Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2807/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək şikayətin icraata qəbul edilməsi və mahiyyəti üzrə baxılması, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, iş üzrə yekun qərar qəbul edilənədək cərimə, dəbbə pulu və məcburetmə tədbirlərinin dayandırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 346.9-cu maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ###### 2025-ci il tarixində şikayətçiyə məxsus **- VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən nəqliyyat vasitəsinin Yasamal rayonu ərazisində guya tratuar (səki) üzərində park edildiyi iddia olunur. Göstərilən ərazi qanunvericilik baxımından “tratuar” anlayışına uyğun deyildir. Borduyr elementinin olması ərazinin hüquqi statusunu avtomatik olaraq tratuar kimi müəyyən etmir. Ərazi yol nişanı və ya yol nişanlanması ilə tratuar kimi müəyyən edilməmişdir. Ərazidə piyada örtüyü mövcud olsa da, həmin sahə faktiki olaraq dayanacaq kimi istifadə olunur və rəsmi şəkildə tratuar statusu verilməmişdir. Piyadaların hərəkətinə real maneə yaradılmamışdır. Eyni ərazidə digər nəqliyyat vasitələri park edilmiş olduğu halda yalnız şikayətçinin barəsində inzibati qaydada tədbir görülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını, şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinə verilmiş şikayətin dəlilləri ilə eynilik təşkil edərək tərtib olunmuş və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə, saat 19:56:22-də "Renault Logan" minik markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması əsas gətirilərək barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş hadisəni əks etdirən fotoşəkillərdən görünür ki, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi səkidə saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə, saat 19:56:22-də "Renault Logan" minik markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini səkidə saxlamış və nəticədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında protokolla və əlavə edilmiş fotoşəkillərlə kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq IXM-nin 346.9-cu maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini səkidə saxlaması aşkar edilmiş və qanunun tələblərinə əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Işin faktiki hallarından məlum olur ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə, saat 19:56:22-də "Renault Logan" minik markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini səkidə saxlamış və nəticədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında tərtib olunmuş protokol IXM-nin 76-cı maddəsinə əsasən sübut qismində çıxış edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi və onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunun həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, xətanı törədən şəxsin təqsirini və ya işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, icraat aparılan şəxsin, zərərçəkmişin və şahidlərin izahatları ilə, şəxsin təqsirini təsdiq edən digər sənədlərlə, ekspertizanın rəyləri ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla, eləcə də mötəbər sənədlərlə müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.9-cu maddəsinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2025-ci il tarixli EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2807/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2807/2026
09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver