Məhkəmə qərarları › İş №3(3-6)-2829/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2829/2026

11.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2829/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X3 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən barəsində qəbul olunmuş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən barəsində qəbul olunmuş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə göndərilməklə) ## #### 2026-cı il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə inzibati məsuliyyətə cəlb olunsa da, məhkəmə iclasında onun tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini təsdiq edən hər hansı mötəbər sübut müəyyən olunmamışdır. Bunun əksini sübut etmək vəzifəsi isə inzibati qərarı qəbul etmiş orqanın üzərinə düşür ki, o da, bu hüququndan istifadə edərək məhkəməyə lazımi sənədləri təqdim etməmişdir. Belə ki, Inzibati xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridə 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsidir. Xidmətin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarı tam qanuni və əsaslıdır. Inzibati xəta haqqında iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarından göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) vəsatəti əsaslı olduğundan təmin olunmuş və ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə baxılması ilə bağlı itirilmiş müddət üzürlü hesab olunaraq bərpa edilərək işə mahiyyəti üzrə baxılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin çıxarışından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2020-ci il tarixdən ## ###### 2021-ci il tarixədək “X1 Services” Məhdud Məsuliyyətli Cəmiyyətində menecer (səyahət agentliyi üzrə) vəzifəsinə işə götürülmüş və işçinin aylıq əmək haqqı məbləği 250 manat müəyyən edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin çıxarışından görünür ki, X2 ## ###### 2020-ci il tarixdən ## ###### 2021-ci il tarixədək “X1 Services” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli şəxsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “X1 Services” Məhdud Məsuliyyətli Cəmiyyətində ofisiant vəzifəsinə işə götürülmüş və işçinin aylıq əmək haqqı məbləği 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin çıxarışından görünür ki, X4 ## ###### 2020-ci il tarixdən ## ###### 2021-ci il tarixədək “X1 Services” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli şəxsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “X1 Services” Məhdud Məsuliyyətli Cəmiyyətində ofisiant vəzifəsinə işə götürülmüş və işçinin aylıq əmək haqqı məbləği 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin çıxarışından görünür ki, X5 ## ###### 2020-ci il tarixdən ## ###### 2021-ci il tarixədək “X1 Services” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli şəxsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “X1 Services” Məhdud Məsuliyyətli Cəmiyyətində aşpaz vəzifəsinə işə götürülmüş və işçinin aylıq əmək haqqı məbləği 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin çıxarışından görünür ki, X10 ## ###### 2020-ci il tarixdən ## ###### 2021-ci il tarixədək “X1 Services” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli şəxsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “X1 Services” Məhdud Məsuliyyətli Cəmiyyətində resepşn vəzifəsinə işə götürülmüş və işçinin aylıq əmək haqqı məbləği 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. Iş materiallarında olan “mygov” rəqəmsal hökumət platformasından edilmiş çıxarışdan görünür ki, ## ######## 2023-cü il tarixində (##.##.2023-cü il tarixdə təsdiqlənmiş) Qərardan şikayət verən orqan (şəxs) ümumi xəstəliklə müddətsiz olaraq İ dərəcəli əlillik təyin edilmiş və hazırda da qüvvədədir. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmış və barəsində 1.000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Iş materiallarından göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) vəzifəli şəxsdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində göstərilmiş inzibati xəta işçiyə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının verilməsi ilə törədilir və həmin hərəkətin həyata keçirildiyi anda başa çatır. Bu baxımdan, həmin əməl uzanan inzibati xəta kimi qiymətləndirilməlidir. Belə vəziyyətdə isə inzibati orqanın üzərinə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində qeyd olunan inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq vəzifəsi qoyulmuşdur. Inzibati tənbeh vermə haqqında elektron qərar ## ###### 2025-ci il tarixdə çıxarılsa da inzibati xəta 2020-ci il tarixdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçilərlə əmək müqavilələrinin bağlandığı andan törədilmişdir. Uzanan inzibati xəta kimi qiymətləndirilsə də inzibati orqan bu xətanın vaxtında aşkar edilməsinə yönəlik səlahiyyətlərindən irəli gələn vəzifələri vaxtında və düzgün icra etməmişdir. Məhkəmə qeyd etmişdir ki, Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində təsbit edilmiş inzibati xətanın törədildiyi gün həmin xətanın obyektiv cəhətini təşkil edən hərəkətin (hərəkətsizliyin) həyata keçirildiyi gün yəni 2020-ci il hesab edilməli olduğundan, inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı da həmin tarixdən başlanır. ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, inzibati xəta həmin tarixdə MEIS dövlət informasiya sistemi vasitəsilə aşkar edilmişdir. Lakin inzibati xətanın aşkar edildiyi tarix onun törədildiyi tarixlə eyniləşdirilə bilməz. Aşkar edilmə tarixi yalnız səlahiyyətli orqanın hüquqpozmanı müəyyən etdiyi vaxtı ifadə edir, xətanın törədildiyi tarix isə həmin xətanın obyektiv cəhətini təşkil edən hərəkətin və ya hərəkətsizliyin faktiki olaraq baş verdiyi tarixdir. Inzibati xətanın inzibati orqanın səlahiyyətli şəxsinin işə laqeyd münasibəti nəticəsində vaxtında aşkarlanmaması inzibati törədilməsindən 5 il keçdikdən sonra inzibati tənbeh vermə haqqında elektron qərarın qəbul edilməsinə əsas vermir. Hazırkı iş üzrə məhkəmə tərəfindən araşdırılmış hallarda öz əksini tapmış əmək müqaviləsi bildirişləri mübahisələndirilən halların 2020-ci ilə aid olduğunu açıq şəkildə təsdiq edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən əldə edilmiş əmək müqaviləsi bildirişinə əsasən, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2020-ci ildən ## ###### 2021-ci ilədək “X1 Services” Məhdud Məsuliyyətli Cəmiyyətində menecer (səyahət agentliyi üzrə) vəzifəsinə işə götürülmüş və aylıq əməkhaqqı 250 manat müəyyən edilmişdir. Bundan əlavə, həmin elektron sistemdən əldə edilmiş digər əmək müqaviləsi bildirişlərindən görünür ki, X2, X4, X5 və X10 2020-ci ilin fevral ayında “X1 Services” Məhdud Məsuliyyətli Cəmiyyətində müvafiq vəzifələrə işə qəbul edilmiş və onların hər biri üçün aylıq əməkhaqqı 250 manat müəyyən edilmişdir. Həmin əmək müqavilələrinin bağlanması ilə bağlı elektron bildirişlərdə işəgötürənin səlahiyyətli şəxsi kimi Qərardan şikayət verən orqan (şəxs) göstərilməsi də məhz həmin dövrə aid faktiki hallardır. Iş materialları ilə təsdiq olunan faktiki vəziyyətə əsasən inzibati orqanın sonradan Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi üzrə hüquqi qiymət verdiyi əmək münasibətləri və əməkhaqqının müəyyən edilməsi 2020-ci ildə baş vermişdir. Bu faktların ## ###### 2025-ci il tarixində aşkar edilməsi həmin əməllərin törədilmə tarixini ## ###### 2025-ci il tarixinə dəyişmir. Əksinə, ## ###### 2025-ci il tarixi yalnız inzibati orqanın həmin halları aşkar etdiyi tarixdir. Əgər xətanın törədildiyi tarix ilə aşkar edildiyi tarix eyniləşdirilərsə, bu halda qanunla müəyyən edilmiş məsuliyyətə cəlbetmə müddəti faktiki olaraq inzibati orqanın iradəsindən asılı vəziyyətə düşər. Belə yanaşma isə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət institutunun hüquqi məqsədinə uyğun deyildir. Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh tətbiq edilməsinə xüsusi zaman həddi müəyyən edir. Həmin normaya əsasən əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının və qanunda sadalanan digər əmək hüquqpozmalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Burada “ən geci bir il” ifadəsi təsadüfi deyil və imperativ hüquqi müddət müəyyən edir. Yəni inzibati orqan əmək qanunvericiliyinin pozulması ilə bağlı şəxsi həmin müddət ərzində inzibati məsuliyyətə cəlb etməli, bu müddət başa çatdıqdan sonra isə həmin əmələ görə inzibati tənbeh tətbiq etmək səlahiyyətini həyata keçirə bilməz. Hazırkı işdə isə əmək müqaviləsi bildirişləri ilə təsdiq olunan mübahisəli əmək münasibətləri 2020-ci ildə yaranmış, həmin əmək münasibətləri üzrə işə qəbul və əməkhaqqının müəyyən edilməsi barədə məlumatlar da 2020-ci ilin fevral ayına aid olmuşdur. Buna baxmayaraq, inzibati tənbeh haqqında elektron qərar yalnız ## ###### 2025-ci il tarixində qəbul edilmişdir. Beləliklə, mübahisələndirilən halların yarandığı 2020-ci ildən inzibati tənbeh haqqında qərarın qəbul edildiyi ## ###### 2025-ci ilədək beş ildən artıq müddət keçmişdir. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, Cinayət Məcəlləsinin məsuliyyətə cəlbetmə müddətlərini müəyyən edən Cinayət Məcəlləsinin 75-ci maddəsində cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq müxtəlif müddətlər müəyyən edilmiş, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə şəxs cinayət törətdiyi gündən iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu müddəa birbaşa olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin əvəzinə tətbiq edilməsə də, qanunvericinin hüquqi məsuliyyət məsələsində zaman amilinə və hüquqi müəyyənliyə verdiyi əhəmiyyəti göstərən, eləcə də inzibati xəta ilə cinayət arasında fərqi göstərən müqayisəli hüquqi meyar kimi nəzərə alına bilər. Belə ki, daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik cinayət əməllərinə görə qanunverici fərqli məsuliyyətə cəlbetmə müddətləri müəyyən etdiyi halda, inzibati məsuliyyətə münasibətdə qanunverici konkret hüquqpozmanın xarakterini nəzərə alaraq ayrıca və xüsusi müddət yəni 1 il müəyyən etmişdir. Hazırkı işdə isə həmin xüsusi norma — Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsi — əmək qanunvericiliyinin pozulmasına görə bir illik müddət müəyyən edir və bu müddətin tətbiqindən yayınmaq üçün ## ###### 2025-ci il tarixində aşkar edilmə faktının xətanın törədildiyi tarix kimi qəbul edilməsinə hüquqi əsas yoxdur. Əksinə, iş materiallarında olan əmək müqaviləsi bildirişləri göstərir ki, mübahisənin faktiki əsası 2020-ci ildə formalaşmışdır. ## ###### 2025-ci il tarixində inzibati orqan tərəfindən həmin halların aşkar edilməsi yalnız dövlət orqanının məlumat əldə etdiyi və ya hüquqi qiymət verdiyi tarixi göstərir. Bundan başqa, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Deməli, məsuliyyətə cəlbetmə müddətinin keçməsi inzibati orqanın və ya məhkəmənin mülahizəsindən asılı olan hal deyil, qanunun birbaşa hüquqi nəticə bağladığı imperativ əsasdır. Eyni hüquqi nəticə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsindən də irəli gəlir. Həmin normaya əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsi isə belə hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini nəzərdə tutur. Beləliklə, hazırkı iş üzrə məsələ yalnız inzibati orqanın qərarı qəbul edərkən müəyyən edilmiş cərimənin məbləğinin düzgün olub-olmamasından ibarət deyildir. Əsas məsələ ondan ibarətdir ki, həmin tarixdə dövlət orqanının Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş müddət artıq başa çatmışdı. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Bu səbəbdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin təsdiq olunsa da inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar