Məhkəmə qərarları › İş №3(3-6)-2805/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2805/2026

09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2805/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-97)- ****/**** nömrəli qərardadından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-97)- ****/**** nömrəli qərarına əsasən «xxxx» MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. «xxxx» MMC həmin qərardan apellyasiya şikayəti və qərardan apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə vəsatətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, cəmiyyətin qanuni təmsilçisinin səhhətində yaranmış ciddi problemlər səbəbindən müəyyən müddət ərzində əmək fəaliyyətini normal şəkildə həyata keçirməsi mümkün olmamış, bunun nəticəsində isə apellyasiya şikayətinin hazırlanması və qanunla müəyyən edilmiş müddətdə məhkəməyə təqdim edilməsi obyektiv olaraq mümkün olmamışdır. Prosessual müddətin buraxılması qəsdən baş verməmiş, tamamilə ərizəçinin iradəsindən asılı olmayan üzrlü səbəblərlə əlaqədar olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-97)- ****/**** nömrəli qərardadı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan “xxxx” MMC apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-97)- ****/**** nömrəli qərardadının ləğv edilməsini, şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Hüquqi şəxsin qanuni təmsilçisinin səhhətində yaranmış ciddi problemlərlə əlaqədar olaraq müəyyən müddət ərzində əmək və prosessual fəaliyyətini normal şəkildə həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, proses iştirakçılarının iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati xəta haqqında icraat materiallarını araşdıraraq, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarından müəyyən olunur ki, qeyd olunan məhkəmə qərarının ## ### 2026-cı il tarixdə şəxsən “xxxx” MMC-nin Elektron Məhkəmə Informasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən inzibati qanunvericilikdə nəzərdə tutulmuş qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət ərizəsi ilə müraciət edilə bilməsi qaydası pozulmuş, şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi, şikayətçi qərarın nümayəndəsinin səhhətində baş verən problemlə əlaqədar olaraq ötürdüyündən qərardan şikayət vermə müddətinin bərpa olunmasını xahiş etsə də, lakin şikayətin 1 aydan xeyli müddət sonra verilməsi göstərilən halın üzrlü hesab edilməsini qeyri-mümkün edir. Göründüyü kimi, «xxxx» MMC tərəfindən Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan buraxılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, verilmiş şikayətdə göstərilən formal mülahizələrə əsaslandığından, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: «xxxx» MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-97)- ****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar