Məhkəmə qərarları › İş №3(3-6)-2811/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2811/2026

10.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2811/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2 iştirakı ilə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru qərardan şikayət verən orqan (şəxs)2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Idarəsinin ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı, eyni zamanda ## #### 2026-cı il tarixli göstərişi qanunsuz və əsassızdır. Belə ki, X3 ilə əmək müqaviləsinə qanunvericiliyin bütün tələblərinə əməl edilməklə xitam verilmiş və müvafiq sənədlər Xidmətin Bakı şəhər Idarəsinə təqdim edilmişdir. Onunla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## ###### 2021-ci il tarixdə, # ##### 2026-cı il tarixədək 4 il 7 ay 21 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin xitam tarixini elektron informasiya sistemində # ##### 2026-cı il tarix kimi göstərdiyimiz zaman müddət 4 il 7 ay 22 gün olur. Ola bilər ki, bu, hazırkı məqamda X3 münasibətdə hər hansı bir məna kəsb etməsin, lakin Əmək Məcəlləsinin 45.5-ci maddəsinin “Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir” tələbi nöqteyi-nəzərindən müəssisə üçün əhəmiyyət kəsb edir. Oxşar vəziyyətlə biz 2023-cü ildə rastlaşmış və bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etmişik. Həmin vaxt bizim barəmizdə hər hansı bir tədbir görülməmiş, bununla da inzibati orqan bu çatışmazlığı dolayısilə qəbul etmişdir (qeyd: cavab məktubu qoşmadadır) və biz də bu inzibati praktikaya uyğun olaraq bu sahədə fəaliyyətimizi təşkil etmişik. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1); inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur, yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər, yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2). X3 şikayəti onunla bağlanmış əmək müqaviləsinin düzgün ləğv olunması ilə bağlı deyil, onun daha yüngül işə keçirilməli olması ilə bağlıdır. Onun inzibati orqanın “xxxx” bir günlə bağlı hər hansı bir narazılığı yoxdur. Müəssisə tərəfindən onun hər hansı bir hüququ pozulmamışdır. Kağız daşıyıcıda (hansı ki, artıq buna ehtiyac yoxdur) verilən əmrdə işçinin son iş günü kimi # ##### 2026-cı il tarix göstərilmişdir. Amma müddətin hesablanması ilə bağlı əmək müqaviləsi elektron informasiya sistemində olan hesablama forması müəyyən problemlərə səbəb olduğundan onun son iş tarixi kimi ##.##.2026-cı il tarix sistemə daxil edilmişdir. Hesab edir ki, qeyd olunanlara əsasən bu məsələ ilə bağlı bizim barəmizdə inzibati tənbeh tətbiq edilməsi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi ilə uyğunluq təşkil etmir. Eyni zamanda inzibati cərimələrin tətbiqində əsas məqsəd şəxslərə maddi zərər yetirmək deyil, həm fərdi, həm də ictimai məsuliyyəti artırmaq, eləcə də qanunvericiliyin aliliyini təmin etməkdir. Hazırkı məqamda bizim hərəkətimiz qanunvericiliyi pozmağa deyil, ona və inzibati praktikaya uyğun davranmaqdır. Bütün bunlara baxmayaraq tərəfimizdən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## #### 2026-cı il tarixli əmrinə düzəliş edilərək X3 işdən çıxma tarixinin 0# ##### 2026-cı il kimi dəyişdirilməsi və bundan irəli gələn bütün proseduralar təmin ediləcəkdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi əmrin ləğv olunmasını tələb edir. Əmrə düzəliş etməklə də əmək qanunvericiliyinin tələbinin “pozuntusunu” aradan qaldırmaq mümkündür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş ## ### 2026-cı il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru qərardan şikayət verən orqan (şəxs)2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1.500 manat məbləğində şərti olaraq cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Xidmətin Bakı şəhər Idarəsi tərəfindən qərardan şikayət verən orqan (şəxs)2 barəsində tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilmisini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə inzibati orqanın qanunla onun səlahiyyətlərinə aid edilmiş hissədə inzibati tənbeh vermək haqqında qərar qəbul etmə səlahiyyətinə müdaxilə edə bilməz, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığını yoxlaya bilər. Hazırkı halda məhkəmənin mövqeyi həm qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin formalaşdırdığı yanaşmaya ziddir. Anlaşıldığı kimi, qərardan şikayət verən orqan (şəxs)2 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilməməsi nəticəsində işçi qanunsuz olaraq işdən azad edilmiş və onun əmək hüquqları pozulmuşdur. qərardan şikayət verən orqan (şəxs)2 əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru qərardan şikayət verən orqan (şəxs)2 apellyasiya şikayətinə etiraz verərək, şikayətin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, X3 ilə əmək münasibətlərinə xitam verilməsinin hüquqi əsası — müddətli əmək müqaviləsinin müddətinin qurtarması — qanuni olmuşdur: müqavilə tərəflərin qarşılıqlı razılığı ilə məhz 0# ##### 2026-cı il tarixinədək müddətə bağlanmış, işəgötürən münasibətlərin davam etdirilməyəcəyi barədə iradəsini müddətin bitməsinə xeyli əvvəl — ## #### 2026-cı il tarixdə — işçiyə şəxsən təqdim edilmiş yazılı bildirişlə ifadə etməklə müqavilənin Əmək Məcələsinin 73-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş qaydada uzadılmış hesab edilməsini istisna etmiş, işçi ilə son haqq-hesab aparılmışdır. X3 özü əmrdən narazı deyildir. Onun iş materiallarında müraciətləri vardır. O, işəbərpa olunmaq deyil, başqa daha yüngül işlə təmin olunmaq istəyir. O, əmrin ləğv olunması ilə bağlı hətta məhkəməyə də müraciət etməmişdir. Mübahisələndirilən qərarda da xitamın əsası şübhə altına alınmamış, vəzifəli şəxsə istinad edilən yeganə hal xitamın rəsmiləşdirilməsi zamanı tarix göstəricisində bir təqvim günü fərqinin — müqavilənin bitmə tarixi 0# ##### 2026-cı il olduğu halda xitam tarixinin ## #### 2026-cı il kimi göstərilməsinin — mövcudluğu olmuşdur. Həmin fərqin yaranma səbəbinə gəldikdə, iş materiaları ilə təsdiq olunur ki, bu, işçini müqavilə müddətindən əvvəl işdən azad etmək iradəsindən deyil, müqavilədə razılaşdırılmış müddətin (“0# ##### 2026-cı il tarixinədək 4 il 7 ay 21 gün”) təqvim ifadəsi ilə əmək müqaviləsi elektron informasiya sistemindəki hesablama formasının uzlaşmamasından irəli gəlmişdir: xitam tarixi sistemdə 0# ##### 2026-cı il göstərildikdə müqavilənin müddəti razılaşdırılmış 4 il 7 ay 21 gün əvəzinə 4 il 7 ay 22 gün təşkil edir ki, bu da Əmək Məcələsinin 45.5-ci maddəsinin (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) tətbiqi baxımından işəgötürən üçün hüquqi əhəmiyyət kəsb edir. Müəssisənin eyni məsələ ilə bağlı hələ 2023-cü ildə X4 Xidmətinə müraciət etməsi, Xidmətin isə ## ###### 2023-cü il tarixli cavabında hər hansı pozuntu müəyyən etməyərək tədbir görməməsi işəgötürənin formalaşmış inzibati praktikaya uyğun və vicdanla hərəkət etdiyini göstərir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur və inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Bir təqvim günü fərqinin işçinin əmək hüquqlarına real təsirinə gəldikdə, bu fərq nəticəsində işçinin əldə edə bilmədiyi yeganə ödəniş 0# ##### 2026-cı il tarixə düşən bir iş gününə görə əmək haqqı olmuş, həmin məbləğ də (29,45 manat) işçinin bank hesabına köçürülməklə tam ödənilmişdir. Müddətli əmək müqaviləsinin müddətinin qurtarması şəraitində əmək qanunvericiliyi işəgötürənin üzərinə əmək münasibətlərini davam etdirmək vəzifəsi qoymadığından, sözügedən fərq işçi üçün başqa hər hansı hüquqi nəticəyə səbəb olmamışdır. Inzibati xəta haqqında iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə işdə iştirak edən şəxslərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının surətindən görünür ki, ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru qərardan şikayət verən orqan (şəxs)2 vətəndaş X3 ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsinə görə Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən olunmuşdur. Iş materiallarında olan Xidmətin Bakı şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, 3-17-5/2 *****/**** saylı göstəriş məktubundan görünür ki, vətəndaş X3 əmək hüquqlarının pozulması barədə müraciəti üzrə aparılmış araşdırma zamanı onunla ## ###### 2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin bitmə tarixinin 0# ##### 2026-cı il olmasına baxmayaraq, müqaviləyə ## ###### 2026-cı il tarixdə xitam verildiyi müəyyən edilmiş, bununla əlaqədar tərtib edilmiş protokol və qəbul edilmiş qərar barədə məlumat verilməklə 30 (otuz) gün ərzində xitam barədə əmri ləğv edərək törədilmiş pozuntunun aradan qaldırılmasının təmin olunması və nəticəsi barədə Idarəyə məlumat verilməsi xahiş olunmuşdur. Iş materiallarında olan elektron sənəd formasında bağlanmış ## ###### 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X3 arasında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə 0# ##### 2026-cı il tarixinədək — 4 il 7 ay 21 gün müddətinə bağlanmış, işçi avtoyükləyici sürücüsü peşəsinə qəbul edilmişdir. Iş materiallarından görünür ki, əmək müqaviləsi üzrə münasibətlərin növbəti dövr üçün davam etdirilməyəcəyinə dair işəgötürənin ##.##.2026-cı il tarixli, **-*-*/*-S-**-*/**** saylı bildirişi ##.##.2026-cı il tarixdə işçiyə şəxsən təqdim edilmişdir. Iş materiallarında olan ## #### 2026-cı il tarixli, K-*-****-*** saylı əmrdən görünür ki, X3 ilə bağlanılmış əmək müqaviləsinə müddətinin qurtarması əsası ilə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydaya riayət edilməklə xitam verilmiş, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələrin sonuncu iş günü verilməsi, əmrin elektron informasiya sistemində yerləşdirilməsi tapşırılmışdır. Əmrin 1-ci bəndinin ilkin redaksiyasında xitam tarixi “## #### 2026-cı il” göstərilmiş, işçinin son iş tarixi əmək müqaviləsi elektron informasiya sistemində də ## #### 2026-cı il kimi əks etdirilmişdir. Iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## #### 2026-cı il tarixli, K-2-2026 *** saylı əmrindən görünür ki, Xidmətin Bakı şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, 3-17 */*-*****/**** saylı göstəriş məktubu rəhbər tutulmaqla ## #### 2026-cı il tarixli, K-2-2026 *** saylı əmrin 1-ci bəndində “## #### 2026-cı il” tarixi “0# ##### 2026-cı il” tarixi ilə əvəz edilmiş, X3 əlavə olaraq 1 (bir) iş günü üçün əmək haqqının hesablanaraq ödənilməsi, düzəlişin işçinin əmək kitabçasına və şəxsi işinə daxil edilməsi, habelə düzəlişin “əmək müqaviləsi elektron informasiya sistemi”ndə edilməsi üçün əmrin Xidmətin Bakı şəhər Idarəsinə göndərilməsi tapşırılmışdır. “X1” Açıq Səhmdar Cəmiyyətinin ## #### 2026-cı il tarixli ödəniş təsdiqindən görünür ki, həmin tarixdə X3 bank hesabına “aprel əmək haqqı” təyinatı ilə 29,45 manat məbləğində vəsait köçürülmüş və ödəniş icra edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xidmətin Bakı şəhər Idarəsinə ünvanladığı ## #### 2026 cı il tarixli, **-**/*-***/**** saylı məktubundan görünür ki, Idarənin ## #### 2026-cı il tarixli göstəriş məktubunun icra edildiyi bildirilmiş, K-*-****-*** saylı düzəliş əmri təqdim edilmiş və düzəlişin elektron informasiya sistemində əks etdirilməsi üçün müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. X3 məxsus əmək kitabçasındakı qeyddən görünür ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (müqavilə müddətinin bitməsi) 0# ##### 2026-cı il tarixdən xitam verilməsi barədə müvafiq qeyd aparılmışdır. Bundan başqa, iş materiallarında olan X4 Xidmətinin ## ###### 2023-cü il tarixli, *-**-*/*- *****/**** saylı məktubundan görünür ki, işəgötürənin müddətli əmək müqavilələri üzrə müddətlərin hesablanması qaydası ilə bağlı ## ######## 2023-cü il tarixli müraciətinə cavab olaraq Xidmət tərəfindən Əmək Məcəlləsinin 8, 45 və 73-cü maddələrinin məzmunu izah edilmiş, işəgötürənin fəaliyyətində hər hansı pozuntu müəyyən edilməmiş və barəsində hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Həmin maddənin 2-ci hissəsinə əsasən isə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, X3 ilə əmək münasibətlərinə xitam verilməsinin hüquqi əsası — müddətli əmək müqaviləsinin müddətinin qurtarması — qanuni olmuşdur: müqavilə tərəflərin qarşılıqlı razılığı ilə məhz 0# ##### 2026-cı il tarixinədək müddətə bağlanmış, işəgötürən münasibətlərin davam etdirilməyəcəyi barədə iradəsini müddətin bitməsinə xeyli əvvəl — ## #### 2026-cı il tarixdə — işçiyə şəxsən təqdim edilmiş yazılı bildirişlə ifadə etməklə müqavilənin Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş qaydada uzadılmış hesab edilməsini istisna etmiş, işçi ilə son haqqhesab aparılmışdır. Mübahisələndirilən qərarda da xitamın əsası şübhə altına alınmamış, vəzifəli şəxsə istinad edilən yeganə hal xitamın rəsmiləşdirilməsi zamanı tarix göstəricisində bir təqvim günü fərqinin — müqavilənin bitmə tarixi ##.##.2026-cı il olduğu halda xitam tarixinin ## #### 2026-cı il kimi göstərilməsinin — mövcudluğu olmuşdur. Məhkəmə qeyd etmişdir ki, həmin fərqin yaranma səbəbinə gəldikdə, iş materialları ilə təsdiq olunur ki, bu, işçini müqavilə müddətindən əvvəl işdən azad etmək iradəsindən deyil, müqavilədə razılaşdırılmış müddətin (“0# ##### 2026-cı il tarixinədək 4 il 7 ay 21 gün”) təqvim ifadəsi ilə əmək müqaviləsi elektron informasiya sistemindəki hesablama formasının uzlaşmamasından irəli gəlmişdir: xitam tarixi sistemdə 0# ##### 2026-cı il göstərildikdə müqavilənin müddəti razılaşdırılmış 4 il 7 ay 21 gün əvəzinə 4 il 7 ay 22 gün təşkil edir ki, bu da Əmək Məcəlləsinin 45.5-ci maddəsinin (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) tətbiqi baxımından işəgötürən üçün hüquqi əhəmiyyət kəsb edir. Işəgötürənin eyni məsələ ilə bağlı hələ 2023-cü ildə X4 Xidmətinə müraciət etməsi, Xidmətin isə ## ###### 2023-cü il tarixli cavabında hər hansı pozuntu müəyyən etməyərək tədbir görməməsi işəgötürənin formalaşmış inzibati praktikaya uyğun və vicdanla hərəkət etdiyini göstərir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13 cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur və inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Bir təqvim günü fərqinin işçinin əmək hüquqlarına real təsirinə gəldikdə, bu fərq nəticəsində işçinin əldə edə bilmədiyi yeganə ödəniş 0# ##### 2026-cı il tarixə düşən bir iş gününə görə əmək haqqı olmuş, həmin məbləğ də (29,45 manat) işçinin bank hesabına köçürülməklə tam ödənilmişdir. Müddətli əmək müqaviləsinin müddətinin qurtarması şəraitində əmək qanunvericiliyi işəgötürənin üzərinə əmək münasibətlərini davam etdirmək vəzifəsi qoymadığından, sözügedən fərq işçi üçün başqa hər hansı hüquqi nəticəyə səbəb olmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. Inzibati xəta əlamətləri formal cəhətdən mövcud olsa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Inzibati xəta əlamətlərinin formal mövcudluğu şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. Inzibati xəta əlamətləri formal cəhətdən mövcud olsa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk növbədə subyekti olmalı, təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların mövcudluğu toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür, bu yük protokolu tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilmədiyini sübut etməli deyildir və təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırkı işdə müəyyən edilmiş hallar — xitamın qanuni əsasla və işçiyə qabaqcadan yazılı bildiriş təqdim edilməklə həyata keçirilməsi, tarix göstəricisindəki bir günlük fərqin elektron informasiya sistemindəki hesablama formasından irəli gələn texniki səbəbdən yaranması, işəgötürənin bu məsələ ilə bağlı əvvəlcədən səlahiyyətli inzibati orqana müraciət edərək onun cavabına uyğun davranması, fərqin işçi üçün hər hansı mənfi hüquqi nəticə doğurmaması və dərhal aradan qaldırılması — vəzifəli şəxsin əməlində əmək qanunvericiliyinin tələblərini pozmaq qəsdinin, yaxud ehtiyatsızlığının mövcudluğunu təsdiq etmir. Belə olan halda hər hansı hüquqi nəticəyə səbəb olmayan texniki xarakterli qeyri dəqiqliyə görə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru qərardan şikayət verən orqan (şəxs)2 1.500 manat məbləğində şərti olaraq cərimə edilməsi ədalətli və qanunauyğun hesab edilə bilməz. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, hətta əməldə inzibati xəta əlamətlərinin formal mövcudluğu fərz edilsə belə, məhkəmə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi institutunun mahiyyətini və hazırkı işin hallarını nəzərə alır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6-cı və həmin maddədə sadalanan digər maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir; işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Iş materialları ilə təsdiq olunur ki, mübahisələndirilən qərarla müəyyən edilmiş 30 (otuz) günlük müddət başa çatanadək — ## #### 2026-cı il tarixdə — işəgötürən tərəfindən K-2 ****- *** saylı əmrlə xitam tarixi müqavilənin bitmə tarixinə (0# ##### 2026-cı il) uyğunlaşdırılmış, işçiyə həmin günə görə əmək haqqı ödənilmiş, düzəlişin əmək kitabçasında, işçinin şəxsi işində və elektron informasiya sistemində əks etdirilməsi üçün tədbirlər görülmüş və Inzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsinə uyğun olaraq bu barədə elə həmin tarixdə səlahiyyətli orqana yazılı məlumat verilmişdir. Bununla belə, iş materiallarında Xidmət tərəfindən Inzibati Xətalar Məcəlləsinin 116.4-cü maddəsində nəzərdə tutulmuş qaydada — məlumatın verildiyi gündən 5 iş günü müddətində — həmin məlumatın səhv olması barədə şəxsə yazılı bildiriş göndərilməsinə dair hər hansı sübut yoxdur. Xidmətin pozuntunun aradan qaldırılmasının yalnız xitam əmrinin bütövlükdə ləğvi formasında mümkün olması barədə mövqeyinə gəldikdə, məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarda vəzifəli şəxsə istinad edilən pozuntunun məzmununu məhz xitam tarixindəki bir günlük fərq təşkil etdiyindən, onun aradan qaldırılmasının pozuntunun xarakterinə və həcminə mütənasib üsulu həmin tarixin müqavilə şərtinə uyğunlaşdırılması və işçinin bununla bağlı ala bilmədiyi ödənişin verilməsidir ki, bu da tam icra edilmişdir. Müddəti qanuni qaydada qurtarmış əmək müqaviləsi üzrə xitam əmrinin bütövlükdə ləğv edilməsi — faktiki olaraq bitmiş əmək münasibətlərinin bərpası — tələbi isə müəyyən edilmiş pozuntunun həcmindən kənara çıxır və əmək qanunvericiliyində işəgötürənin üzərinə belə vəzifə qoyulmamışdır. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd olunan işin halları və sadalanan normalar əsasında hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə protokolda təqsirli bilindiyi Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, həmin maddə üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri müəyyən edilməmişdir və bu barədə sübutlar kifayət etmir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru qərardan şikayət verən orqan (şəxs)2 barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Bu səbəbdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim qərardan şikayət verən orqan (şəxs)2 tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin təsdiq olunmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar