Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2815/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə səlahiyyətli orqanın ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş, həmçinin vəsatətlə müraciət edib, həmin şikayəti verməsi ilə əlaqədar ötürdüyü qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) verdiyi vəsatət geri qaytarılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardaddan şikayət verib, onun ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, tək yaşayır, övladları ilə münasibətləri uzun müddətdir kəsilmiş, onlar heç bir köməklik göstərmirlər. Onun nə hüquqi təhsili, nə də elektron kabinet, mobil tətbiqlər və digər rəqəmsal xidmətlərdən istifadə bacarığı vardır. Ona göndərilən SMS bildirişləri və elektron kabinetdə yerləşdirilmiş sənədlər onun üçün nə anlaşılan, nə də faktiki əlçatan olmuşdur. Barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli elektron qərardan xəbəri yalnız sürücülük vəsiqəsinin müddətini uzatmaq üçün Asan xidmət mərkəzinə müraciət etdiyi zaman olmuşdur. Həmin müraciət zamanı ona bildirilmişdir ki, sürücülük hüququ il ərzində toplanmış balların həddi keçməsi səbəbindən məhdudlaşdırılıb. Bu xəbəri aldığı andan heç bir gecikdirmə etmədən, məsuliyyətli vətəndaş kimi sürücülük vəsiqəsini elə həmin gün müvafiq səlahiyyətli orqana təhvil vermişdir. Bundan başqa, uzun müddətdir sağlamlıq problemləri var və bu barədə məhkəməyə ##.##.2026-cı il tarixli ambulator kitabçadan çıxarış təqdim etmişdir. Məhkəmə bu sənədi yalnız inzibati xətadan təxminən iki ay sonra tərtib edildiyi əsası ilə üzürlü səbəbin təsdiqi kimi qəbul etməmişdir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) verdiyi izahatında apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, məhkəməyə bunun üzrlü səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXM-in 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-in: - 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. - 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində səlahiyyətli orqanın qəbul etdiyi ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verdiyinə, bununla əlaqədar ötürdüyü prosessual müddəti ötürməsinin üzrlü səbəbi barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyinə görə iş üzrə birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixdə qəbul etdiyi qərardadla bərpa edilməmişdir. Nəticədə, şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinn gəldiyi nəticə qanuni və əsaslıdır. Buna görə də, Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərardadından verdiyi şikayəti tamamilə əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 133 və 134.1.1ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2815/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2815/2026
09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver