Məhkəmə qərarları › İş №3(3-6)-2826/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2826/2026

01.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2826/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Nəsimi Rayon Polis Idarəsinin 21-ci Polis Şöbəsinin polis sahə inspektoru, R X4 tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası IXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası IXM-nin 206-cı maddəsi ilə 02 (iki) ay müddətə inzibati həbs tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla IXM-in 510.1-ci maddəsinin tərkibi arasında zəruri hüquqi əlaqə qurulmamışdır. Onun hansı konkret hərəkətinin ictimai qaydanı pozduğu, həmin hərəkətin cəmiyyətə açıqca hörmətsizliyi necə ifadə etdiyi və bu hərəkətdə xırda xuliqanlığın zəruri əlamətlərinin hansı əsaslarla mövcud olduğu qərarda əsaslandırılmamışdır. O, 33 yaşlı, müasir dünyagörüşünə malik, bir neçə xarici dil (alman, rus, ingilis, türk, biraz da fransız dili) bilən və əmək fəaliyyəti ilə məşğul olan bir şəxsdir. Hər hansı dini və ya etnik qrupa qarşı düşmənçilik mövqeyində deyiləm. Hazırkı işdə zorakılıq, hədə-qorxu, təhqir və ya ictimai qarşıdurma ilə müşayiət olunmadığı halda barəsində tətbiq edilmiş tədbirlərin fikir və söz azadlığına müdaxilə təşkil edib-etmədiyi və belə müdaxilənin zəruri və mütənasib olub-olmadığı xüsusi olaraq qiymətləndirilməlidir. Onun konkret olaraq hansı hərəkətilə ictimai qaydanı pozduğu və cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyi qərarda kifayət qədər əsaslandırılmayıb. Xırda xuliqanlığın tərkibinin müəyyən edilməsi üçün yalnız hər hansı ifadənin səsləndirildiyi faktı deyil, həmin ifadənin hansı konkret davranışla müşayiət olunması və ictimai qaydanı necə pozması müəyyən edilməlidir. Iş üzrə belə konkret davranış müəyyən edilməyib. Hadisə zamanı ərazidə çoxsaylı insanlar və polis əməkdaşlarının olması, lakin həmin anda hər hansı qarşıdurma və müdaxilənin baş verməməsi də hadisənin faktiki xarakterinin qiymətləndirilməsi baxımından mühüm haldır. Onun polis əməkdaşlarına qarşı müqavimət göstərməyi və ya onların qanuni fəaliyyətinə fiziki və ya digər formada mane olmağı barədə hər hansı əsaslı fakt mövcud deyil. Əksinə, hadisədən sonrakı gün qonşuları vasitəsilə polis əməkdaşlarının onu axtardığını öyrəndikdən sonra özü həmin polis əməkdaşının mobil telefon nömrəsinə zəng etmiş və nə üçün polis bölməsinə çağırıldığını soruşmuşdur. Ona məsələnin qısa izahat yazılması ilə bağlı olduğu bildirildikdən sonra polis əməkdaşının dediyi kimi 19-cu polis bölməsinə öz istəyi ilə və könüllü şəkildə getmişdir. Əgər onun polis əməkdaşlarından yayınmaq, onların fəaliyyətinə müqavimət göstərmək və ya qanuni tələblərinə qəsdən tabe olmamaq niyyəti olsa idi, özü polis əməkdaşına zəng edərək polis bölməsinə getməzdi. Bu fakt onun polis əməkdaşlarının fəaliyyətinə müqavimət göstərmədiyini, əksinə, polis orqanı ilə əlaqə saxlamaqdan yayınmadığını və polis əməkdaşının çağırışına könüllü şəkildə əməl etdiyini göstərir. Bu hal xüsusilə IXM-in 535.1-ci maddəsi üzrə onun polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamağı barədə nəticənin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. IXM-in 535.1-ci maddəsi üzrə hansı qanuni tələbə qəsdən tabe olmadığı müəyyən edilməyib. IXM-in 535.1-ci maddəsində məsuliyyət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifəsini icra edərkən onun qanuni tələbinə qəsdən tabe olmama halı ilə əlaqələndirilir. Onun hansı polis əməkdaşının hansı konkret qanuni tələbinə, nə vaxt və hansı formada qəsdən tabe olmadığı qərardan aydın görünmür. Əksinə, hadisədən sonrakı davranış və hərəkətləri polis əməkdaşlarının tələbindən yayınmadığını göstərir. Bu səbəbdən 535.1-ci maddənin həm obyektiv, həm də subyektiv tərəfinin mövcudluğu mötəbər sübutlarla müəyyən edilməyib. Qərarda narkoloji müayinənin nəticəsinə istinad edilərək onda THC(+) və MET(+) nəticələrinin aşkar edildiyi göstərilir. O, narkotik vasitə və ya psixotrop maddə istifadə etdiyini inkar edir. Hadisə günü iş görüşməsində olmuş və həmin gün narkotik və ya psixotrop maddə qəbul etməmişdir. Lakin etirazı yalnız narkotik vasitə istifadə etmədiyi barədə izahatı ilə məhdudlaşmır. IXM-in 206-cı maddəsi konkret hüquqazidd hərəkətləri - narkotik vasitələrin və psixotrop maddələrin istehlakını, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasını, əldə edilməsini, saxlanılmasını, daşınmasını və ya göndərilməsini nəzərdə tutur. Bu baxımdan iş üzrə onun həmin hərəkətlərdən hansını törətdiyi konkret müəyyən edilməlidir. Onun narkotik vasitə və ya psixotrop maddə əldə etməyi, saxlaması, daşıması, göndərməyi və ya hazırlamağı barədə konkret sübutun mövcudluğu qərardan görünmür. Narkoloji müayinə nəticəsində müəyyən maddənin izinin aşkar edilməsi, hətta həmin nəticə mötəbər hesab edilsə belə, öz-özlüyündə IXM-in 206-cı maddəsində nəzərdə tutulan bütün alternativ hərəkətlərin törədilməsini sübut etmir. Əgər məhkəmə hesab edirsə ki, o, məhz narkotik vasitə və ya psixotrop maddə istehlak edir, bu halda da həmin nəticənin hansı konkret faktları təsdiq etdiyi və IXM-in 206-cı maddəsinin dispozisiyasına necə uyğun gəldiyi əsaslandırılmalıdır. Qərarda isə yalnız THC(+) və MET(+) nəticələrinə istinad edilməklə həmin nəticədən onun IXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə nəticə çıxarılıb. Belə.nəticə isə sübutların məzmunundan birbaşa irəli gəlmir. Məhkəmə barəsində IXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan ən ağır tənbehi — 2 ay müddətinə inzibati həbsi tətbiq edib. Halbuki IXM-in 206-cı maddəsində inzibati həbs avtomatik tənbeh kimi nəzərdə tutulmayıb. Maddəyə əsasən cərimənin işin hallarına və xətanı törədən şəxsin şəxsiyyətinə görə kifayət etmədiyi halda inzibati həbs tətbiq edilə bilər. Onun işi üzrə isə cərimənin nə üçün kifayət etmədiyi və məhz 2 ay müddətinə inzibati həbsin nə üçün zəruri olduğu inandırıcı şəkildə əsaslandırılmayıb. Xüsusilə narkoloji müayinə nəticəsinin özünün IXMnin 206-cı maddəsində nəzərdə tutulan konkret inzibati xəta tərkibini sübut edib-etmədiyi müəyyən edilmədən həmin nəticənin əsasında ən ağır tənbehin seçilməsi əsassızdır. Onun iş üzrə tək olduğu, hərəkətinin əvvəlcədən planlaşdırılmadığı, heç kimlə mübahisəyə girmədiyi, heç bir şəxsə və ya əmlaka zərər vurmadığı, polis əməkdaşlarına qarşı zor tətbiq etmədiyi və polis bölməsinə öz təşəbbüsü ilə getdiyi nəzərə alınmalıdır. Bütün bu hallar nəzərə alınmadan 2 ay müddətinə inzibati həbs tətbiq edilməsi tənbehin fərdiləşdirilməsi və mütənasibliyi baxımından əsaslı deyil. Məhkəmə ona inzibati həbs tətbiq etməklə yanaşı narkomaniyadan məcburi müalicə də təyin etmişdir. IXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən məcburi müalicə təyin edilir. Deməli, məcburi müalicənin təyin edilməsi üçün yalnız inzibati xəta törədilməsi barədə nəticə kifayət etmir; şəxsin məhz narkomaniyadan müalicəyə ehtiyacı olduğu da müəyyən edilməlidir. Hazırkı işdə isə məhkəmənin qərarında onun narkomaniyadan müalicəyə məhz hansı tibbi əsaslarla ehtiyacı olduğu, bu ehtiyacın hansı tibbi diaqnozla müəyyən edildiyi və məcburi müalicənin zəruri hesab edilməsinin konkret tibbi əsasları göstərilməmişdir. Qərarda narkoloji müayinə zamanı THC(+) və MET(+) nəticələrinin aşkar edildiyinin göstərilməsi də öz-özlüyündə onun narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs olduğunu sübut etmir. Maddənin və ya onun metabolitlərinin bioloji nümunədə aşkar edilməsi ilə şəxsdə narkomaniya xəstəliyinin mövcudluğu və məcburi müalicəyə ehtiyacın olması eyni hüquqi və tibbi anlayışlar deyildir. Buna görə də məhkəmə yalnız narkoloji müayinə nəticəsinə istinad etməklə kifayətlənməməli, həmin nəticənin onun narkomaniyadan müalicəyə ehtiyacının mövcudluğunu necə təsdiq etdiyini, bunun hansı tibbi sənədlərlə və mütəxəssis rəyi ilə əsaslandırıldığını müəyyən etməli idi. O, narkomaniyadan əziyyət çəkdiyini və məcburi müalicəyə ehtiyacı olduğunu qəbul etmir, iş materiallarında belə bir nəticənin hansı konkret tibbi əsaslara söykəndiyi ona məlum deyil. Digər tərəfdən, barəsində məcburi müalicə tətbiq edilməsinin gələcək əmək fəaliyyətinə və peşə həyatına təsir göstərə biləcək ciddi nəticələri də nəzərə alınmalıdır. O, 33 yaşındadır, bir neçə xarici dil bilir, əmək fəaliyyəti ilə məşğuldur və peşəkar gələcəyini qurmaq mərhələsindədir. Narkoloji qeydiyyat və onunla əlaqədar yarana biləcək hüquqi və faktiki nəticələr gələcək iş və peşə imkanlarına ciddi təsir göstərə bilər. Belə mühüm nəticələr doğuran məcburi tibbi tədbirin tətbiqi üçün qanunun tələb etdiyi “narkomaniyadan müalicəyə ehtiyac” faktı konkret, mötəbər və kifayət qədər əsaslandırılmış tibbi sübutlarla müəyyən edilməli və qərar həmin hissədə tam ləğv olunmalıdır. Onun hərəkətlərinin faktiki olaraq necə baş verdiyini obyektiv şəkildə müəyyən etmək üçün videomüşahidə görüntüləri və digər obyektiv sübutlar mühüm əhəmiyyət daşıyır. Əgər hadisə ilə bağlı videoyazılar iş materiallarında varsa, həmin görüntülər onun heç kimlə mübahisə etmədiyini, heç kimə yaxınlaşmadığını, zor tətbiq etmədiyini və yoluna davam etdiyini obyektiv şəkildə göstərə bilər. Bu sübutların məhkəmə tərəfindən araşdırılması və hadisənin faktiki hallarına hüquqi qiymət verilərkən nəzərə alınması zəruridir. Məhkəmə barəsinə IXM-in 206, 510.1 və 535.1-ci maddələri üzrə məsuliyyət müəyyən etdikdən sonra IXM-in 34.3-cü maddəsini tətbiq edərək daha ciddi xəta kimi 206-cı maddənin sanksiyası çərçivəsində tənbeh təyin edib. Lakin IXM-in 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xəta halını tənzimləyir. Hazırkı işdə isə 510.1-ci maddə üzrə əsas götürülən hadisə ## ###### 2026-cı ildə baş verib. 535.1-ci maddə üzrə mənim qanuni tələbə tabe olmamağm isə hadisədən sonra polis əməkdaşları ilə yaranmış vəziyyətə aid edilir. Belə olan halda 510.1 və 535.1-ci maddələr üzrə əməllərin “eyni vaxtda öz hərəkətlərimlə törədilmiş” bir neçə inzibati xəta kimi qiymətləndirilməsi üçün ayrıca və konkret əsaslandırma tələb olunur. Xüsusilə 535.1ci maddə üzrə onun hansı konkret qanuni tələbə nə vaxt tabe olmadığı müəyyən edilmədiyi halda həmin maddənin 510.1 və 206-cı maddələrlə birlikdə IXM-in 34.3-cü maddəsinin tətbiqinə əsas verməsi əsaslı deyil. Bu səbəbdən IXM-in 34.3-cü maddəsinin tətbiqinin qanuni olubolmamasının ayrıca qiymətləndirilməsini xahiş edir. O, polis orqanına özü getdikdən sonra barəsində inzibati icraat aparılıb və məhkəməyə çıxarıldığı ana qədər vəkil və ya ailə üzvləri ilə əlaqə saxlamaq üçün real imkan yaradılmayıb. Müdafiəçi ilə əlaqə saxlayaraq hüquqi yardım almaq imkanı faktiki olaraq təmin edilməyib. Polis əməkdaşlarının təzyiqi altında sənədləri imzalamışdır. Müdafiə hüququnun faktiki təmin edilib-edilmədiyi iş materialları və məhkəmə iclasının protokolu əsasında yoxlanılmalı və bu halın işin düzgün həllinə təsiri qiymətləndirilməlidir. Barəsində tətbiq edilmiş 2 ay müddətinə inzibati həbs acıq-askar agır və qeyri- mütənasibdir. IXM-in 206-cı maddəsinin sanksiyasında inzibati həbs cərimənin, işin hallarına və xətanı törədən şəxsin şəxsiyyətinə görə kifayət etmədiyi halda tətbiq oluna bilər. Onun işi üzrə isə cərimənin nə üçün kifayət etmədiyi və niyə məhz ən ağır müddət olan 2 ay həbsin seçildiyi konkret göstərilməyib. Onun hadisə zamanı tək olmağı, hərəkətimin əvvəlcədən planlaşdırılmaması, heç kimlə mübahisəyə girməməyi, heç bir şəxsə fiziki və ya maddi zərər vurmamağı, heç kimə qarşı zor və ya hədə-qorxu tətbiq etməməyi, polis əməkdaşlarına qarşı müqavimət göstərməməyi və polis bölməsinə öz istəyilə getməyi tənbehin fərdiləşdirilməsi zamanı nəzərə alınmalı mühüm hallardır. Bu hallar nəzərə alınmadan 2 ay müddətinə inzibati həbs tətbiq edilməsi işin xarakterinə yə onun şəxsiyyətinə uyğun olmayan, həddindən artıq ağır və qeyri-mütənasib tənbehdir. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etmiş, məhkəmədən şikayətin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, şəhərdə piyada hərəkətdə olan zaman bir neçə yəhudi görmüş və onların yanından keçən zaman “Fələstinə azadlıq” sözlərini istifadə etmişdir. Bundan sonra onu polis bölməsinə dəvət etmişlər. Narkotik vasitədən 15 gün əvvəl istifadə etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin 21-ci Polis Şöbəsinin polis sahə inspektoru, R X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin 21-ci Polis Şöbəsinin polis sahə inspektoru, R X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə gece saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində özünü qeyri-adekvat aparıb, polisin qanuni tələblərinə tabesizlik göstərmiş, həmçinin verdiyi analiz cavabında narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, ona tanışı zəng vuraraq sahə inspektoru tərəfindən axtarıldığını bildirmiş, o da həmin sahə inspektorunun telefon nömrəsinə zəng vuararaq məlumat almışdır. Belə ki, sahə inspektoru ona barəsində şikayət edildiyini və 19-cu polis şöbəsinə gedərək izahat verməli olduğunu bildirmişdir. O da 19-cu polis şöbəsinə getmiş və bir müddət orda qaldıqdan sonra onu 21- ci polis şöbəsinə aparmışlar. Narkotik vasitə marixuanadan əsəb xəstəsi olduğuna görə arabir istifadə edir. Qeyd edilənləri nəzərə alaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş edir. Iş materiallarında olan “Inzibati qaydada tutma haqqında” ##.#.2026-cı il tarixli protokolla müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.#.2026-cı il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Iş materiallarına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 X2-X3 tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, **** nömrəli rəydə qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən ırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün izahatı, inzibati materialda olan raport, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 X2-X3 haqqında ## ###### 2026-cı il tarixli, **** nömrəli rəyi və digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası IXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq tərkibi tam mövcuddur. Ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Belə ki, iş üzrə izahatı alınmış inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin 21-ci Polis Şöbəsinin polis sahə inspektoru, R X4 ifadəsində şəxsin ictimai yerdə nalayiq sözlər işlətməklə ictimai qaydanı kobud şəkildə pozduğunu bildirmişdir. Bu ifadə inzibati xəta haqqında protokolun məzmunu, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz yazılı izahatı ilə uzlaşır və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilir. Eyni zamanda məhkəmə müəyyən edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri Azərbaycan Respublikası IXM-nin 535.1-cu maddəsinin tərkib əlamətlərini də təşkil edir. Iş materiallarından aydın olur ki, polis əməkdaşları özlərini təqdim etdikdən və qanuni tələblər irəli sürdükdən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu tələblərə qəsdən tabe olmamış, bununla da polis əməkdaşlarının xidməti fəaliyyətinə açıq şəkildə müqavimət göstərmişdir. Onun sonradan polis idarəsinə aparılması məhz bu qanunsuz davranışın qarşısının alınması zərurətindən irəli gəlmişdir. Bu hal inzibati xəta haqqında protokolla, şahid ifadələri ilə və digər yazılı sübutlarla tam təsdiqini tapır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 206-cı maddəsi ilə barəsində tərtib edilmiş protokolla bağlı isə məhkəmə qeyd edir ki, həmin maddəyə görə məsuliyyət o zaman yaranır ki, şəxsin əməlində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi halları müəyyən edilsin. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-nin 206-cı maddəsinin tərkib əlamətlərinin olması müvafiq mötəbər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 X2-X3 tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, **** nömrəli rəyində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsində THC(+), MET(+), PGB(+) aşkar edildiyi göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 206, 510.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi qanunidir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs törətdiyi əməli təkzib etmişdir. Məhkəmə onun ziddiyyətli izahatlarını iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə qənaətə gəlmişdir ki, əməlin təkzib edilməsi ilk növbədə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yayınmağa yönəlmiş mövqe kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə həmin izahatlara digər sübutlardan təcrid olunmuş şəkildə deyil, işin bütün halları ilə birlikdə qiymət verərək onların yalnız özünü müdafiə xarakterli olduğunu hesab edir. Məhkəmə belə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Bundan başqa məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 6, 9, 32, 33 və 34.2-ci maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq, yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edərək, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Baxılan işə münasibətdə Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol verdiyi inzibati xətanın törədilməsini və bu inzibati xətanın törədilməsində onun təqsirinin olmasını təsdiq və sübut edən sübutlar mövcuddur, bu sübutların şübhə altına alınması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməməsi, onun təqsirinin olmaması ilə bağlı nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə irəli sürdüyü dəlillər onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına mane olan, Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Iş materiallarında olan sübutlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinməsi üçün kifayət edir. Ona görə şikayətin dəlilləri əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsinə dair *(*-**)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar