Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2830/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli MN ******* saylı qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci il tarixli, ***** nömrəli akta əsasən Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində fəaliyyət göstərən "Baku Garden” restoranının fəaliyyəti zamanı ətraf mühitə təsirlərin müəyyənləşdirilməsi məqsədi ilə ** saylı RETSİ-nin əməkdaşları və Xəzər KMİ-nin əməkdaşlarının birgə iştirakı ilə restoranının ətraf ərazilərində atmosfer havasının monitorinq-ölçmə işləri aparılmışdır. Adı çəkilən restoranın fəaliyyətdə olduğu müddətdə monitorinq-ölçmə aparılarkən atmosfer havasında "Baku Garden" restoranının fəaliyyəti nəticəsində dəm qazının miqdarının yolveriləbilən normativlərdən artıq olduğu qeydə alınmışdır. Monitorinqdə restoranın nümayəndəsi iştirak etmiş və ## #### 2025-ci il tarixli ***** nömrəli akt tərtib olunmuş, ardınca müəssisədə qurğunun olmaması və atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olması səbəbilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmçinin qaz-toztutucu qurğunun quraşdırılması məqsədilə icrası məcburi olan ## ###### 2025-ci il il tarixli 2625-108 ekoloji tələb verilərək 45 gün müddətində icra edilərək idarəyə rəsmi şəkildə məlumat verilməsi bildirilmişdir. Lakin Qərardan şikayət verən orqan (şəxs) qanun pozuntusu törətdiyini bildiyi halda nəinki bunu aradan qaldırmış hətta qanunsuz olaraq İdarənin qanuni və əsaslı göstərişini də icra etməkdən yayınmışdır. Davam edən 3 aylıq bu müddət ərzində tərəf müəssisədə qurğunun quraşdırılmasını təmin etməmiş, İdarəyə rəsmi şəkildə müraciət ünvanlamamış və ## ####### 2025-ci il tarixli işə baxılmasında iştirakla bağlı bildirşlə əlaqədar da idarəyə gəlməmişdir. İdarənin bütün çağırışlarına məhəl qoymayan Qərardan şikayət verən orqan (şəxs) barəsində## #### 2025-ci il tarixli MN ******* saylı protokol və ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılraq İnizbati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən 2500 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlilərini əsassız hesab edərək təmin edilməməsini xhaiş etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarına əsasən “Baku Garden” restoranında təmizləyici qurğularla təmin edilmədən istismara verilməsi, restoranında təmizləyici qurğularla təmin edilmədən istismara verilməsi, restoranın fəaliyyəti zamanı ətraf mühitinə atılan zərərli maddələrin miqdarının normativlərdən artıq olmasına görə barəsində 2500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati iş üzrə icraat aparılan şəxsin qeyd edilən inzibati xətanı törətməsini konkret olaraq müəyyən etmək mümkün olmamış və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından şikayət qismən təmin edilməli, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına, eyni zamanda da apellyasiya şikayətinin dəlillərinə inzibati xətanın mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut əlavə edilmədiyindən iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmiş olaraq qalır. Odur ki, qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 iyul 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026- cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2830/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2830/2026
08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver