Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2812/2026 04.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirli bilinib tənbeh edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı, ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Orxan Qocayev) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayətin dəlilləri qismində göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsi üzrə tələbkar X1 ilə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsində icra məmuru Gülzar Hüseynovanın otağında razılığa gəlmişlər hətta tələbkar X1 öz əl yazması ilə bağlı işə xitam verilməsini xahiş etdiyinə dair ərizəsi orada qeyd olunmuşdur və təqdim etdiyi apellyasiya şikayətinə əlavə edilir. O tələbkar X1 ilə razılaşdığına dair video diski belə təqdim edir. Videoda açıq aydın görsənir ki, X1 ona qarşı heç bir tələbi yoxdur. Bundan sonra da olmayacağını bildirmişdir. Buna rəğmən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Orxan Qocayev onu təqsirli bilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 500 (beş yüz) manat məbləğində cərimə etdi. O qarşı tərəflə razılığa gəlmişdirsə bunu icra məmuru və tələbkar belə dilə gətirməli idi. O bunu məhkəmə zalında dilə gətirsə də hakim onun dediklərinə məhəl qoymadı hətta tələbkar hakim müşavirəyə gedərkən orada onların razılığa gəldiklərini bildirsə də hakim ona belə məhəl qoymadı. Onda məhkəmənin ədalətinə güvənərək məcburiyyət qarşısında qalıb Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Lakin, yuxarıda qeyd olunan protokolda heç bir göstərici qeyd edilməmişdir. Bunların heç biri protokolda öz əksini tapmamışdır. Protokolda qanunvericilikdə nəzərdə tutulmuş tələblər pozulduğundan həmin protokolun heç bir hüquqi qüvvəsi ola bilməz. Həmçinin, məhkəmə kollegiyasından protokolun tərtib edilmə saatına diqqət yetirilməsini xahiş edir. Buradan da görünür ki, hakim tərəfindən iş ümumiyyətlə araşdırılmamışdır. Protokolu təsdiq edib, cərimə yazmışdır. Məhkəmə məgər, notariusdurmu?! Hazırki iş üzrə heç bir araşdırma aparılmamışdır. Qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İşin faktiki hallarından, habelə iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, şəxsə istinad edilmiş maddə üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin məzmununa uyğun çıxış edərək, icra vərəqəsində qeyd olunan tələbin yerinə yetirildiyindən, barışıq əldə olunduğundan və icra məmuru tərəfindən icra sənədinə xitam verildiyindən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi aşağıdakı əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsinə əsasən X1 övladları ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, X3 2-ci sahə fərdi yaşayış evinə köçürülməlidir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən ##.##.2024-cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008) ****/**** saylı, ##.##.2023-cü il tarixli icra vərəqəsinə əsasən X1 övladları ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, X3 2-ci sahə fərdi yaşayış evinə köçürülməlidir, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində göstərilən tələbi icra etmir. Apellyasiya məhkəməsinə təqdim olunmuş tələbkar X1 ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, o, icra tələbinin tam şəkildə tələb olunduğunu, onun borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər hansı bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. İş materiallarına əlavə edilmiş icra məmurunun “İcraata xitam verilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008) ****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Göründüyü kimi məhkəmə qərarının qəbul edildiyi ##.##.2026-cı il tarixdə Nigar Kazımova icra tələbinin tam icra olunduğu barədə ərizə vermiş və borclu ilə barışmışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstətmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədində göstərilən tələbləri bu gün icra edilməsinə dair razılığa gəlsələr də o, bu günə qədər icra vərəqəsini icra etmir. Məhkəmə qeyd edir ki, icra tələbi fərdi yaşayış evinə köçürülmə ilə bağlı olduğundan və məhkəmənin qərarı ilə eyni tarixdə tələbkar iddia tələbinin yerinə yetirilməsi ilə bağlı ərizə verdiyindən, həmçinin birinci instansiya məhkəməsində tələbkarın artıq razılığa gəlmələri ilə bağlı tələbkar konkret və birmənalı fikir bildirdiyindən, bu hallar borclunun niyyətinin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə deyil, əksinə bilavasitə icra sənədinin icrasına və tələbkarın tələbinin yerinə yetirilməsinə yönəldiyinin təzahürüdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin olması, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin olması öz təsdiqini tapmamışdır. Çünki tərəflərin məhkəmənin qərar qəbul olunduğu gün artıq razılaşmalarının mövcud olması və tələbin nəticə etibarı ilə eyni gündə yerinə yetirilməsi də onu təsdiq edir ki, tərəflər arasında razılaşma mövcud olmuş, lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən eyni Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda sadalanan qanunvericiliyin tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halının mövcudluğu müəyyən olunmadığından, verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, MN seriyalı, ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. MN seriyalı, ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2812/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2812/2026
04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver