Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2819/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## #### 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Xəzər Rayon Icra Şöbəsinin icra məmuru Hüseynova Şəfəq Islam qızı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı icra sənədlərinin icrası ilə bağlı borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə bərəsində təqsirli bilinərək məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə tərəfindən müəyyən edilmiş və indeksasiya edilmiş 1136 manat aylıq aliment əvəzinə qəsdən hər ay yalnız 600 manat ödəyir. Beləliklə, hər ay 1136 manat-600 manat = 536 manat məbləğində aliment ödənilmir. Hazırda aliment üzrə yaranmış borc 22.988 manatdır. Bu halın özü borclunun məhkəmə qərarını tam və vaxtında icra etmədiyini açıq şəkildə göstərir. Məhkəmə isə yalnız borclunun hər ay 600 manat ödəniş etməsini əsas götürərək onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi hallarını istisna etmişdir. Halbuki əsas məsələ borclunun ümumiyyətlə hər hansı məbləğ ödəyib-ödəməməsi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarında nəzərdə tutulmuş aliment öhdəliyini tam icra edib-etməməsidir. 600 manat ödənilməsi 1136 manatlıq icra sənədinin tam icrası hesab edilə bilməz. Birinci instansiya məhkəməsi borclunun hər ay 600 manat ödəməsini əsas götürərək inzibati xəta tərkibinin olmadığını qəbul etmişdir. Lakin bu yanaşma ilə razılaşmaq mümkün deyil. Çünki borclunun ödədiyi 600 manat məbləğ məhkəmə tərəfindən müəyyən edilmiş aliment öhdəliyindən 536 manat azdır. Başqa sözlə, borclu məhkəmə qərarının tələblərini tam yerinə yetirmir. Məhkəmə qərarının qismən icra olunması avtomatik olaraq həmin qərarın icra edilməsi və inzibati məsuliyyətin istisna olunması nəticəsini doğurmur. Əks halda borclunun məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğin istənilən hissəsini ödəməsi kifayət edər və məhkəmə qərarının qalan hissəsinin icra edilməməsinə görə heç bir hüquqi məsuliyyət yaranmazdı. Bu isə məhkəmə aktlarının məcburiliyi prinsipinə zidd olardı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait məhkəmə qaydasında tutulur. Bu norma valideynin uşağın saxlanılmasında iştirakını sadəcə mənəvi vəzifə deyil, qanuni və icrası məcburi öhdəlik kimi müəyyən edir. Hazırda o, dörd azyaşlı uşağı faktiki olaraq təkbaşına böyüdür və onların gündəlik qida, geyim, təhsil, məktəb ləvazimatları, tibbi və digər zəruri xərclərini qarşılamaq məcburiyyətindədir. Yeni tədris ili başlanmaq üzrədir. Uşaqların geyim, ayaqqabı, məktəb ləvazimatları və digər zəruri ehtiyaclarını vaxtında təmin etməkdə çətinlik çəkir. Borclunun aliment öhdəliyini qəsdən tam icra etməməsi birbaşa olaraq uşaqların gündəlik həyat şəraitinə və normal inkişafına mənfi təsir göstərir. Bu səbəbdən məsələyə yalnız “borclu 600 manat ödəyir” prizmasından yanaşmaq düzgün deyil. Məhkəmə uşaqların real ehtiyaclarını, ailənin maddi vəziyyətini və aliment öhdəliyinin məqsədini də nəzərə almalı idi. Azərbaycan Respublikasında 2026-cı il üçün uşaqlar üzrə yaşayış minimumu 260 manat müəyyən edilmişdir və bu məbləğ # ###### 2026-cı ildən qüvvədədir. Dörd uşaq üzrə bu göstərici 260 manat x 4 uşaq = 1040 manat təşkil edir. Hazırkı məhkəmə qərarı və indeksasiya əsasında müəyyən edilmiş aylıq aliment isə 1136 manatdır. Buna baxmayaraq, borclu faktiki olaraq yalnız 600 manat ödəməklə dörd uşağın saxlanılması üçün müəyyən edilmiş məbləğin əhəmiyyətli hissəsini ödəmir. Xüsusilə qeyd edir ki, 260 manat məbləğini ayrıca alimentin qanuni minimumu kimi deyil, 2026-cı il üçün uşaqlar üzrə dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumu göstəricisi kimi qeyd edir. Əsas öhdəlik isə qüvvədə olan məhkəmə aktı və onun indeksasiyası ilə müəyyən edilmiş 1136 manatlıq alimentdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aylıq qazancının 800-900 manat olduğunu və buna görə artıq ödəniş edə bilmədiyini bildirmişdir. Lakin borclunun yalnız şifahi izahatı onun məhkəmə qərarını icra etməməsinə üzrlü səbəb kimi qəbul edilə bilməz. Əgər borclunun maddi vəziyyəti həqiqətən dəyişmişdirsə və müəyyən edilmiş aliment məbləğini ödəmək imkanına malik deyilsə, bunun hüquqi yolu aliment öhdəliyinin özbaşına azaldılması deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməkdir. Lakin belə bir məhkəmə aktı mövcud olduğu halda borclu özbaşına 1136 manatlıq öhdəliyi 600 manata endirə bilməz. Hazırda isə təqdim edilmiş iş materiallarından borclunun 1136 manatlıq aliment öhdəliyinin 600 manata endirilməsi barədə qanuni qüvvəyə minmiş hər hansı məhkəmə aktının mövcudluğu görünmür. Əksinə, iş materiallarında indeksasiya edilmiş aliment məbləği və yaranmış borc təsdiq olunur. Hazırda aliment borcunun 22.988 manat təşkil etməsi təsadüfi və birdəfəlik gecikmə deyil. Bu məbləğ borclunun aliment öhdəliyini uzun müddət ərzində tam yerinə yetirməməsinin nəticəsidir. Məhkəmə isə borclunun yalnız aylıq 600 manat ödəniş etməsini əsas götürərək onun icra sənədini üzrsüz səbəbdən icra etmədiyi qənaətinə gəlməmişdir. Halbuki, icra sənədi qüvvədədir, aliment məbləği müəyyən edilmişdir, aliment məbləği indeksasiya edilmişdir, borclu 1136 manat əvəzinə 600 manat ödəyir, hər ay 536 manat çatışmazlıq yaranır, ümumi borc 22.988 manatdır, borcluya icra sənədinin könüllü icrasıbarədə xəbərdarlıq edilmişdir və buna baxmayaraq borc tam ödənilməmişdir. Bu hallar birlikdə qiymətləndirilməli idi. Hazırkı işdə məhkəmə 1136 manatlıq aylıq aliment öhdəliyinin mövcudluğunu, borclunun faktiki olaraq yalnız 600 manat ödəməsini, hər ay 536 manat çatışmazlıq yaranmasını, 22.988 manat borcun mövcudluğunu, icra məmurunun borcluya xəbərdarlıq etməsini və borclunun icra sənədini tam icra etməməsini bir-biri ilə əlaqəli şəkildə qiymətləndirməmişdir. Bunun əvəzinə yalnız “600 manat ödəniş edilir” faktına istinad etməklə inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlmişdir. Bu nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Bakı şəhəri Xəzər Rayon Icra Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı icra vərəqəsinə əsasən ## #### 2011-ci ildə anadan olmuş X2, ## #### 2014-cü ildə anadan olmuş X3, ## ####### 2015-ci ildə anadan olmuş X4 və ## ######## 2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün 140 manat cəmi 560 manat miqdarda aliment tutulsun. Iş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Iş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadından görünür ki, ## #### 2011-ci ildə anadan olmuş X2, ## #### 2014-cü ildə anadan olmuş X3, ## ####### 2015-ci ildə anadan olmuş X4 və ## ######## 2018-ci ildə anadan olmuş X1 üçün Xəzər Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə tutulan aliment məbləği hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.71 misli olmaqla, cəmi 2.84 misli həddində, sabit pul məbləğində, ##.##.2025-ci il tarixdən başlanılaraq tutulması qərara alınmışdır. Ödəniş qəbzlərinin surətindən aydın olur ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən aylıq 600 manat miqdarında ödənişlər həyata keçirilmişdir. Icra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanununun 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: -63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; -63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; -63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən iIcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarı ilə hesab etmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. O, hər ay 600 manat ödəniş edir. Bu halda isə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunur. Bu səbəbdən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində icra sənədini üzürsüz səbəbdən icra etməmə halında inzibati xəta tərkibinin olması müəyyən olunmur. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pulu ödəməkdən qərəzli olaraq yayınmır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay mütəmadi olaraq 600 manat ödəniş edir. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına əməldə inzibati xəta tərkibi olmadığından xitam vermişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2819/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2819/2026
09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver