Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2825/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin etibarnamə üzrə nümayəndəsi X4, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, R X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) və onun müdafiəçisi – “Yasa“ Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından müdafiəçisi Vəkil (bundan sonra – müdafiəçi) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin 20-ci Polis Şöbəsi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-in 510.1 və 535.1-ci maddələri ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai yerdə nalayiq sözlər söyləməsi və bu hərəkətlərinə son qoyması ilə bağlı polisin qanuni tələbinə qəsdən tabe olmaması müəyyən edilmiş, buna görə də o, Azərbaycan Respublikası IXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə və əvvəli inzibati qaydada tutulduğu ## ###### 2026-cı il tarix, saat 12:00-dan hesablanmaqla 20 (iyirmi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Müdafiəçi həmin məhkəmə qərarından şikayət verib, onun dəyişdirilməsini, cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini və yaxud inzibati həbs müddətinin azaldılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ali təhsilli olması, əvvəllər məhkum olunmaması və inzibati məsuliyyətə cəlb edilməməsi nəzərə alınmamışdır. Bu halların nəzərə alınaraq yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatında bu hərəkətlərindən səmimi peşman olduğunu bildirib, barəsində daha yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında müdafiəçisi isə şikayətin dəlillərinə uyğun məzmunda izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin etibarnamə üzrə nümayəndəsi X4 və səlahiyyətli orqanın nümayəndəsi inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in: - 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası IXMin 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqana şəxsən yazmaqla və məhkəmə iclasında verdiyi etirafedici izahatları ilə yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş səlahiyyətli orqanın əməkdaşı X5 verdiyi izahata (məhkəmə həmin izahatların məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) əsaslanıb, iş üzrə səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yuxarıda göstərilən məzmunda Azərbaycan Respublikası IXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş hərəkətləri törətməsini müəyyən etməklə, düzgün olaraq sonuncunu həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilmişdir. Azərbaycan Respublikası IXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün inzibati tənbehin təyin edilməsi zamanı nəzərə alınmalı olan qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub inzibati tənbehin məqsədlərini təmin edə bilsin. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə almaqla, Azərbaycan Respublikası IXM-in 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi məqsədilə barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas inzibati tənbeh növü kimi inzibati cərimə deyil, məhz inzibati həbs tənbeh növünü 20 gün müddətə tətbiq edərkən haqlı olmuşdur. Azərbaycan Respublikasının IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2825/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2825/2026
01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver