Məhkəmə qərarları › İş №3(3-6)-2801/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2801/2026

09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2801/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Dövlət X1 «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş IXP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Nəsimi Rayon Polis Idarəsindən daxil olmuş IXP seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Dövlət X1 sorğusuna əsasən mülkiyyətində olan “KIA CEED minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Dövlət X1 verməmiş, bununla barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rahid Nağıyev apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin iş № *(5- **)-****/**** saylı ## #### 2026-ci il tarixli qərarını rəsmi olaraq əldə etməmişlər. Belə ki, birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Nəsimi Polis Idarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasını təxirə salınması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Ikincisi, iş materiallarında hüquqi şəxs tərəfindən sorğunun qəbul edilməsi barədə xəbərnamə mövcuddur. Hansı ki, həmin xəbərnamədə qəbul edənin soyadı və imzası var. Qeyd olunan sorğu hüquqi şəxsin hüquqi ünvanına göndərilib və həmin ünvanda qəbul olunub. Lakin həmin sorğuya qanunla müəyyən edilmiş 5 gün ərzində cavab verilməmişdir. Yuxarıda qeyd olunan hallara birinci instasiya məhkəməsi qiymət verməməklə düzgün nəticəyə gəlməyərək əsassız qərar qəbul etmişdir və bu səbəbdən də hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin iş № *(5-**)-****/**** saylı ## #### 2026-ci il tarixli qərarı ləğv edilərək «xxxx» MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilməlidir. Inzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinə və «xxxx» MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxaraq, belə hesab edir ki, verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair *(*-**)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Dövlət X1 sorğu məktubundan görünür ki, hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “KIA CEED minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs ##.##.2025-ci il tarixdə Inzibati Xətalar Məcəlləsinin 339.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Dövlət X1 tərəfindən “KIA CEED minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən xahiş olunmuşdur. Poçt göndərişlərinin izlənməsinə dair çıxarışdan və SX*********AZ saylı xəbərnamədən görünür ki, Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Dövlət X1 sorğu məktubu ##.##.2026-cı il tarixdə hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində “Axundov” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmiş, lakin sorğunu qəbul etmiş şəxsin adı, ata adı və vəzifəsi göstərilməmişdir. Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Dövlət X1 R X4 tərəfindən tərtib edilmiş Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, IXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Dövlət X1 sorğusuna əsasən mülkiyyətində olan “KIA CEED minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Dövlət X1 verməmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qənaətə gələrkən qeyd etmişdir ki, məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə barələrində başlanmış inzibati iş üzrə icraatda səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsinə dair məktubun göndərilməsini və tərtib olunmuş inzibati xəta haqqında protokolun hüquqi şəxsə çatdırılmasını təsdiqləyən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin Dövlət X1 sorğu məktubu ##.##.2026-cı il tarixdə xəbərnaməyə “Axundov” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmiş, lakin həmin sorğu məktubunu qəbul etmiş şəxsin adı, atasının adı və vəzifəsi xəbərnamədə tam olaraq göstərilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli orqanın sorğu məktubunu qəbul etməsi və Azərbaycan Respublikası IXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hüquqi şəxs tərəfindən məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin qeyd edilən nəticəsi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış poçt xəbərnaməsindən göründüyü kimi məktub Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, Babək pr, ev 28D ünvanına göndərilmiş, ## ###### 2026-cı il tarixdə şəxsən “Axundov” soyadlı şəxsə verilmişdir. SX076449151AZ kodlu poçt göndərişinin “https://www.azerpost.az/” internet səhifəsindən izlənməsinə dair çıxarışdan görünür ki, məktub ## ###### 2026-cı il saat 15:00-da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-a çatdırılmışdır. Həmçinin, Vergi ödəyicilərinin məlumatlarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin hüuqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək pr, ev 28D qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, sadalanan hallara əsasən inzibati xəta hadisəsinin mövcud olması inzibati orqan tərəfindən sübut edilir. Belə ki, sorğunun göndərildiyi hüquqi ünvan dövlət vergi xidmətində hüquqi şəxsin ünvanı olaraq qeydiyyatdan keçmişdir. Həmçinin “Axundov” soyadlı şəxsin işçi olub-olmaması məsələsinə gəlincə məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əgər hər hansı hüquqi şəxs təsərrüfat fəaliyyətini həyata keçirmək üçün hüquqi ünvan təyin edirsə, dövlət orqanları tərəfindən həmin ünvana göndərilən məktubların alınmasına dair məsuliyyət hüquqi şəxslərin üzərinə düşür. Hüquqi şəxslər ünvanda məktubların alınması üçün işçi təyin etməlidirlər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 57.3-cü maddəsinə əsaəsn, sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən sadalanan işin faktiki halları düzgün şəkildə aydınlaşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, qəbul edilən qərarın işin faktiki hallarına uyğun olmaması nəticəsində inzibati məsuliyyətə cəlb edilməli olan hüquqi şəxs qanunsuz olaraq məsuliyyətdən yayınmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə prosesində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 32-ci və 33cü maddələrinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D I: Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rahid Nağıyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar