Məhkəmə qərarları › İş №3(3-6)-2802/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2802/2026

07.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2802/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun və iş üzrə səlahiyyətli orqanın qəbul etdiyi qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, səlahiyyətli orqan iş üzrə inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İXM-in 122 və 124-cü maddələrinin tələblərinə zidd qaydada qəbul etmişdir. Ona görə ki, onun elektron kabinetində iş üzrə inzibati xətanın ## #### 2026-cı il tarix, saat 19:47-də törədilməsi, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarı ## #### 2026-cı il tarix, saat 13:09da qəbul etməsi göstərilmişdir. Beləliklə, iş üzrə hadisənin baş verməsi ilə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi arasında 17 saat 22 dəqiqə vaxt fərqi mövcud olmuşdur. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən ekranın piksel və torvari strukturunun müşahidə edilməsi həmin görüntülərin xüsusi texniki vasitənin orijinal elektron faylı olmaması, sonradan “TŞ” kamerasının monitor ekranından fotoşəkil çəkilməsi yolu ilə əldə edilməsi ehtimalını yaradır. Həmçinin, elektron kabinetdə hadisənin mətn üzrə baş vermə yerinin “Binəqədi, Azadlıq prospekti” göstərildiyi halda, xəritə/GPS işarəsinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin yerləşdiyi inzibati yeri göstərməsi həmin koordinatın hadisə yerindəki xüsusi texniki vasitədən deyil, qərarın və ya foto-materialın sonradan formalaşdırıldığı bortkompüterin və ya digər xidməti cihazın GPS məlumatından sistemə düşməsi barədə əsaslı ehtimal yaradır. Göstərilən hallar onu deməyə əsas verir ki, hadisənin baş verdiyi anda xüsusi texniki vasitədən avtomatik və birbaşa elektron qərar formalaşmayıb. Əksinə, sonradan polis idarəsində TŞ kamerasının monitorundakı görüntüyə baxılıb, bort-kompüter və ya digər xidməti cihaz vasitəsilə fotomaterial yaradılıb və sistemə daxil edilib. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş “real vaxt rejimi” ifadəsinin 38.6-cı maddəsində nəzərdə tutulmuş “24 saatlıq” müddəti nəzərdə tutması barədə gəldiyi qənaət əsassızdır. Ona görə ki, Azərbaycan Respublikası İXM-in 124.4-cü maddəsində həmin ifadələr fərqli hüquqi mənada göstərilmişdir. İş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında inzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edildiyini, məlumatların real vaxt rejimində çıxarıldığını və elektron imza ilə təsdiq edildiyini qeyd etsə də, bu nəticənin hansı konkret texniki sübuta əsaslandığını göstərməmiş, onun avtomobili olduğu hərəkət zolağından düzünə və ya sola hərəkət etdirməli olduğu halda, 1.1 üfüqi nişanlanma xəttinin və 5.8.1 nişanının tələblərini pozaraq digər zolağa doğru hərəkət etdirib keçirdiyini müəyyən etməmiş, hadisənin qeydə alındığı videoyazını tələb etməmişdir. Çünki videoyazı avtomobilin ilkin mövqeyini, zolaq üzrə hərəkətini, 1.1 xəttini keçib-keçməməsini, keçdiyi halda bunun hansı nöqtədə baş verdiyini və sonrakı hərəkət istiqamətini obyektiv müəyyən etməyə imkan verə bilərdi. Birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən bu halları nəzərə almamışdır. Göstərdiklərinə əsasən iş üzrə səlahiyyətli orqan və birinci instansiya məhkəməsinin qəbul etdikləri qərarları qanunsuz və əsassız hesab edir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi və Qərardan şikayət verən orqan (şəxs) gəlməmiş, səlahiyyətli orqan bunun səbəbi barədə məhkəməyə məlumat verməmiş, Qərardan şikayət verən orqan (şəxs) isə şikayətində səhhətində yaranmış ciddi problemlə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyinə görə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə göstərilən səbəblərdən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Səlahiyyətli orqan ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarix, saat 19:47-də “KİA RİO minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində idarə edərkən olduğu hərəkət zolağından düzünə və ya sola hərəkət etdirməli olduğu halda, digər zolağa doğru hərəkət etdirməsi nəticəsində “1.1” üfüqi nişanlanma xəttinin və “5.8.1” nişanının tələblərini pozmaqla, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini müəyyən edib, barəsində 40,00 manat məbləğində inzibati cərimə tənbeh tədbirini tətbiq etmişdir. Qərardan şikayət verən orqan (şəxs) ilkin və apellyasiya qaydasında verdiyi şikayətlərində iş üzrə səlahiyyətli orqanın inzibati xəta kimi qiymətləndirdiyi hadisənin onun ## #### 2026-cı il tarix, saat 19:47-də “KİA RİO minik” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində idarə edərkən baş verməsini mübahisələndirməmiş, həmin hadisənin inzibati xəta olmaması, başqa sözlə, səlahiyyətli orqanın həmin hadisənin baş vermə anının qeydə alındığı video materialı onun elektron kabinetə yerləşdirməməsi və məhkəməyə təqdim etməməsi nəticəsində onun idarə etdiyi avtomobili 1.1 üfüqi nişanlanma xəttinin və 5.8.1 nişanının tələblərini pozaraq digər zolağa doğru hərəkət etdirib keçirməsinin iş materialları ilə sübut edilməməsi, səlahiyyətli orqanın bu hadisə ilə bağlı qəbul etdiyi elektron qərarının hadisənin foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edildiyi halda, real vaxt rejimində, yəni hadisənin baş verməsindən dərhal sonra imzalanmaması, ona əlavə edilmiş foto və video materiallarla birlikdə onun üçün internet informasiya ehtiyatında yaradılmış elektron kabinetə yerləşdirməməsi barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 69.IV maddəsinə əsasən “1.1” üfüqi nişanlanma xətti əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. - 69.VI.18-ci maddəsinə əsasən “1.18” üfüqi nişanlanma xətti yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət 5.8.1, hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. - 69.VI.1-ci maddəsinə əsasən 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır. Həmin Qanuna əsasən 5.8.1 nişanı zolaqlarda hərəkət istiqamətlərini göstərir. Azərbaycan Respublikası İXM-in: - 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. - 122.1-ci maddəsinə əsasən bu Məcəllənin, həmçinin 327.1-327.5-ci maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. - 327.1-ci maddəsində əsasən, həmçinin yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə qırx manat məbləğində inzibati cərimə ilə tənbeh tətbiq edilir. İş üzrə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən,: - Azərbaycan Respublikası İXM-də “real vaxt rejimi” ifadəsinin dəqiq mahiyyətinin verilməməsinə baxmayaraq, həmin Məcəllənin 38.6-cı maddəsində inzibati tənbeh vermə haqqında elektron qərarın 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilməsi barədə tələbin nəzərdə tutulmasına görə inzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə ilə aşkar edilməsindən sonra 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsinin (foto və ya video materiallar) şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilməsi üçün nəzərdə tutulmuş inzibati xətanın törədildiyi vaxtdan sonrakı 24 saata qədər olan müddəti ehtiva etməsinə, - Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsinə əsasən elektron qərarın müvafiq səlahiyyətli orqanın əməkdaşının elektron imzası ilə təsdiqlənməli olmasına, elektron qərarların inzibati xəta hadisələrinin qeydə alındığı ani vaxt ərzində tərtib edilib, eyni anda imzalanmasının real olmamasına, - iş üzrə səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ## ##### 2026-cı il tarix, saat 19:47-də Qərardan şikayət verən orqan (şəxs) törətdiyi, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilməsindən sonra, sonuncunun iştirakı olmadan ## ##### 2026-cı il tarix, saat 13:09-da, yəni törədildiyi vaxtdan sonrakı 24 saata qədər olan müddət ərzində və ya real vaxt rejimində qəbul edilməsinə, həmçinin, həmin qərar və onun əlavəsi olan foto materialların Qərardan şikayət verən orqan (şəxs) üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetinə yerləşdirilməsinə, - həmin qərara əlavə edilmiş foto materiallarla sonuncunun Azərbaycan Respublikası İXMin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qərarda müəyyən edilmiş məzmunda törətməsinin sübuta yetirilməsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıdakı sonuncu abzasda birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin faktiki hallarının məzmunu, onlara Azərbaycan Respublikası İXM-in 38.6, 122 və 327.1-ci maddələrinin tətbiqi ilə bağlı gəldiyi hüquqi mövqeləri ilə tamamilə razılaşdığına görə təkrarçılığa yol vermədən hesab edir ki, səlahiyyətli orqanın ## #### 2026cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əlavə etdiyi foto materiallarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı həmin qərarda müəyyən edilmiş məzmunda törətməsi sübuta yetirilmiş, səlahiyyətli orqan həmin qərarını iş üzrə Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətdiyi vaxtdan sonrakı 24 saata qədər olan müddət ərzində və ya real vaxt rejimində qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə müvafiq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmin nəticə işin faktiki hallarına uyğundur. Sonuncunun şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar