Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2820/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər Xətai rayon X1 Şöbəsi tərəfindən qəbul edilən ## #### 2026-cı il tarixli, nömrəsiz inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətin qismən təmin edilməsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : Təqdim olunmuş materiallardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) onun barəsində olan Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Xətai rayon X1 Şöbəsinin qəbul etdiyi ## #### 2026-cı il tarixli, nömrəsiz inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə saat 10 radələrində Xəqani Rüstəmov küçəsində hərəkətdə olarkən svetoforun qırmızı işığında gözləyib yaşıl işığında keçdikdən sonra təxmini 1 km aralıda saxlamış ** YP *** qeydiyyat nişanlı DYP avtomobilinə çatanda DYP əməkdaşı saxla işarəsi verərək avtomobili kənara çəkməyini bildirmiş, həmin vaxt o, avtomobili kənara çəkib saxlamışdır. Bundan sonra DYP əməkdaşı ona yaxınlaşaraq rəhbərlik tərəfindən göstəriş olduğunu, svetoforun qırmızı işığında hərəkət etdiyini, avtomobilin cərimə meydançasına aparılacağını bidirmişdir. Onu orada 30 dəqiqədən çox qanunsuz saxladıqdan sonra “get, kameraya baxıb qırmızı işıqda keçmiş olsan, sənə protokol tərtib edəcəyik” deyə bildirmişlər. Həmin vaxt o, DYP əməkdaşlarına svetoforu göstərib etiraz edərək bildirmişdir ki, özləri də gördükləri kimi, o, qırmızı işıqda saxlamış, yaşıl işıq yananda hərəkət etmişdir. O, qırmızı işıqda keçmiş olsaydı, 1-ci növbədə orada radar və kamera sistemi bunu avtomatik qeydə alardı və cərimə ilə bərabər elektron kabnetinə göndərilərdi. Elektron kabinetlərinə də nəzər yetiriləndə görünür ki, kabinetə heç bir foto şəkil və ya digər hər hansısa bir sübut vasitəsi yerləşdirilməmişdir.O, svetoforun qırmızı işığında hərəkət etmədiyi halda DYP əməkdaşı onu qanunsuz lXM-nin 327.2-ci maddəsi əsasında 100 manat cərimə protokolu tərtib edərək ##.##.2026-d il tarixdə qərar qəbul etmişdir. Bundan sonra polisin qərarından Nizami Rayon Məhkəməsinə şikayətlə müraciət edilmişdir. Nizami rayon məhkəməsnin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarına əsasən şikayət qismən təmin edilərək iş yenidən baxılması üçün Xətai Rayon DYP şöbəsinə göndərilmişdir. Xətai RPI DYPŞ heç bir araşdırma aparmadan və sübut təqdim etmədən ##.##.2026-cı il tarixli qərari ilə yenidən onu təqsirli bilərək 100 manat miqdarından cərimə etmişdir. Yuxarıda qeyd etdiyi kimi qərar tam əsassızdır və ləğv edilməlidir. Qanunsuz cəriməni ödəməyə məcbur deyil. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsi barədə Bakı Şəhər Xətai RPI X1 Şöbəsi tərəfindən tərtib edilmiş IXP******* nömrəli, ##.##.2026-cı il tarixli protokolun, onun əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə şikayətin qismən təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər Xətai rayon X1 Şöbəsi tərəfindən qəbul edilən ## #### 2026-cı il tarixli, nömrəsiz inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər Xətai rayon X1 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi, inzibati məsuliyyətə cəlb edilməsi barədə Bakı Şəhər Xətai RPI X1 Şöbəsi tərəfindən tərtib edilmiş IXP******* nömrəli, ##.##.2026-cı il tarixli protokolun, onun əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, artıq bir dəfə Nizami rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Xətai Rayon DYP şöbəsinə göndərilmişdir. Lakin yenidən, heç bir sübut olmadan və araşdırılma aparılmadan o cərimə edilmişdir. Həmin qərardan yenidən Nizami Rayon Məhkəməsinə müraciət etmiş və təəssüf ki, DYP tərəfindən bu müddət ərzində heç bir sübut təqdim edilməsə də Məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməmiş və ikinci dəfə iş yenidən baxılması üçün Xətai Rayon DYP şöbəsinə göndərilmişdir. Bu isə vətəndaşın süründürməçiliyə məruz qalması deməkdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Xətai RPI X1 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Xətai RPI X1 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib, belə hesab edir ki, aşağıda göstərilən əsaslara görə, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri X1 Idarəsinin ## #### 2026-cı il tarixli, Nömrəsiz inzibati xəta haqqında iş üzrə qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat miqdarında cərimə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) IXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Lakin protokol və qərar tərtib olunan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar kifayət qədər araşdırılmamışdır. Həmçinin məhkəmə iclası zamanı qərarından şikayət verilən orqan tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə, iş üzrə bütün hallar araşdırılmadan Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında protokol və qərar çıxarılmışdır. Qeyd olunan halların araşdırılması məqsədilə ##.##.2026-cı il tarixli, nömrəsiz qərar ləğv edilməli və yenidən araşdırılması məqsədilə Bakı şəhər Xətai rayon X1 Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən, qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ağağıda qeyd olunanlara əsasən ləğv edilməlidir Iş materiallarından və birinci instansiya məhkəməsinin qərarından müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilərək iş yenidən baxılması üçün Xətai Rayon DYP şöbəsinə göndərilmişdir. Lakin iş yenidən araşdırılması üçün saləlahiyyətli orqana qaytarılsa da, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında yeni qərar qəbul edərkən yuxarda qeyd olunan qərardan göstərilən tələbləri yerinə yetirmədən, araşdırılma aparılmadan və şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutlar toplanılmadan qərar qəbul etmişdir. Iş materiallarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqından iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) özünü təqsirli bilməyərək, heç bir yol hərəkəti qaydalarını pozmadığını bildirmişdir. Bunun əksini iddia edən səlahiyyətli orqanın nümayəndəsi şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini əks etdirən əsaslı sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqından iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair material üzrə səlahiyyətli orqan tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. - 135.1.5-1 maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması Inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlara əsasən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Bakı şəhər Xətai rayon X1 Şöbəsi tərəfindən qəbul edilən ## #### 2026-cı il tarixli, nömrəsiz inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Bakı şəhər Xətai rayon X1 Şöbəsi tərəfindən qəbul edilən ## #### 2026-cı il tarixli, nömrəsiz inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2820/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2820/2026
09.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver