilə qızının anasının göndərdiyi konum üzrə ünvana yaxınlaşan zaman orada polis əməkdaşlarını gördükdə tez avtomobili sürüb oradan uzaqlaşmışdır. O, düşünmüşdür ki, maşını sürüb əmisigilə getsin, polislər aparsa oradan gəlib onu aparsın. Polis əməkdaşı onun arxasınca gəlmiş, qəfildən onun qarşısına keçdikdə o, maşını saxlaya bilməyərək polisin maşını vurmuş, daha sonra vətəndaşın avtomobilini vurmuşdur. Sonra polislər onu maşından düşürüb bölməyə təhvil vermişlər. O, polislərə qarşı heç bir nalayiq ifadə, tabesizlik göstərməmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 Alayının patrul bölüyünün polis nəfəri, R X2 bildirmişdir ki, ##.##.2026-cı il tarixdə saat 22:15 radələrində Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə xidmətdə olan zaman qaranlıq küçədə Xəzər markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin fərdi yaşayış evinin qarşısında dayandığını, orada səs-küy olduğunu görüb yaxınlaşıb nə baş verdiyini aydınlaşdırmaq istədikdə sürücü avtomobili idarə edib uzaqlaşmağa çalışdı, ona avtomobili saxlaması əmri versələr də, o, avtomobili saxlamamışdır. Onun qarşısına keçib saxlamaq istəyən zaman həmin avtomobil onun idarə etdiyi post patrul avtomobilini vurmuşdur. Maşından düşdükdən sonra polis əməkdaşlarının ünvanına nalayiq ifadə işlətmişdir. Həmin şəxsi saxlayıb 14-cü PŞnə təhvil vermişlər İş materiallarında olan inzibati qaydada tutma haqqında ## ###### 2026-cı il tarixli AZA seriyalı ****** nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə saat 23:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətaların törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli və MN seriyalı 2315490 inzibati xəta haqqında protokollarla, şahid izahatları ilə, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün, həmçinin qərarını ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi üçün hər hansı bir əsas görmür. İnzibati xəta haqqında protokol, tərəflərin məhkəmə iclasında səsləndirdiyi izahatlarının qarşılıqlı təhlili, o cümlədən protokolların məzmunu və s. belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Baxılan məsələ üzrə işin bütün faktiki hallarını araşdıraraq hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzbati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə istinad etmiş olduğu dəlillər onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati qaydada həbs seçilərkən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinin pozulduğu halları müəyyən olunmamışdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakiminin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya qaydasında şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara a l ı r a m: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2800/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2800/2026
28.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver