Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2816/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, Məhkəmə iclas katibi X2, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) vəsatətinin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini, eyni zamanda şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadına əsasən Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Binəqədi rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli müddətin bərpasından imtina edilməsi barədə qərardadın ləğv edilməsi və buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə vasitəsilə müdafiəsinə təminat verilir və bu hüquq heç bir əsasla məhdudlaşdırıla bilməz. Birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpasından imtina etməklə, mahiyyət etibarilə onu inzibati tənbeh haqqında qərardan şikayət vermək hüququndan tamamilə məhrum etmişdir. Məhkəməyə müraciət hüququnun səmərəli təmin edilməsi yalnız formal prosedur qaydalarına əməl olunmasını deyil, bu qaydaların konkret şəxsin real imkanlarına uyğun tətbiq edilməsini tələb edir. Yaşlı, tənha və hüquqi cəhətdən savadsız bir şəxsin formal elektron bildiriş sisteminin “işləməsinə” əsaslanaraq məhkəməyə müraciət hüququndan məhrum edilməsi, konstitusion təminatın substantiv məzmununu boşaltmaqdır. Birinci instansiya məhkəməsi 130.2-ci maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışını həddindən artıq dar və formal şəkildə şərh etmişdir. Məhkəmə üzrlü səbəbi yalnız “xəstəlik, təbii hadisələr, ağır ailə hadisəsi” kimi klassik nümunələrlə məhdudlaşdıraraq, onun konkret vəziyyətini — yaşlı, tək yaşayan, hüquqi savadı olmayan və rəqəmsal xidmətlərdən istifadə bacarığı olmayan bir şəxs olduğunu — bu anlayışın əhatə dairəsindən kənarda saymışdır. Qanunun məqsədi formal notifikasiyanın baş verməsini deyil, şəxsin öz hüququndan real və effektiv şəkildə istifadə edə bilməsini təmin etməkdir. Onun vəziyyətində elektron kabinetə və SMS-ə əsaslanan bildiriş üsulu onun üçün faktiki əlçatan olmadığından, bu, obyektiv, onun iradəsindən asılı olmayan səbəb kimi qiymətləndirilməli idi. Məhkəmə isə yalnız formal bildirişin baş verib-verməməsini araşdırmış, onun bu bildirişi faktiki qavraya bilibbilməməyini tədqiq etməmişdir ki, bu da 130.2-ci maddənin mahiyyətinə zidd tətbiqidir. Xəbərdar olduğu an (Asan xidmətə müraciət etdiyi gün) ilə şikayətin verildiyi tarix arasında ağlabatan müddət keçmişdir və bu müddət ərzində o, dərhal hərəkətə keçərək sürücülük vəsiqəsini təhvil vermiş — bu fakt onun məsuliyyətli davranışını və üzrlü səbəbin mövcudluğunu təsdiqləyir. Qərardadın 6-cı bəndində məhkəmə şikayət vermə müddətini “20 gün” kimi göstərdiyi halda, qərardadın 9-cu bəndində eyni məsələyə dair 130.1-ci maddəyə istinadən “on gün” müddətindən bəhs edilmişdir. Bu ziddiyyət, ona tətbiq olunan konkret müddətin nə olduğunu qərardadın özündən belə aydın etmir. Hüquqi müəyyənlik prinsipinə əsasən, tətbiq olunan müddətlə bağlı yaranan hər hansı qeyri-müəyyənlik və ziddiyyət inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin, yəni onun xeyrinə şərh olunmalı idi. Məhkəmə isə əksinə, bu ziddiyyəti aradan qaldırmadan, onun əleyhinə nəticə çıxarmışdır. Məhkəmə onun yaşını, tənha yaşamağı, övladları ilə əlaqəsinin kəsilməsi, hüquqi savadsızlığı və elektron xidmətlərdən istifadə bacarığının olmaması kimi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən halları heç araşdırmamış, bu barədə heç bir sual verməmiş, sadəcə formal sənəd dövriyyəsinə (elektron kabinet, SMS bildirişi) istinad etməklə kifayətlənmişdir. Hərtərəfli və obyektiv araşdırma prinsipi məhkəmədən yalnız qanunla nəzərdə tutulmuş bildiriş mexanizminin formal işləməsini deyil, konkret şəxsin bu mexanizmdən real istifadə imkanının olub-olmadığını da tədqiq etməyi tələb edirdi. Bu araşdırmanın aparılmaması nəticəsində məhkəmə natamam faktiki əsaslar üzərində qərar qəbul etmişdir. Məhkəmə bu maddələrdə nəzərdə tutulmuş elektron kabinet və SMS bildiriş mexanizmini sırf formal baxımdan “baş vermiş fakt” kimi qiymətləndirmiş, lakin bu bildirişin onun tərəfindən faktiki qəbul edilib edilmədiyini, onun mobil telefonundan və elektron kabinetdən real istifadə imkanının olub-olmadığını sübut predmetinə daxil etməmişdir. Bildirişin “göndərilməsi” ilə şəxsin bu bildirişdən “faktik xəbərdar olması” fərqli hüquqi kateqoriyalardır və məhkəmə bu fərqi araşdırmadan nəticə çıxarmışdır. Onun yaşı, tək yaşamağı və övladları ilə əlaqəsinin kəsilməsi məhkəmə tərəfindən heç aydınlaşdırılmamışdır. Bu hal onun gündəlik həyatda hər hansı rəsmi bildirişi izləmək və ona vaxtında reaksiya vermək imkanının real səviyyəsini müəyyən etmək üçün həlledici əhəmiyyət daşıyırdı. Onun elektron kabinet və mobil tətbiqlərdən istifadə bacarığının olubolmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Bu, şikayət vermə müddətinin nə vaxtdan hesablanmalı olduğunu — formal bildiriş tarixindənmi, yoxsa faktiki xəbərdar olduğu tarixdənmi — müəyyən etmək üçün mühüm hal idi. Sürücülük vəsiqəsini Asan xidmətə müraciətindən dərhal sonra təhvil verdiyi konkret tarix və bu barədə tərtib edilmiş sənəd məhkəmə tərəfindən araşdırılmamış, halbuki bu fakt onun niyyətinin məsuliyyətdən yayınmaq deyil, əksinə, xəbərdar olduğum kimi dərhal qanunla tələb olunan tədbirləri görmək olduğunu təsdiq edirdi. Sağlamlıq vəziyyətinin nə vaxtdan başladığı və davamlılığı məhkəmə tərəfindən aydınlaşdırılmamış, yalnız təqdim etdiyi arayışın tarixinə formal yanaşılmışdır. Məhkəmənin “məhkəmə iclas zalında təqdim etdiyi əsasların inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığı” qənaəti heç bir konkret sübutla təsdiqlənməmişdir. Əksinə, sürücülük vəsiqəsini xəbər tutduğu kimi dərhal təhvil verməyi, bu qənaətin əksini göstərən obyektiv sübutdur. Onun elektron kabinetdəki bildirişdən faktiki xəbərdar olduğu iddiası yalnız bildirişin sistemə yerləşdirilməsi faktına əsaslanmış, lakin bunun onun tərəfindən real oxunduğuna, anlaşıldığına və ya açıldığına dair heç bir sübut (məsələn, elektron kabinetə giriş tarixçəsi) məhkəməyə təqdim edilməmişdir. Ambulator kitabçadan çıxarışın “əsaslı hesab edəcək üzürlü səbəb ola bilməyəcəyi” qənaəti isə yalnız sənədin tərtib tarixinə əsaslanmış, sağlamlıq vəziyyətinin davamlı xarakterini təkzib edən heç bir sübut məhkəmə tərəfindən təqdim edilməmişdir. Məhkəmə bir tərəfdən özü qeyd etmişdir ki, o, xəbər tutduğu kimi sürücülük vəsiqəsini dərhal təhvil vermiş, digər tərəfdən isə bu faktı nəzərə almadan, onun hərəkətlərini məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirmişdir. Bu iki nəticə bir-birini istisna edir: əgər məqsədi məsuliyyətdən yayınmaq olsaydı, o, sürücülük vəsiqəsini təhvil verməz, əksinə, sükut edərdi. Sənədi dərhal təhvil verməyi isə tam əksinə — hüquqi nəticələri qəbul etməyə hazır olan məsuliyyətli vətəndaş davranışının göstəricisidir. Bundan başqa, məhkəmə onun və oğlunun ifadələrindəki uyğunsuzluqları (avtomobili kimin idarə etdiyi barədə) şikayət vermə müddətinin buraxılmasındakı üzrlü səbəbin əleyhinə dəlil kimi istifadə etmişdir, halbuki bu uyğunsuzluqlar mübahisənin substantiv predmetinə (kim tərəfindən idarə edildiyinə) aid olub, ümumiyyətlə şikayət vermə müddətinin buraxılması ilə bağlı üzrlü səbəbin mövcudluğuna heç bir aidiyyəti yoxdur. Bu iki fərqli məsələnin qarışdırılması nəticəsində məhkəmə işin hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir. Yuxarıda göstərilən əsaslara istinadən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadının tam olaraq ləğv edilməsini və Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətinin təmin edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Işin materiallarını araşdırıb, proses iştirakçıların çıxışını dinləyib, aşağıda qeyd olunan əsaslara görə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ləğv olunmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərardadında qeyd etmişdir ki, ərizəçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məhkəməyə bir sıra inzibati tənbeh tətbiq etmə ilə bağlı DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş elektron qərarlardan şikayətlər verilmiş, hər bir şikayət üzrə ötürülmüş müddətin üzürlü hesab edilməsi barədə də vəsatət əlavə edilmişdir. Ərizəçinin şikayəti 2026-cı ilin aprel ayında barəsində tərtib edilmiş bir sıra elektron qərarların ləğvi ilə bağlı olmuş, 3 (5-93)- ****/**** saylı inzibati iş üzrə 20.07.26 və 27.07.26-cı il tarixində məhkəmə iclas zalında iştirak edərkən ərizəçi məhkəməyə təqdim etdiyi şikayət ərizələri üzrə eyni əsasla sənəd və sübutları təqdim etdiyini, qeyd edilən sənədlərin və çıxışların bütün şikayət ərizələrinə əlavə edilməsini xahiş edərək bildirmişdir ki, ona məxsus olan maşınını özü yox oğlu sürmüşdür. Barəsində tərtib edilən cərimələri əvvəlcə görmədiyini bildirsə də, daha sonra bildirmişdir ki, cərimələrdən xəbərdar olmuş, lakin başı sağlamlığına qarışmış, belə ki, 2-ci qrup əlildir və səhhətində yaranan daimi problemlərlə bağlı uzun müddət müalicə olduğundan şikayət ərizəsi verməkdə müddəti üzrlü səbəbdən ötürmüşdür. Məhkəmə ərizəçidən qeyd edilən üzrlü səbəblərə dair təsdiqedici sənəd və sübutlar tələb etmiş, sonuncu məhkəməyə ##.##.2026-cı il tarixində həkim müayinəsində olmasına dair ambulator kitabçadan çıxarış təqdim etmişdir. Hansı ki, həmin çıxarış inzibati xətadan 2 ay sonra tərtib edilmiş və qeyd edilənləri əsaslı hesab edəcək üzürlü səbəb hesab edilə bilməz. Bundan başqa ərizəçi əlil olmasına dair məhkəməyə vəsiqə təqdim etmiş, lakin elektron məhkəmə informasiya sistemi üzərindən əldə edilmiş məlumat əsasında müəyyən edlmişdir ki, sonuncunun hər hansı bir əlilliyi mövcud deyildir. Ərizəçiyə qeyd edilən ziddiyyətli halla bağlı sual verilmiş, vətəndaş Qərardan şikayət verən orqan (şəxs) bu zaman əlilliyinin olmamasını, ləğv edildiyini səmimi etiraf etmişdir. Bundan başqa vətəndaş növbəti iclasda oğlu ilə birgə iştirak edəcəyini, özünün yaşlı olduğundan bu işlərdən başının çıxmadığını, təkidlə həmin maşını idarə etmədiyini bildirmiş, məhkəmənin növbəti iclasında sonuncunun oğlu X1 şahid kimi dindirilərkən bildirmişdir ki, maşını həm atası, həm də özü idarə etmişdir. Bundan sonra Qərardan şikayət verən orqan (şəxs) da maşını müştərək idarə etdiklərini etiraf etmişdir. Onu da qeyd etmək lazımdır ki, vətəndaş Qərardan şikayət verən orqan (şəxs) sürücülük hüququ il ərzində topladığı balların 20 balı keçməsi səbəbi ilə məhdudlaşdırılmışdır. Sonuncunun oğlu X1 cərimələr yazılan vaxt konkret maşını kimin idarəetməsindən xəbərsiz olduğunu, özünün maşını idarə edərkən inzibati xətalar törətdiyini, lakin cərimə məbləğinin yüksək olması əsası ilə məhkəməyə müraciət etdiklərini bildirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Balasər oğlu, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 20 gün müddət keçdikdən sonra məhkəməyə şikayət vermiş və bu müddəti heç bir üzrlü səbəb olmadan ötürmüş, məhkəmədə verdiyi ifadələr əldə edilmiş sənədlərlə, özünün və oğlunun etirafedici ifadələri ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) Balasər oğlunun barəsində Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan elektron kabineti vasitəsilə məlumatının olmasını və qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmək hüququnun izah edilməsinə baxmayaraq, prosessual müddəti ötürməklə şikayət verməsini, eləcə də sözügedən qərardan şikayət vermə müddətini üzrsüz səbəbdən ötürməsini nəzərə alaraq, verilmiş vəsatətin təmin edilməməsi qənaətinə gəlmiş, sonuncunun məhkəmə iclas zalında təqdim etdiyi əsasların isə inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığı qənaətinə gəlmişdir. Məhkəmə bildirmək istəyir ki, qanunvericiliklə tənzimlənən müddətlər məhkəmə tərəfindən işlərə baxılmasında prosessaul qənaət prinsipinə əsaslanmaqla, eyni zamanda insanlar arasında məsuliyyət hissinin formalaşmasına da xidmət edir. Bundan başqa məhkəmə onu da bildirmək istəyir ki, vətəndaşların öz pozulmuş hüquqları ilə bağlı məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyası ilə tanınan əsas insan və vətəndaş hüquqlarından biri olmaqla, hər hansı bir inzibati orqana eyni məzmunlu şikayət verməsi və həmin şikayətə baxılması nəticəsindən asılı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) Balasər oğlunun Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatət təmin edilməməli, buraxılmış prosessual müddət bərpa edilməməlidir. Apellyasiya instansiya məhkəməsi həmin mövqe ilə razılaşmayaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) əlilliyi olan, yaşlı, tək yaşayan, hüquqi savadı olmayan və rəqəmsal xidmətlərdən istifadə bacarığı olmayan bir şəxsdir. Məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ləğv edilməli, Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Qeyd olunanlara və Azərbaycan Republikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsi rəhbər tutularaq QƏRARA ALDIM: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) vəsatətinin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilərək buraxılmış müddət bərpa edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2816/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2816/2026
09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver